Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-222/2022 01.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material, o cümlədən inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "X2 SANAYİ VE TİCARET" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN **********) Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması məcburi olan 18 noyabr 2016-cı il tarixdə Bakı Baş Gömrük idarəsində **********4449 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti ixrac” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərək rəsmiləşdirilmiş ümumi dəyəri 58000 manat təşkil edən “CAT 325D” markalı GPB00458 şassi nömrəli 2006-cı il buraxılışlı tırtıllı ekskavatoru 1 il öhdəlik müddəti ərzində qaytarmaq barədə öhdəlik götürüb sərhəd gömrük orqanı Cənub Ərazi Baş Gömrük idarəsinin “Astara” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına müvəqqəti aparmış, 26 oktyabr 2017-ci il tarixdə 24/24/026341 nömrə altında qeydə alınmış müraciəti əsasında öhdəlik müddətini 18 noyabr 2018-ci il tarixədək uzatmış və yenidən 5 noyabr 2018-ci il tarixdə 24/24/028601 nömrə altında qeydə alınmış müraciəti əsasında öhdəlik müddətini 18 noyabr 2019cu il tarixədək uzatmış, qəti olaraq öhdəlik müddətinin son tarixi - 18 noyabr 2019-cu il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.6-cı yarımbəndinin tələblərinə riayət edərək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməli olduğu halda, qaytarılması məcburi olan əvvəllər aparılmış həmin malı Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamışdır. Şəxs nümayəndəsi X3 məhkəməyə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, X2 Sanayi ve Ticaret Səhimdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxsus olan CAT 325D, (Model: 2006 , Chassis № GPB00458, Motor № C7C03629) texnika istismar müddətində amortizasiyanı nəzərə almadan məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 114- cu maddəsinə əsasən iş texnikaları, nəqliyyat vasitələri - 25% illik amortizasiya olunur. Hal bu ki, iddiaçı tərəfindən 5 il istismar müddətini nəzərə alınmalı, amortizasiya olunmalı və son qalıq dəyərini məhkəməyə təqdim etməli idi. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində adalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökümət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əlehinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökmət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən gec bir il keçənədək verilə bilər. İş materiallarından görünür ki, "X2 SANAYİ VE TİCARET" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN **********) Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması məcburi olan 18 noyabr 2016-cı il tarixdə Bakı Baş Gömrük idarəsində **********4449 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti ixrac” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərək rəsmiləşdirilmiş ümumi dəyəri 58000 manat təşkil edən “CAT 325D” markalı GPB00458 şassi nömrəli 2006-cı il buraxılışlı tırtıllı ekskavatoru 1 il öhdəlik müddəti ərzində qaytarmaq barədə öhdəlik götürüb sərhəd gömrük orqanı Cənub Ərazi Baş Gömrük idarəsinin “Astara” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına müvəqqəti aparmış, 26 oktyabr 2017-ci il tarixdə 24/24/026341 nömrə altında qeydə alınmış müraciəti əsasında öhdəlik müddətini 18 noyabr 2018-ci il tarixədək uzatmış və yenidən 5 noyabr 2018-ci il tarixdə 24/24/028601 nömrə altında qeydə alınmış müraciəti əsasında öhdəlik müddətini 18 noyabr 2019-cu il tarixədək uzatmış, qəti olaraq öhdəlik müddətinin son tarixi kimi 18 noyabr 2019-cu il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş həmin üddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya əvvəllər aparılmış həmin malı Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarmalı olduğu halda bunu etməyərək inzibati xəta hadisəsi törətmişdir. Belə olduğu təqdirdə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, inzibati xəta hadisəsinin baş verdiyi (törədildiyi) 18 noyabr 2019-cu il tarixdən hazıradək iki ildən artıq bir müddət keçmişdir. Halbu ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Qanunvericiliyin yuxarıda qeyd olunun normasının məzmunundan da göründüyü kimi inzibati xətalar üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti maksimum 01 il müəyyən edilmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 38, 43, 53, 114-115 və 117 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində EP seriyalı ******* nömrəli 20 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində birbaşa Bakı Apellyasiya Məhkəməsinə və ya Yasamal Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-222/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-222/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver