Məhkəmə qərarları › İş №3(004)-2216/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2216/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2216/2024 17.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X3, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 22 aprel 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 22 aprel 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində etibarnamə ilə idarə etdiyi “Mersedes” markalı, **-LM-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonun, Landau küçəsindən H Cavid küçəsinə sola istiqamətə dönərkən ondan sol cərgədə yolla arxadan gələn "Toyota" markalı, **-KZ-*** dövlət nömrə nişanlı abtomobilin sürücüsü idarə etdiyi avtomobilin qabaq sağ tərəf buferi ilə onun idarə etdiyi avtomobilin sağ tərəf arxa qapısını vuraraq qəza törətmişdir. "Toyota"nın sürücüsündən qəzanı törətməsinin səbəbini soruşmuşdur. Həmin sürücü ona demişdir ki, onun sol tərəfindəki cərgədəki yolla gələn avtomobil sağ tərəfə ona doğru hərəkət edərək onu sağ tərəfə sıxışdırmışdır. Qəza olmasın deyə o da idarə etdiyi avtomobili sağa doğru qaçırmış və nəticədə qəza baş verdi". Qəza vaxtı həyat yoldaşıda onunla idi. O, “Toyota” sürücüsünün etirafının şahididir. Hadisə yerinə Bakı Dövlət Yol Polisi İdarəsinin əməkdaşı kapitan Anar Rəsulov gəlmiş və onlardan sürücülüyə aid sənədləri alaraq səhəri günü BDYP idarəsinə getməyi tapşırmışdır. Səhəri günü xx.xx.2024-cü il tarixdə BDYP-i idarəsinə getmiş və orada kapitan Anar Rəsulov demişdir ki, kameraya baxmış, qəzanın baş verməsində günahkar sənsən. Guya o manevr etmiş və “Toyota”-nın yoluna çıxmışdır. O inspektor Anar izah etmişdir ki, “Toyota” avtomobili ondan sol tərəf cərgə arxadan gəlmişdir. O Cavid küçəsinə dönmək üçün sağ tərəfdən gələn avtomobilləri buraxmaq üçün dayanmışdır. Elə bu anda ondan sol cərgə yolla arxadan gələn "Toyota" avtomobili öz yolunu dəyişərək onun avtomobilinə çırpılmış və "Toyota"nın sürücüsüdə etiraf etmişdir ki, onun solu ilə hərəkət edən avtomobil onu sağ tərəfə doğru sıxışdırdığından qəza olmaması üçün o avtomobilini sağ tərəfə qaçırtmış nəticədə qəza baş vermişdir. Kapitan Anar isə "Toyota" sürücüsünün qəzanı özü törətdildyi etirafını qəbul etmədiyini bildirmiş və ondan izahat yazmağını tələb etmişdir. O izahatında da qəzanı qarşı tərəfin törətdiyini qeyd etmişdir. Lakin deyilən həqiqət qəbul edilməmiş və xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol və həmin tarixli TP seriyalı ******* saylı qətnamə tərtib edilərək ona 40 manat məbləğində cərimə yazılmışdır. Ona qarşı ədalətsizlik edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin tərtib etdiyi 22 aprel 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin tərtib etdiyi 22 aprel 2024-cü il tarixli TP seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X5 şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 22 aprel 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X6 “Mercedes E 240” markalı ******* dövlət qeydiyyat nişanlı avtomobillə 22 aprel 2024-cü il tarixdə saat 09:45-də Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 40 (qırx) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X5 tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, “Mercedes E 240” markalı ******* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi öz hərəkət zolağını dəyişərək sol zolaqdakı “Toyota” markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yoluna çıxmış bununlada manevr qaydalarını pozmaqla onunla toqquşmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 22 aprel 2024-cü il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar