Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2201/2020 16.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi, şikayətçi X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət X15 (BDYPİ) Vİİ Tağım YPX-nin inspektoru X9 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası DİN BDYPİnin Vİİ Tağım YPX inspektoru X9 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş eyni tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X10 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2020-ci il tarixdə atası və əmisinin rəhmətə getməsi ilə bağlı olaraq rayona gedərkən “Ələt postu”nda atasının ölüm şəhadətnaməsini göstərib maneəsiz hərəkətinə davam etdirmiş, “Nəvai” adlanan posta çatdıqda yenidən YPX inspektoru X9 tərəfindən saxlanılmışdır. Həmin vaxt ona karantin qaydasının pozması habelə radarlarının olması bildirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qərar qəbul edilmişdir. Göstərilən hallar nəzərə alınaraq X10 İXM-nin 211.1-ci maddəsi ilə onun barəsində qəbul olunan qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X10 şikayətin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, atası X4 xx xxxxxx 2020-ci il tarixdə “beyin ödemi” diaqnozu ilə vəfat etmiş və onu Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən “Koroğlu” adlanan qəbirstanlıqda dəfn etmişlər. Bir neçə gündən sonra yəni, xx xxxxxx 2020-ci il tarixdə isə əmisi Məhyəddin Məhiyev “ağciyər ürək çatmamazlığı” diaqnozu ilə yaşadığı Ağsu rayonunda vəfat etmişdir. Əmisinin dəfn mərasimində iştirak etmək məqsədilə əmisi qızı ilə birlikdə ona məxsus “Ford Fusion” (minik) markalı **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ağsu rayonuna gedərkən “Ələt postu”nda atasının və əmisinin ölüm şəhadətnaməsini göstərib maneəsiz hərəkətinə davam etdirmiş, lakin “Nəvai” adlanan posta çatdıqda yenidən YPX inspektoru X9 tərəfindən saxlanılmışdır. Həmin vaxt sonuncu inspektor ona əmisi ilə yaxın qohum statusunda olmadığından postu keçmək üçün icazəsi olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair qərar qəbul etmişdir. X14 göstərilənləri nəzərə alaraq barəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli və X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə tənbeh tədbirinin təyin edilməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-nin Vİİ Tağım YPX inspektoru X9 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin Vİİ Tağım YPX inspektoru X9 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP seriyalı, ******* nömrəli qərardan müəyyən edilir ki, xx xxxxxx 1988-ci il təvəllüdlü X10 xx xxxxxx 2020-ci il tarixdə saat 12:14-də Bakı-Qazax yolu 99.km ərazisində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. X10 barəsində tərtib edilmiş protokol əsasında xətanın törədilməsində təqsirli bilinərək xx xxxxxx 2020-ci il tarixli qərarla 200 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 114886 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X4 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində “beyin ödemi” diaqnozu ilə vəfat etmiş və ölüm faktı 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 064672 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X2 xx xxxxxx 2020-ci il tarixdə Ağsu rayonunun Kəndoba kəndində “ağciyər-ürək çatmamazlığı” diaqnozu ilə vəfat etmiş və ölüm faktı Ağsu rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nə x xxxx 2020-ci il tarixli 124- VİQD nömrəli Qanunla edilmiş dəyişikliklərə əsasən 211-ci maddənin mətni 211.1-ci maddə hesab edilmiş və maddənin məzmunda 211.2-ci və 211.3-cü maddələr əlavə edilmişdir. Məcəllənin 211.1-ci maddəsinin xx xxxx 2020-ci il tarixədək qüvvədə olan mətninə görə isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması, hüquqi şəxslərin isə dörd min manatdan on min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarına əsasən ölkə ərazisində xüsusi karanti rejimi elan edilməklə ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən qaydalar çərçivəsində tətbiq edilmişdir. Xüsusi karantin rejimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 310 nömrəli Qərarına əsasən xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Bundan başqa müxtəlif vaxtlarda mövcud vəziyyətdən asılı olaraq Nazirlər Kabinetinin müvafiq qərarları ilə xüsusi karantin rejimi qaydaları sərtləşdirilərək yumşaldılmışdır. Xüsusi kanatin rejimi dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2020-ci il tarixli 323 nömrəli Qərarı qüvvəyə minənədək (qüvvəyə minmə tarixi xx xxxxxxxx 2020-ci il) ölkənin bəzi şəhər və rayonlarının ərazisinə giriş-çıxış müəyyən istisnalarla qadağan edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 178 nömrəli Qərarına əsasən ölkənin bəzi şəhər və rayonları ərazisində yaşayış yerini tərk etməklə sərbəst hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılmaqla Qərarın 1.2-ci bəndinə əsasən yük daşımalar istisna olmaqla xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobilərin hərəkəti istisna olmaqla Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna girişçıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən yuxarıda qeyd edilən məhdudiyyət qüvvədə saxlanılmaqla Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinə və Abşeron rayonu ərazisində yenidən sərtləşdirilmiş xüsusi karantin rejimi qaydaları müəyyən edilmiş və xüsusi icazə əsasında sərbəst hərəkət məhdudiyyəti tətbiq edilmişdir. Qərarın 1.5.3-cü bəndinə əsasən yaxın qohumun dəfnində iştirakla əlaqədar, 1.11-ci bənddə göstərilən qaydada, yəni Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə alındıqdan sonra sərbəst hərəkətə, o cümlədən yuxarıda qeyd edilən şəhər və rayonların ərazisi hüdudlarına giriş və çıxışa yol verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 278 nömrəli Qərarına əsasən Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarı ilə müəyyən edilmiş yuxarıda qeyd edilən qaydanın Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mİngəçevir şəhərlərinin və Abşeron, Bərdə, Səlyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisi üzrə qüvvədə olma müddəti xx xxxxxx 2020-ci il tarixdək uzadılmışdır. Qeyd edildiyi kimi müəyyən edilmiş bu məhdudiyyət xx xxxxxxxx 2020-ci il tarixədək qüvvədə olmuşdur. Azərbaycan Respyblikası İXM-nin 67-ci maddəsinin Qeyd hissəsinə görə yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Hazırki işin hallarından isə müəyyən edilir ki, şikayətçi X10 xx xxxxxx 2020-ci il tarixdə saat 12:14-də yaxın qohumu statusuna daxil olmayan əmisi X1 Ağsu rayonunda dəfn mərasimində iştirak etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarları ilə müəyyən edilmiş qaydaları pozmaqla Bakı şəhəri ərazisini tərk etmişdir. Bununla da o, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X3 əməlinə düzgün hüquqi qiymət verilməklə, barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Məcəllənin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədikdə qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Azərbaycan Respublikası DİN-nin Vİİ X18 X9 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X5 şikayəti əsassız olduğundan və onun əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından təmin edilməməlidir. Həmçinin qəbul edilmiş qərarla inzibati xəta törətmiş X7 müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri təyin edilmiş, inzibati tənbeh tədbirinin yüngülləşdirilməsi və ya qərarın dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə tərəfindən hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu halı müəyyən edilmədi. Odur ki, barəsində şikayət verilmiş qərar qanuni olmaqla dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dğvlət X15 Vİİ Tağım YPX inspektoru X9 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2201/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2201/2020
16.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver