Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-221/2021 07.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialı işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC onun mülkiyyətində (istifadəsində) olan “Ravon R4 LTZ” (minik) markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, protokol və ona əlavə edilmiş material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına sorğunun ünvan sahibinə çatdırılmasına dair poçt göndərişi haqqında xəbərnamə əlavə edilməmişdir. Eyni zamanda sorğunun ünvan sahibinə çatdırılmasına dair hər hansı bir digər mötəbər sübut əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Əgər belə bir sorğu mövcud deyildirsə o halda hər hansı bir xətadan söhbət gedə bilməz. Bundan başqa, Şəxs MMC-nin barəsində İXM-nin 347-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş protokolda xətanın törədilməsi vaxtı düzgün göstərilməmişdir. Belə ki, protokolda İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş xətanın törədildiyi vaxt xx.xx.2020-ci il, yəni Cəmiyyətin balansında olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi vaxtı qeyd edilmişdir. Belə ki, işə əlavə edilmiş sorğunun məzmunundan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 10:31-də cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “Ravon R4 LTZ” (minik) markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törədilmişdir. Qeyd olunan sorğu ilə avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi Cəmiyyətdən xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmçinin iş materiallarından görünür ki, inzibati xəta haqqında protokol xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilməsinə baxmayaraq İXM-də nəzərdə tutulduğu kimi onun tərtib edildiyi vaxtdan 48 saat ərzində deyil, 4 aya yaxın müddət keçdikdən sonra xx xxxxxx 2020-ci il tarixli müşayiət məktubu ilə xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin müvafiq inzibati xətanı törədibtörətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş material Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-221/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-221/2021
07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver