Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2217/2023 11.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə "xxxx" MMC-yə və protokol tərtib etmiş orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Oriflame MMC tərəfindən məhkəməyə etiraz göndərilərək bildirilmişdir ki, Yasamal rayon DYPŞ İnzibati təcrübə üzrə baş inspektoru, polis baş leytenantı K.E.Məmmədov tərəfindən tərtib edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkətinin təhlükəsizlik qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” xx.xx.2023-cü il tarixli İXP ******* saylı İnzibati Xətalar haqqında Protokolla Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi qeyd edilmişdir. Protokol qanunvericiliyin tələbləri, tərəflərin hüquq və azadlıqları pozulmaqla tərtib edilməklə, həqiqəti əks etdirmir. İnzibati orqan tərəfindən belə bir bildiriş hüquqi şəxsin ünvanına daxil olmamışdır. Həmin bildiriş heç iş materiallarına da daxil edilməmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə”dən görünür ki, göndərilən poçt göndərişini “Məmmədov” soyadlı şəxs alıb. Lakin www.azerpost.az/az/tracking saytının “poçt göndərişlərinin izlənməsi” portalından çıxarışdan görünür ki, poçt göndərişini “Xanızadə” adlı şəxs tərəfindən alınıb. Halbu ki, nə “Xanızadə” soyadlı, nə də xəbərnamədə imzası olan şəxs Şəxs MMC-də işləmir, həmin şəxslərin kim olduğu bilinmir. Bundan başqa, Cəmiyyətə məxsus 77AM732 dövlət qeydiyyatlı avtomobil tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı pozuntu xx.xx.2023-cü il tarixində saat 16.28 saata törədildiyi göstərilir. Xəbərnaməli Poçt göndərişi də guya dərhal, xx.xx.2023-cü il tarixində poçta təhvil verilmişdir. Lakin Xəbərnamənin birinci səhifəsindəki poçt şöbəsinin möhüründən görünür ki, poçt şöbəsi həmin zərfi xx.xx.2023-cü il tarixində qəbul etmişdir. Yəni xəbərnamənin 1ci səhifəsində xx.xx.2023-cü il tarixi, ikinci səhifəsində isə xx.xx.2023-cü il tarixi göndərilmişdir. Bu isə həmin məktubda hər hansı bildirişin deyil, ilkin protokolun olduğunu göstərir. Lakin iş materiallarında olan protokola baxdıqda, onun İXM-nin tələblərinə müvafiq tərtib edimədiyi müəyyən edilir: Protokolun birinci səhifəsində “2” nömrəli sırasında “Qeyd olunan protokolla bağlı narazılığım yoxdur” ifadəsi protokolu tərtib edən şəxs tərəfindən yazıldığı adı gözlə də görünür. Protokolun tərtib edilyi yer kimi Yasamal DYPŞ göstərilir və orada protkolla tanış olunduğu qeyd edilir. Lakin o, (R.Qasımov) hər hansı bir səbəblə Yasamal DYPŞ-yə getməmişdir ki, protokolun nüsxəsini də əldə edə bilsin. Protokol 48 saat ərzində məhkəməyə göndərilməli olduğu halda, xx.xx.2023 tarixində məhkəməyə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli İXP ******* saylı İnzibati Xətalar haqqında Protokolla Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə işə inzibati xəta tərkibi olmaması əsası ilə icraata isə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Volkswagen Tıguan” minik markalı, Az **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumat "xxxx" MMC tərəfindən 5 gün müddətində səlahiyyətli orqana verilməmişdir. Bunun nəticəsində "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, AZ1005,ünvan 1 ünvanına göndərilmiş bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:28-də “X1” markalı, Az **-AM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı-Quba yolu,15.8 km ,Sumqayıt istiqamətli yolda müəyyən edilmiş hərəkət sürətini 12 km/saat həddində aşmışdır. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. "xxxx" MMC-dən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsini seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin bildirişinin "xxxx" MMC-nin vəzifəli şəxsi tərəfindən qəbul olunmasını təsdiq edən mötəbər sübut protokola əlavə olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC sorğu məktubunu almadığı üçün təqsirsizdir və bu səbəbdən də hazırda AR İXM-nin 347-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində 14.04 .2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2217/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2217/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver