Məhkəmə qərarları › İş №3(004)-2204/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2204/2021

21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2204/2021 21.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mehdi Məmmədov küçəsi, ev 19 olan "xxxx" MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola əsasən ünvan 2 ünvanda fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus tibb müəssisəsində 13.09.2021-ci il tarixdə, saat 11:55-də plandankənar yoxlama keçirilərkən lisenziyadan kənar (immunogenetik) tibb fəaliyyətinin təşkil olunması aşkar edilmişdir. Bununla da "xxxx" MMC İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 13.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi İ.M.Hacıyev "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Əlavə olaraq Hind hospitalı tərəfindən təqdim olunmuş ambulator xəstələrin müayinələr haqqında sənədlərlə bağlı bildirdi ki, onlar onda şübhə yaradır və onun fikrincə Hind hospital tərəfindən inzibati məsuliyyətindən yayınmaq məqsədi ilə tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil izahatında "xxxx" MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edildiyini əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İzahatında və təqdim etdiyi sənədlərdə qeyd etmişdir ki, Hind klinikasında heç vaxt Covid 19 xəstəliyi ilə bağlı immunogenetik testlər götürülməyib, sadəcə başga məqsədlərlə müraciət edən xəstələrə Bakı Saglamliq mərkəzinə test vermək üçün göndərişlər verilib. Vətəndaşlar Hind klinikasına 85 manat ödəyərək, testləri həmin mərkəzdə gedib verirlər. Hind klinikasının və "xxxx"QSC-nın arasında 10 iyun 2021-ci il tarixli müqaviləyə görə göndərişlər əsasında həmin təşkilat Bakı Sağlamlıq Mərkəzində Hind hospitalın xəstələrindən üçün immunogenetik testlər götürülüb. Arada hər xəstədən 15-20 manat arasında gazanç Hind Hospitalına qalırdı. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatinda göstərmişdir ki, o bir neçə əməkdaşlarla birlikdə Hind klinikasında yoxlamada iştirak edib. Yoxlama zamanı müəyyən olundu ki, həmin klinikada Covid-19 virusu ilə bağlı xəstələrdən test nümunələri götürülür, buna isə xüsusi lisenziya tələb olunur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bekə ki, İXM-in 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yoxlama aktı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinərək, 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi 1H Tel: (012) 510-74-99, Faks: (012) 537- 22-76 www.yasamalcourt.gov.az Elektron ünvan İş № 3(004)-11/2021 21.10.2021-ci il Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: "xxxx" MMC Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mehdi Məmmədov küçəsi, ev 19 İnzibati xəta haqında protokol tərtib etmiş orqan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi, ev 1A Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 3(004)-11/2021 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 01 vərəq, 01 nüsxə. Hakim: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar