Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2205/2024 16.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Şikayətçi "xxxx" MMC-nin nümayəndəsi və vəkili 19 saylı Vəkil bürosunun vəkili Vəkil, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 17 aprel 2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş aprel 2024-cü il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru kimi vəzifəli şəxs X5 barəsində AR İXM-nin 192.1-ci və 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsi haqqında MN No ******* saylı Protokol qəbul edilmişdir. İnzibati xəta haqqında protokoldan sonra həmin Protokol əsasında xx.xx.2024-cü il tarixində X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru kimi vəzifəli şəxs X5 barəsində AR İXM-nin 192.1 və 192.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsi haqqında MN No ******* saylı İnzibati tənbeh vermə haqqında müvafiq qərar qəbul edilmişdir. Həmin qərardan şikayət verilməsi müddəti 10 gün ərzində nəzərdə tutulmuşdur və məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, tərəfimizdən müvafiq qərarın surəti poçt vasitəsilə xx.xx.2024-cü il tarixində alınmışdır. İddiaçı barəsində tətbiq edilmiş MN No ******* saylı xx.xx.2024-cü il tarixli protokol və bunun nəticəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN No ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və qərəzli şəkildə qəbul edilmişdir. Qəbul edilmiş qərar tamamilə əsassızdır və hesab edirik ki, pozuntusu iddia edilən maddənin norması əmələ münasibətdə düzgün tövsif edilməmişdir. Buna görə də həmin qərar əməldə inzibati xətanın tərkibi olmadığı üçün ləğv edilməlidir. "xxxx" MMC öz əmək və mühasibatlıq işlərini görülməsi üçün xx.xx.2023-cü il tarixində "xxxx" MMC ilə xidmət müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə şirkətin işə qəbul işdən çıxarma, vergi-mühasibatlıq məsələlərini həyata keçirməsi bu xidmət göstərən "xxxx" MMC-nin üzərində öhdəlik olmuşdur. Hətta "xxxx" MMC -nin ASAN imzası da bu şirkətə təhvil verilmişdir ki, ASAN imzanın tələb olunduğu sahələrdə oprativlik yüksək səviyyədə təmin edilsin. X1 "xxxx" MMC -də işə bağladığı zaman onun əmək müqaviləsini rəsmi sistemə daxil etmək öhdəliyi daşıyan şirkətin əməkdaşına əlində yeni tipli şəxsiyyət vəsiqəsi olduğu halda vatsap vasitəsilə öz qüvvədə olmayan - etibarsız şəxsiyyət vəsiqəsinin surətini göndərir; Avqust ayının sonlarında Məmmədova onlara məlumat verdi ki, onun portalında rəsmi iş yeri görünmür. Bu zaman Purle şirkəti konsaltinq xidmətinə məsələ ilə əlaqədar soğru etdilər və xidmət göstərən şirkət bildirdi ki, məsələni araşdırıb məlumat verəcəkdir. Sonradan isə məlum olmuşdur ki, xidmət göstərən şirkətin əməkdaşı dəfələrlə cəhd etməsinə baxmayaraq Nisə Məmmədovanın elektron əmək müqaviləsini ƏMAS sisteminə yükləmək mümkün olmamışdır. (Vatsapla göndərilən səs əlavə olunur) Məmmədovanın E-sosial portalında portal şəklinin köhnə şəxsiyyət vəsiqəsinin şəkli ilə eyni qalması onun yeni vəsiqə almasına dair şübhələrə məhəl qoymamışdır. Yəni, portaldaki şəklin keçmiş şəxsiyyət vəsiqəsindəki şəkillə eyni olması o deməkdir ki, şəxsin vəsiqəsi dəyişilməmişdir. Yeni vəsiqə alanda o avtomatik portalda da yenilənir. (Bunu sübutu onun portalının çıxarışından olan şəkil əlavə olunur) Purple şirkəti Məmmədovaya məlumat vermişdir ki, portalda görsənməməyinin səbəbi şəxsiyyət vəsiqəsinin sistem tərəfindən qəlubu zamanı mütəmadi xətaların yaranması olmuşdur. Bundan sonra Nisə Məmmədova şəxsiyyət vəsiqəsini dəyişdirdiyimi bildirərək yeni vəsiqəsini təqdim etmişdir. Dsmf-sinin ödənilməsi: Purple Şirkəti tərəfindən avqust ayı üçün X4 əmək haqqından dsmf ödənişi həyata keçirilmişdir. Bu isə o deməkdir ki, əgər şirkətin gizli işçi işlətmək niyyəti ilə əmək müqaviləsinin bağlanmasından yayınması məqsədi olmuş olsaydı, şirkət onun elə ilk növbədə dsmf-sini ödəməzdi. Yəni şirkət faktiki olaraq Məmmədovanı artıq avqust ayından etibarən onu öz qanuni işçisi gözündə gördüyü üçün onu sosial ödənişi həyata keçirmişdir. Sistemə bildirişin yüklənib-yüklənmədiyindən xəbərsiz ola-ola bu ödənişlərin həyata keçirilməsi qaydası ilə yerinə yetirilməsi işəgötürənin niyyətinin təmiz olmasının birbaşa sübutudur. Sistemin texniki xəta verməsi indiki dövrdə elə bir müəəsisə və təşkilat yoxdur ki, onun başına gəlməsin. Əmək haqqı alması: Məmmmədovanın əmək haqqı ödənişi "xxxx" QSC-nin əmək haqqı kartları vasitəsilə həyata keçirilir. LOGLARİN çıxarılması: hazırki şikayətimizin vvə törədilmiş əməldə təqsirli olmadığımızın ən bariz sübutları ƏMAS Sisteminə bildirişin yüklənməsi zamanı sistem xətalarının mövcudluğudur. Belə ki, ƏMAS da sistem təsdiq etmədiyi daxil etmələr arxivə- loglara düşür. Əgər inzibati orqan o arxivləri qaldırsa görünəcək ki, şirkət tərəfindən Məmmədovanın əmək müqaviləsinin gücləndirilmiş imza vasitəsilə hökumət portalına daxil edilməsinə dəfələrlə müraciətlər olunmuşdur. Əgər bu müraciətlər xəta nəticəsində qeydə alma bilimirsə bunu işəgötürənin əmək müqaviləsi bağlanmasından yayınması kimi qiymətləndirmək ədalətsiz olardı. Odur ki, yuxarıda göstərilənlərə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi 13 fevral 2024-cü il tarixli MN ******* saylı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələrinə əsasən İnzibati Tənbeh vermə haqqında Qərarın ləğv edilərək başlanmış inzibati icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi "xxxx" MMC-nin direktoru X3 vəkili Vəkil şikayəti müdafiə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 17 aprel 2024-cü il tarixli, MN ******* saylı qərarın əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X7 bildirmişdir ki, X6 ilə "xxxx" MMC arasında 20 avqust 2023-cü il tarixdən əməyə cəlb edilməsinə baxmayaraq əmək müqaviləsi bildirişi 20 sentyabr 2023-cü il tarixində elektron sistemə yerləşdirilmişdir. Bununla da əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qərar qanuni və əsaslı olduğundan şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 17 aprel 2024-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş eləcə də əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilsə də son haqq-hesabın ödənilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Nəticədə "xxxx" MMC-nin direktoru X5, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2023-cü il tarixdən iş başlamışdır və xx.xx.2023-cü il tarixdə isə onunla bağlanmış müqavilə elektron sistemə daxil edilmişdir. Məhkəmə barəsində inzibati qərar qəbul edilmiş şəxsin “inzibati xətanın baş verməsində onların təqsirinin olmaması ilə bağlı” gətirdikləri dəlillə bağlı bildirir ki, "xxxx" MMC ilə “Emay” Group Company arasında “işçilərin işə qəbul və işdən çıxarma vəzifələrinin ona həvalə edilməsi ilə bağlı” Xidmət müqaviləsinin olması "xxxx" MMC-nin əməlində inzibati xəta hadisəsinin olmaması və inzibati məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Belə ki, qanunvericiliyə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda və bu hal "xxxx" MMC-yə aşkar məlum olmasına baxmayaraq qanunvericiliyin həmin imperativ normasının tələblərinə işəgötürən olaraq məhs "xxxx" MMC tərəfindən riayət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da "xxxx" MMC-nin direktoru X5 tərəfindən X6 əmək müqaviləsi qüvvəyə minmədən "xxxx" MMC-də işlərin görülməsinə cəlb edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsnə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. İXM-nin yuxarıda qeyd edilən maddəsinin məzmunundan göründüyü kimi məcəllənin bir sıra maddələrdə nəzərdə tutulmuş inzibati xətalar müvafiq qurumun informasiya sistemi vasitəsilə aşkar edildikdə şəxsin iştirakı olmadan real vaxt rejimində inzibati xəta haqqında elektron protokol tərtib olunur. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında inzibati protokol tərtib etmiş orqan Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin İXMnin 127-4.1-ci maddəsndə nəzərdə tutulmuş icraatın aparılması ilə əlaqədar fəaliyyyəti həyata keçirmək məqsədi ilə yaradılmış müvafiq “Elektron informasiya sistemi”nin mövcudluğu, onun istifadə edilməsi, eyni zamanda inzibati xəta hadisəsinin baş verməsi ilə bağlı halların məhz həmin sistem vasitəsilə aşkar edilməsi ilə bağlı sübutlar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 17 aprel 2024-cü il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 17 aprel 2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2205/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2205/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver