Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2225/2025 18.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Bakı Şəhər Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri X1 iştiraki ilə, «RVET BAYTARLİQ KLİNİKASİ” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət vergi xidməti Bakı şəhəri kiçik sahibkarlıqla iş üzrə Baş idarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş protokola əsasən xx.xx.2025-ci il tarixdə «RVET BAYTARLİQ KLİNİKASİ” MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “RVET CLİNİC”-də xüsusi razılıq olmadan özəl baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olunması və belə fəaliyyətdən 220 (iki yüz iyirmi) manat gəlir əldə edilməsi müəyyən edilmişdir. Bununla da «RVET BAYTARLİQ KLİNİKASİ” MMC Azərbaycan Respublikasının İXMnin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət vergi xidməti Bakı şəhəri kiçik sahibkarlıqla iş üzrə Baş idarəsinin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «RVET BAYTARLİQ KLİNİKASİ” MMC-nin rəhbəri X3 bildirmişdir ki, hazırda lisenziya alınması üçün müvafiq sənədlərlə müraciət edilmişdir. Eyni zamanda bildirmişdir ki, inzibati xəta nəticəsində əldə edilmiş gəliri dövlət büdcəsinə ödəmişdir və ödəniş qəbzini məhkəməyə təqdim etmişdir. Bütün bunları nəzərə alaraq barələrində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə prosesdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin qeydinə əsasən (əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət vergi xidməti Bakı şəhəri kiçik sahibkarlıqla iş üzrə Baş idarəsinin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, «RVET BAYTARLİQ KLİNİKASİ” MMC ünvan 1 ünvanında xüsusi razılıq (lisenziya) olmadan özəl baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 1467 saylı mədaxil qəbzinin surətindən görünür ki, X3 inzibati xəta nəticəsində əldə edilmiş 220 manat məbləğində pul vəsaitini dövlət büdcəsinin hesabına ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, «RVET BAYTARLİQ KLİNİKASİ” MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “RVET CLİNİC”-də xüsusi razılıq olmadan özəl baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olmuş və həmin fəaliyyətdən 220 (iki yüz iyirmi) manat gəlir əldə etmişdir. Hazırki halda müəyyən edilmişdir ki, inzibati xəta nəticəsində əldə edilmiş gəlir dövlət büdcəsinin hesabına ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin qeydinə əsasən «RVET BAYTARLİQ KLİNİKASİ” MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «RVET BAYTARLİQ KLİNİKASİ” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin maddənin qeydinə əsasən (əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə) xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2225/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2225/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver