Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2211/2020 15.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov Şikayətçi X1 inzibati xəta haqqında iş üzrə protokoldan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Əli oğlu Bakı şəhəri Səbail rayon polis idarəsi 9-cu polis bölməsinə və Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə qarşı şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli, ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, X3 əvvəllər də məhkəməyə şikayəti daxil olmuş, lakin həmin şikayətə hər hansı bir inzibati tənbeh vermə qərarı əlavə edilmədiyindən, həmin iş üzrə inzibati xəta haqqında protokolun ləğv edilməsi xahiş edildiyindən, Yasamal Rayon Məhkəməsinin 3(004)-2067 /2020 saylı, «01» sentyabr 2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Hazırkı şikayətə də barəsində şikayət verilmiş hər hansı bir inzibati tənbeh vermə qərarı əlavə edilməmişdir. Şikayət Bakı şəhəri Səbail rayon polis idarəsi 9-cu polis bölməsinə və Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə qarşı verilsə də, həmin orqanların da inzibati iş üzrə hər hansı bir tənbeh vermə qərarı işə əlavə edilməmişdir. Məhkəməyə üzərində SS681148249AZ ştrix kodu qeyd edilmiş zərflə daxil olan sənədlər 5 vərəqədə omuşdur. Onlar da şikayət-2 vərəqə, MN ******* saylı protokol-1 vərəqə, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu-1 vərəqə və 3(004)- 2067 /2020 saylı, «01» sentyabr 2020-ci il tarixli qərardad-1 vərəqə. Şikayətə tarixi qeyd edilməmiş MN ******* saylı inzibati xəta haqqında protokol və Yasamal Rayon Məhkəməsinin 3(004)-2067 /2020 saylı, «01» sentyabr 2020-ci il tarixli qərardadı, məhkəmənin qərardadı müşaiyyət məktubu əlavə edilmişdir. Həmin protokolun hansı səlahiyyətli orqanın tərtib etdiyi protokolda qeyd edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə barəsində şikayət verilmiş qərarın surəti iş materiallarına əlavə edilməmişdir, məhkəməyə göndərilməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən xüsusatlar hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Həmçinin qərarın surətinin alınması üçün şikayətçinin özünün DYP-yə müraciət etməsi, lakin qərarın surətinin ona verilməməsi barədə iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də dair şikayəti geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayətçi X1 inzibati xəta haqqında iş üzrə protokoldan verdiyi şikayətvə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2211/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2211/2020
15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver