Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2205/2023 10.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 10 aprel 2023cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 25 aprel 2023-cü il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********2275 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb dəyəri 4987,80 ABŞ dolları olan “gimnastika və atletika ilə məşğul olmaq üçün inventar və avadanlıqlar dəsti” adlı mallar Azərbaycan Respublikasından Gürcüstan Respublikasına ixrac edilmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 4987,80 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC “gimnastika və atletika ilə məşğul olmaq üçün inventar və avadanlıqlar dəsti” yüklərini dəyəri sonradan ödənilmək şərti ilə 4987,80 ABŞ dolları qiymətinə sataraq Bakı Baş Gömrük İdarəsində **********2275 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirməklə, gömrük bəyannaməsinin 20-ci qrafasında malların “konsiqnasiya sazişləri üçün keçirilən mallar” keçirilmə xüsusiyyətində “003” kodu ilə bəyan edərək Azərbaycan Respublikasından Gürcüstan Respublikasına ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (islərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, milli valyutaya nisbətdə 8479,26 (səkkiz min dörd yüz yetmiş doqquz) manat 26 qəpik təşkil edən 4987,80 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində "xxxx" ASC-nin “Dostluq” Filialında olan müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin qanuni təmsilçisi olan Azərbaycan Respublikasının vətəndaşı X3 xx.xx.2023-cü il tarixdə BBGİ-yə gələrək izahat vermiş, o, direktoru olduğu Şəxs MMC tərəfindən “gimnastika və atletika ilə məşğul olmaq üçün inventar və avadanlıqlar dəsti” yüklərin **********2275 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləsdirilərək Gürcüstan Respublikasına ixrac edildiyini, həmin ixrac əməliyyatının 2017-ci il tarixdə aparıldığını və qeyd edilən tarixdən də artıq 6 ilə yaxın müddət keçdiyinə görə hal-hazırda qeyd edilən ixrac əməliyyatı üzrə konkret halları xatırlamadığını, lakin, Gürcüstan Respublikasının “İMS GROUP LTD” şirkətinin ona heç bir məbləğdə vəsait borcunun olmadığını, qeyd edilən “İMS GROUP LTD” şirkətinin 4987,80 ABŞ dolları məbləğində vəsaiti ona nağd qaydada ödəniş etdiyini düşündüyünü bildirmiş, ona ünvanlanmış “Direktoru olduğunuz Şəxs MMC tərəfindən həyata keçirilən ixrac əməliyyatı üzrə **********2275 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsinin 20- ci qrafasında “003” kodu qeyd edilərək malların konsiqnasiya Qaydasında ixrac edildiyi bəyan edilmişdir. Yəni, malların ixracından sonrakı 180 gün ərzində vəsaitlərin bank hesabına köçürüləcəyini gömrük organına bəyan etmisiz. Lakin, hal-hazırda izahatınızda geyd edilən 4987,80 ABŞ dolları məbləğində vəsaiti nağd gaydada aldığınızı bildirirsiz. Bu barədə müvəkkil bankınıza və ya gömrük organına ixrac əməliyyatı aparılan tarixdə məlumat vermişdinizmi?” sualına o, bir daha həmin ixrac əməliyyatının 2017-ci il tarixdə aparıldığını və qeyd edilən tarixdən də artıq 6 ilə yaxın müddət keçdiyinə görə hal-hazırda qeyd edilən ixrac əməliyyatı üzrə konkret halları xatırlamadığını, lakin, Gürcüstan Respublikasının “İMS GROUP LTD” şirkətinin ona heç bir məbləğdə vəsait borcunun olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qavtarılmaması inzibati xəta tərkibi yaradır. Həmin maddənin qeyd hissəsinə əsasən 483-cü maddədə “az miqdarda" dedikdə, iyirmi min manatadək olan məbləğ basa düşülür. Beləliklə, Şəxs MMC tərəfindən **********2275 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə ixrac edilmiş malların müqabilində milli valyutaya nisbətdə 8479,26 (səkkiz min dörd yüz yetmiş doqquz) manat 26 qəpik təşkil edən 4987,80 ABŞ dolları xarici valyuta vəsaitinin müvəkkil bankda olan hesaba qavtarılmaması nəticəsində törədilmiş inzibati xətanın uzanan inzibati xətaya aid olduğu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən uzanan inzibati xətalara münasibətdə inzibati tənbehvermə müddətinin xətanın aşkara çıxarıldığı gündən hesablandığı, qeyd edilən inzibatı xətanın Gömrük Əməliyyatları idarəsindən daxil olmuş 34/012/007993 nömrəli xx.xx.2023-cü il tarixli raport əsasında aşkara çıxarıldığı nəzərə alınaraq MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin tərkib əlamətləri olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs MMC (VÖEN **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, direktoru olduğu Şəxs MMC tərəfindən “gimnastika və atletika ilə məşğul olmaq üçün inventar və avadanlıqlar dəsti” yüklərin **********2275 sorğu nömrəli xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləsdirilərək Gürcüstan Respublikasına ixrac edildiyini, həmin ixrac əməliyyatının 2017-ci il tarixdə aparıldığını və qeyd edilən tarixdən də artıq 6 ilə yaxın müddət keçdiyinə görə hal-hazırda qeyd edilən ixrac əməliyyatı üzrə konkret halları xatırlamadığını bildirmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən cəmiyyət barəsində protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində göstərilən müddətlər ötürülməklə tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 10 aprel 2023-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Gömrük Əməliyyatları İdarəsinin rəisi Kamran Mədədov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxalixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”nın 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə ki, ixracatçı şirkətlər konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində köçürülən vəsaitin müvəkkil banklar tərəfindən portala köçürülməsini təmin etmək üçün müvafiq banka yönləndirilmişdir. Şəxs MMC -yə (VÖEN **********) bu barədə Xəbərdarlıq (1400-012/0xx-xx/006385; xx.xx.2022) və Bildiriş (1400-012/0xxxx/008556; xx.xx.2022) məktubları göndərilmişdir. X1 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən 01,12.2022-ci il tarixində alınmış məlumata əsasən Şəxs MMC xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 4987.80 ABŞ dolları məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. 25 dekabr 2017-ci il tarixli **********2275 nömrəli gömrük bəyannaməsindən görünür ki, bədən tərbiyəsi, gimnastika və ya atletika ilə məşğul olmaq üçün inventar və avadanlıqlar, qantelin dəyəri 4987.80 ABŞ dolları müəyyən edilmişdir. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 4.1-ci maddəsinə əsasən, Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərdə tutur. 4.2-ci maddəsinə əsasən Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunur. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayaraq ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil olmalıdır. Mallar yuxarıda göstərilən müddətdə satılmadıqda 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır. 4.3-cü maddəsinə əsasən, Dövlət müəssisələri tərəfindən malların konsiqnasiya yolu ilə ixracı bağlanmış müqavilələr İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır. 4.4-cü maddəsinə əsasən, Dövlət müəssisəsi olmayan digər şəxslər tərəfindən malların konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş mallar həmin malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilərlər. 12.1-ci maddəsinə əsasən, Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışı yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilir. 12.2-ci maddəsinə əsasən, 12.1-ci bənddə göstərilən müəssisələr tərəfindən satılan malların (xidmətlərin və əqli mülkiyyətin) Azərbaycan Respublikası ərazisindən çıxarılmasına gömrük orqanları tərəfindən yalnız onların haqqının ödənildiyi, yaxud akkreditiv və ya bank zəmanəti təqdim edildiyi barədə Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılması üçün icazəsi olan müvafiq müvəkkil bankların bunu təsdiqləyən sənədi təqdim olunduqda icazə verilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 4987.80 (dörd min doqquz yüz səksən yeddi dollar səksən sent) ABŞ dolları məbləğində gimnastika və ya atletika ilə məşğul olmaq üçün inventar və avadanlıqlar, qantel ixrac edilmişdir, həmin məbləğdə vəsait qanunvericiliklə müəyyən edilmiş müddət ərzində bank hesabına daxil olmamışdır. Beləliklədə iş materiallından görünür ki, Şəxs MMC tərəfindən 4987.80 (dörd min doqquz yüz səksən yeddi dollar səksən sent) ABŞ dolları məbləğdə gəlirin ölkəyə daxil olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən həmin hissədə inzibati xəta hadisəsinin törədildilmiş hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən “Azidman Services" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün sonuncu müddət 25 iyun 2018-ci il müəyyən edilmişdir. Buna görə də “Azidman Services" MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Maddənin qeyd hissəsinə əsasən, Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən, yəni 25 mart 2018-ci il tarixdən beş ildən artıq müddət keçdiyindən, Şəxs MMC barəsində inzibati tənbeh verilə bilməz. İXM-in: 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Odur ki, Şəxs MMC barəsində tərtib olunmuş 10 aprel 2023-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin Məcəllənin 38.1-ci maddəsinin tələbləri nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 10 aprel 2023-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2205/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2205/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver