Məhkəmə qərarları › İş №3(004)-2203/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2203/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2203/2024 08.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Qərarından şikayət verilmiş AR DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin nümayəndəsi Nümayəndə, X2 iştirakları ilə, X2 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 AR DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ/ 19219124 saylı, xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, iyirmi manat cəriməyə görə xəbəri olmadan sürücülük hüququ məhdudlaşdırılmışdır. Həmin cəriməni ödəmişdir. Məhdudiyyətə xitam verilmişdir. Sürücülük vəsiqəsi məhdudiyyətdə olduğu müddətdə **-HD-*** dövlət qeydiyyatlı avtomobilə sürmə etibarnaməsi olduğu avtomobilə dayanma durma 20 manat cərimə 300 manat cərimələnib. 20 manat ödəməyə hazırdır, cərimənin qalan hissəsinin silinməsini məhkəmədən xahiş edir. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirdi ki, şikayət əsassızdır və təmin edilə bilməz. O, inzibati xətanı törədərkən sürücülük vəsiqəsi məhdudlaşdırılmışdır. Ona görə də şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AR DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ/ 19219124 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən X6 30 yanvar 2024-cü il tarixdə saat 21:57 radələrində “HYUNDAİ ACCENT minik” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində “dayanma və durma qaydalarını pozduğuna” görə İXM-in 346.1 və 332.3-cü maddələri ilə təqsirli bilinib 300 manat cərimə edilmişdir. İşə baxılarkən iş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-42/2024 saylı qərarından görünür ki, X1 hüququ xx.xx.2024cü il tarixdə 01 il müddətinə məhdudlaşdırılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə cərimə ödənildiyi üçün həmin qərarın icrasına xitam verilmişdir. Lakin AR DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ/ 19219124 saylı, xx.xx.2024-cü il tarixli qərarından da görünür ki, qayda pozuntusu X6 tərəfindən xx.xx.2024-cü il tarixdə törədilmişdir, yəni sürücülük vəsiqəsi həmin vaxt məhdudlaşdırılmış olmuşdur. Bununla da, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Şikayətçi şikayətində onun barəsində qəbul edilmiş qərar üzrə İXM-nin tələbləri pozulmaqla icraat aparıldığını, həmin icraat qaydasında onun barəsində inzibati tənbehvermə qərarı çıxarılmasının şikayətində göstərilən İXM-nin tələblərinə zidd olduğunu qeyd etsə də, məhkəmə aşağıdakılara görə hesab edir ki, şikayətin bu hissəsi əsassızdır. Belə ki, İXM 332.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edən şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 AR DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ/ 19219124 saylı, xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar