Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2203/2020 11.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin polis sahə rəisi X4, Müdafiəçi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Vəli oğlunun iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Vəli oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin polis sahə rəisi X6 tərəfindən Şəxs Vəli oğlu barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilirki, Şəxs Vəli oğluxx xxxxxxxx 2020-ci il tarixdə Yasamal rayonu, M.Fətəli və Tolstoy küçələrinin kəsişməsində Yasamal RPİ-nin PPXB-nin əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmiş, şərəf və ləyaqətini alçatmış PPXB-nin avtomaşının arxa yan şüşəsini sındırmaqla polisə tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin polis sahə rəisi X6 izahatında göstərdi ki,xx xxxxxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində M.Fətəli küçəsi ilə L.Tolstoy küçələrinin kəsişməsində yerləşən “X2” dövlət əhəmiyyətli tədbir keçirilən zaman İran İslam Respublikasının səlahyyətli səfiri gəldiyi zaman yolun ortasında İ.V.Yusifov nalayiq ifadələr işlədərək polis və X.D.M.X-nin əməkdaşlarını təhqir etmişdir. Daha sonra o polis əməkdaşlarının ona oradan uzaqlaşmasını bildirmələrinə baxmayaraq o polisin qanuni tələblərinə tabe olmayaraq oradan uzaqlaşmamış, eyni zamanda fiziki güc tətbiq edərək polis maşınının arxa yan şüşəsini sındırmışdır. X4 hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Sonda X6 barəsində inzibati xəta haqqında protokol tətib edilmiş Şəxs Vəli oğlu barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Vəli oğlu özünü İXM-in 535.1-cimaddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək izahatında göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə evdə olduğu zaman küçədə səs-küy eşitmiş və küçəyə çıxaraq nə baş verdiyini öyrənmək istəmişdir. Bu zaman sərxoş olduğundan orada olan polis əməkdaşları ilə aralarında mübahisə yaranmış, istəmədiyi ifadələr işlətmiş, həmçinin polis əməkdaşları onu Polis Bölməsinə məcbur aparmaq istədikdə buna etiraz edərək polisə məxsus avtomobilin arxa yan şüşəsini sındırmışdır. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs Vəli oğlunu İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatında bildirdi ki, xüsusi dövlət tədbiri keçirildiyi üçün ərazidə xidmətdə olduqları zaman 1 nəfər şəxs yüksək səslə polis əməkdaşlarını təhqir edərək ictimai asayişi pozmuşdur. Həmin şəxsə yaxınlaşaraq ictimai qaydaya riayət olunması istənilsədə o fiziki güc tətbiq etməyə çalışmışdır. Bu zaman polis bölməsinə dəvət edilsədə. Bölməyə getməkdən imtina etmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan əlavə qeyd etmişdir ki, İ.V.Yusifov polis avtomobilinin arxa yan şüşəsini sındırmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri Kazımov Adil, İsmayılov Ziyəddin və Tahirov Hikmət tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə saat 15:30 radələrində xidmətdə olarkən M.Fətəli küçəsi ilə L.Tolstoy küçələrinin kəsişməsində yerləşən “X3”ndə dövlət əhəmiyyətli tədbir keçirilən zaman İran İslam Respublikasının səlahiyyətli səfiri gəldiyi vaxtda yolun ortasında 1 nəfər şəxs nalayiq söyüşlər söydükdə onlar və X.D.M.X-nin əməkdaşları ilə birlikdə ona yaxınlaşıb ictimai asayişi pozmasını dedikdə, onlara və XDMX-nin əməkdaşlarına nalayiq sözlər ifadə etmiş, onların şərəf və ləyaqətini alçaldan sözlər ifadə edərək, onlara müqavimət və tabesizlik göstərərək, fiziki güc tətbiq etmişdir. Dövlət əmlakı olan polis maşınının arxa yan şüşəsini qırmışdır. Həmin şəxs zərərsizləşdirilərək 26-cı PB-nə gətirilmişdir. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Həmin şəxs barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. xx.xx.2020-ci il tarixli AZA seriyalı 003797 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 15:30-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs Vəli oğlunun hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs Vəli oğlu xx xxxxxxxx 2020-ci iltarixdə M.Fətəli Axundov və L.Tolstoy küçələrinin kəsişməsində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs Vəli oğlunun hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Vəli oğlunun əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Vəli oğlunun əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs Vəli oğlu barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmamasını və məsuliyyəti ağırlaşdıran halı nəzərə alır və hesab edir ki, Şəxs Vəli oğlu İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs Vəli oğlunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs Vəli oğlunun həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs Vəli oğlu inzibati qaydada tutulduğu vaxtdan yəni xx xxxxxxxx 2020-ci il tarixdən, saat 15:30-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Vəli oğlu İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il saat 15:30-dan hesablansın. Şəxs Vəli oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2203/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2203/2020
11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver