Məhkəmə qərarları › İş №3(004)-2202/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2202/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2202/2020 11.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, xx.xx.1976-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 5-ci korpus, 1-ci mərtəbə, Politexnikin yataqxanasında yaşayan Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayonu İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5185/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən borclu Şəxs xx.xx.2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxx 2018-ci il tarixindən başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək 3282 manat aliment borcu yığılmışdır. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Onun barəsində Yasamal rayon icra və Probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* saylıinzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxsməhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib.Hazırkı vaxtadək müəyyən qədər imkanı olduqca alimenti ödəyirdi, sonra maddi imkanı olmadığı üçün, hal-hazırda da maddi imkanı olmadığı üçün pulu ödəyə bilmir. Məhkəmə iclasında bu gün 300 manat alimenti ödəmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) X5 bildirdi ki, borclu məhkəmə qətnaməsi ilə qət edilən alimenti əvvəllər azda olsa ödəsə də, lakin sonradan heç bir ödəniş etməmişdir. Müxtəlif bəhanələrlə ödənişdən yayınır. Bu gün məhkəmədə 300 manat aliment ödəmişdir. Lakin qalan məbləği ödəmir. Ona görə də borclu barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elşad Nəsibov məhkəməyə verdiyiizahatında bildirdi ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmiş, həmçinin imkanı olmadığı təqdirdə hissə-hissə ödəmək təklif edilsədə, müxtəlif bəhanələrlə icradan yayınmış, hazırda protokolda göstərilən məbləğdə borcu yaranmışdır, bununla da üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir.Bu gün məhkəmədə 300 manat aliment məbləğini ödəmişdir, qalan məbləğ yenə də ödənilməmiş qalır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5185/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən borclu Şəxs xx.xx.2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxx 2018-ci il tarixindən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması qət edilmişdir. İcra məmuru tərəfindən xx.xx.2018-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxshəmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar