Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-221/2022 01.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 93-də yerləşən “X2 Sanayi və Ticaret” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN **********) Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması məcburi olan 20 oktyabr 2016-cı il tarixdə Bakı Baş Gömrük idarəsində **********8181 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti ixrac” gömrük prosedurunda .erləşdirmək məqsədi ilə bəyan edərək rəsmiləşdirilmiş ümumi dəyəri 44 250 manat təşkil edən WHELL LOADER markalı A1104110AH1104040 markalı 2011-ci il buraxılışlı yükləyici 1 il öhdəlik müddəti ərzində qaytarmaq barədə öhdəlik götürüb sərhəd gömrük orqanı Cənub Ərazi Baş Gömrük idarəsinin “Astara” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına müvəqqəti aparmış, 18 sentyabr 2017-ci il tarixdə 24/24/022649 nömrə altında seydə alınmış müraciəti əsasında öhdəlik müddətini 20 oktyabr 2018-ci il tarixədək uzatmış və yenidən 21 sentyabr 2018-ci il tarixdə 24/24/025130 nömrə altında qeydə alınmış müraciəti əsasında öhdəlik müddətini 20 oktyabr 2019-cu il tarixədək uzatmış, qəti olaraq öhdəlik müddətinin son tarixi - 20 oktyabr 2019-cu il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.6-cı yarımbəndinin tələblərinə riayət edərək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməli olduğu halda, qaytarılması məcburi olan əvvəllər aparılmış həmin malı Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamışdır. Bununla da o, İXM-in 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 21.12.2021-ci il tarixli, №00100-2575/21 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin (hüquqi şəxsə) nümayəndəsi X3 protokola dair etiraz təqdim edərək bildirmişdir ki, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyə məxsus olan WHELL LOADER SEM-650B texnika istismar müddətində amortizasiyanı nəzərə almadan məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən iş texnikaları, nəqliyyat vasitələri – 25% illik amortizasiya olunur. Halbu ki, iddiaçı tərəfindən 05 il istismar müddətini nəzərə alınmalı, amortizasiya olunmalı və son qalıq dəyərini məhkəməyə təqdim etməli idi. Texnikanın İstismar müddətində amortizasiya hesablanmışdır və 01.01.2022-ci il tarixə qalıq dəyəri 10063,20 manat təşkil edir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamas inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin sanksiyasına əsasən inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə texnikanın istismar müddətində amortizasiyası nəzərə alınan faktlar sırasına daxil deyildir. Çünki həmin maddənin sanksiyasında inxzibati cərimə tənbehi yalnız vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər barəsində tətbiq edilə bilir. Digər şəxslər barəsində, o cümlədən hazırkı protokol hüquqi şəxs barəsində tərtib edildiyi üçün, hüquqi şəxs barəsində İXM-nin 499.2-ci maddəsinə əsasən tətbiq edilən inzibati tənbeh yalnız inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələrinin müsadirə edilməsidir. Bundan əlavə nəzərə almaq lazımdır ki, hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti də keçməmişdir. Çünki İXM-nin 499.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılması inzibati xəta kimi nəzərdə tutulmuşdur. Həmin müddətlərlə bağlı qeyd edilməlidir ki, İXM-nin 499.1-ci maddəsində bu müddətlər müxtəlif olmuşdur. İXM-nin 499.1.5-ci maddəsində bu müddət kimi, bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılması tənzimlənmişdir. Yəni İXM-nin 499.1.5-ci maddəsindəki inzibati xəta həmin 1 il müddət tamam olanda baş verir, belə olduğu təqdirdə həmin maddə üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti maksimum 01 il olduğu üçün, bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmdıqda, həmin müddətin səhəri günündən hesablanmaqla 1 il müddətdə inzibati məsuliyyətə cəlb edilə bilərdi. Hazırkı iş üzrə mallar 20.10.2019-cu il tarixədək Azərbaycan ərazisinə qaytarılmalıydı, buna görə də məhz İXM-nin 499.1.5-ci maddəsindəki inzibati xəta üzrə inzibati tənbeh 20.10.2020-ci il tarixədək verilə bilərdi. Lakin hazırkı iş üzrə hüquqi şəxsin əməlində İXM-nin 499.2-ci maddəsindəki inzibati xəta mövcud olmuşdur. Həmin maddədə isə müddət uzanandır. Çünki 01 ildən də artıq müddətə, yəni ümumiyyətlə mallar Azərbaycan ərazisinə qaytarılmadığı müddət 01 ildən artıq olarsa, həmin müddətdə İXM-nin 499.2-ci maddəsinə əsasən inzibati xəta baş verməkdədir, uzanır. Həmin mallar Azərbaycan ərazisinə qaytarılanadək inzibati xəta uzanır. İXM-nin 499.2-ci maddəsinə nisbətən qısaldılmış müddətlər İXM-nin 499.1-ci maddəsində tənzimlənmişdir. Məhz bu səbəbdən də İXM-nin 499.2-ci maddəsində müddət qeyd edilməmişdir, həmin maddəyə əsasən müddət uzanmaqda davam edir. Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: “X2 Sanayi və Ticaret” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş “VVHELL LOADER markalı A1104110AH1104040 markalı 2011-ci il buraxılışlı yükləyici” müsadirə edilsin. Həmin əmlak məcburi qaydada və ödənişsin dövlətin mülkiyyətinə keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-221/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-221/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver