Məhkəmə qərarları › İş №3(004)-2229/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2229/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2229/2025 01.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 01 aprel 2025-ci il tarixli, 00500-00416/25 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Gömrük xidmətinin “X1 Sistem’’ xidmətindən əldə olunmuş ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, Şəxs MMC tərəfindən ixrac olunan malların müqabilində qaytarılmalı olan 5246.41765 ABŞ dolları (8918 manat, 91 qəpik) məbləğində vəsait MMC-nin müvəkkil bankdakı hesabına köçürülməmişdir. Qeyd olunan faktla bağlı Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində aparılan araşdırılma ilə əlaqədar Şəxs MMC tərəfindən ixrac olunmuş malların müqabilində müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 5246.41765 ABŞ dolları ( 8918 manat, 91 qəpik) məbləğində xarici valyutanın geri qaytarılmamasının səbəbinin aydınlaşdırılması məqsədilə Əməliyyat və təhqiqat şöbəsinə dəvət olunan şirkətin idxal-ixrac əməliyyatları üzrə meneceri X3-sual olunmuş və izahatında bildirmişdir ki, MMC 2017-ci ildən fəaliyyət göstərir və əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı məhsullarının istehsalı və ixracından ibarətdir. İxrac adətən xarici ölkələrdə fəaliyyət göstərən hüquqi şəxslərə olunur. xx.xx.2024-cü il tarixində rəsmiləşdirilən gömrük bəyannaməsi (**********1655) üzrə qaytarılmalı olan vəsaitdən qalan vəsait 5246.42 ABŞ dolları təşkil etmişdir. Həmin vəsaitin bağlanmamasına səbəb müqavilə şərtlərinə uyğun satıcının alıcıya əldə edilmiş həcm üçün invoys dəyərinin 5 faiz həcmində ödəniş etməməsini qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin və barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, inzibati işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin 04 oktyabr 2024-cü il tarixli, 3-33-1400/012/002227 nömrəli raportundan görünür ki, Şəxs MMCnin (VÖEN: **********) xx.xx.2024 - xx.xx.2024-cü il tarix aralığında rəsmiləşdirdiyi 2 gömrük bəyannaməsi (**********1655, **********3421) üzrə “Qurudulmuş xurma dilimləri” yükünün Ukrayna və Rusiya Federasiyasına ixrac etdiyi ümumi dəyəri 224205.85 ABŞ dollar (381149.945 manat, kurs: 1 ABŞ dollar = 1,70 AZN) olan yükün müqabilində qaytarılmalı olan məbləğdən 86383.82 ABŞ dolları (146852.494 manat, kurs 1 ABŞ dollar = 1,70 AZN) vəsaitin Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. İnzibati xəta haqqında 01 aprel 2025-ci il tarixli, 00500-00416/25 saylı protokoldan görünür ki, Gömrük xidmətinin “X1 Sistem’’ xidmətindən əldə olunmuş ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, Şəxs MMC tərəfindən ixrac olunan malların müqabilində qaytarılmalı olan 5246.41765 ABŞ dolları (8918 manat, 91 qəpik) məbləğində vəsait MMCnin müvəkkil bankdakı hesabına köçürülməmişdir. Qeyd olunan faktla bağlı Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində aparılan araşdırılma ilə əlaqədar Şəxs MMC tərəfindən ixrac olunmuş malların müqabilində müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 5246.41765 ABŞ dolları ( 8918 manat, 91 qəpik) məbləğində xarici valyutanın geri qaytarılmamasının səbəbinin aydınlaşdırılması məqsədilə Əməliyyat və təhqiqat şöbəsinə dəvət olunan şirkətin idxal-ixrac əməliyyatları üzrə meneceri X3-sual olunmuş və izahatında bildirmişdir ki, MMC 2017-ci ildən fəaliyyət göstərir və əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı məhsullarının istehsalı və ixracından ibarətdir. İxrac adətən xarici ölkələrdə fəaliyyət göstərən hüquqi şəxslərə olunur. xx.xx.2024-cü il tarixində rəsmiləşdirilən gömrük bəyannaməsi (**********1655) üzrə qaytarılmalı olan vəsaitdən qalan vəsait 5246.42 ABŞ dolları təşkil etmişdir. Həmin vəsaitin bağlanmamasına səbəb müqavilə şərtlərinə uyğun satıcının alıcıya əldə edilmiş həcm üçün invoys dəyərinin 5 faiz həcmində ödəniş etməməsini qeyd etmişdir. Şəxs MMC-nin direktoru X4 tərəfindən elektron məhkəmə sistemi vasitəsilə göndərilmiş vəsatətdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Azərbaycan Respublikası hüquqi şəxsi olan Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Yasamal rayon məhkəməsinə göndərmişdir. Aşağıdakı əsaslara görə hesab edirəm ki. hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi inzibati xəta qəsdən və ya ehtiyatsızlıqdan törədilə bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddəslərinə əsasən Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 483-cü maddəsinə əsasən Xarici iqtisadı fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati məhsuliyyətə səbəb olur. Beləliklə yuxarıda göstərilən qanunun tələblərinə əsasən hazırkı iş üzrə icraata xitam verilməlidir. Bu Məcəllənin 483-cü maddəsindən müəyyən olunur ki, bu maddənin tərkib hissəsi yaranması üçün iki şərt vardır. Xarici valyuta əldə edilməli və müvəkkil banka köçürülməsi təmin olunmamalıdır. Hazırki, işin materiallarından görünür ki bu fəaliyyət nəticəsində ümumilikdə 5246,41765 ABŞ dolları xarici valyuta əldə edilməmişdir. Belə ki, İşin materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İnzibati orqanın qənaətinə görə Şəxs MMC tərəfindən "xxxx" Şirkətinə **********1655 nömrəli 05 mart 2024-cü il tarixli Gömrük bəyannaməsi ilə ixrac etdiyi 111287,65 ABŞ dollar dəyərində qurudulmuş xurma məsulu üzrə Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamışdır. Bildirirəm ki, Şəxs MMC ilə "xxxx" Şirkəti arasında 05 sentaybr 2023-cü il tarixdə GT\0000966\23 nömrəli alqısatqı müqavilə bağlanmışdır. Həmin Müqavilənin 05 sentyabr 2023-cü il tarixli 5 saylı Əlavəsinə əsasən Satıcı (Balxurma MMC) Müqavilə üzrə razılaşdırılmış həcmdə mallar satdıqda həmin həcmin 5 faizi məbləğində aylıq olaraq Alıcıya (GRAND TRADE) mükafat ödəməyi öhdəsinə götürmüşdür. Həmin Əlavəyə əsasən Mükafatın ödənilməsinə dair GU24- 008078 nömrəli AKTda uyğun olaraq xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığında satılan məhsulun ümumi dəyəri 178378,20 manat təşkil etmişdir. İşin materillarına əlavə edilmiş **********1655 nömrəli 05 mart 2024-cü il tarixli Gömrük bəyannaməsindən görünür ki, satılan malların invoice dəyəri (42-ci bənd) 111287,65 ABŞ dollar təşkil İtmişdir. Ölkəyə qaytarılmayan xarici valyutanın dəyəri isə 5246,41765 ABŞ dolları, yəni 8918,91 manat təşkil etmişdir. Belə olan olan halda müqavilə şərtlərinə əsasən xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığında satılan məhsulun ümumi dəyəri 178378,20 manat təşkil etdiyindən ölkəyə qaytarılmayan Müqavilə şərtlərinə əsasən malın dəyərinin 5 faizi 8918,91 manat təşkil etməkdədir ki, bu məbləğ də Alıcıya Müqaviləşərtlərinə əsasən mükafat şəklində ödənilmişdir. Göründüyü kimi **********1655 nömrəli 05 mart 2024-cü il tarixli Gömrük bəyannaməsi ilə ixrac olunmuş məhsulun ümumi dərindən ümumilikdə 5246,41765 ABŞ dolları, yəni 8918,91 manat vəsait əldə olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin tərkibi yalnız qəsdən törədilə bilər, yəni İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hansı əsasla Gömrük İdarəsi hesab edir ki, bu ixrac əməliyyatları ilə Şəxs MMC öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmiş və yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Bundan başqa hesab edirik ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi üzrə tərkibinin yaranmsı üçün ixrac olunan məhsullar yalnız konsiqnasiya ilə edilməlidir. Belə ki, həmin Fərmanın 12.1. Hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hazırki halda isə konsiqnasiya yolu ilə mallar ixrac olunmadığından ona həmin Fərmanla nəzərdə tutulmuş 180 gün müddəti, yəni Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər müddəası tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 17 may 2021-ci il tarixli Qərarında aşağıdakılar öz əksini tapmışdır: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 59-cu maddəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaylarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibatı xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Göründüyü kimi hazırkı protokol üzrə Şəxs MMC-nin heç bir təqsiri yoxdur. Belə ki, hər iki tərəf yəni Satıcı olan Şəxs MMC və Alıcı olan "xxxx" Şirkəti arasında bağlanmış 05 sentyabr 2023-cü il tarixdə GT\0000966\23 nömrəli alqı-satqı müqaviləsnin şərtlərinə və onun 05 sentyabr 2023- cü il tarixli 5 saylı ƏLAVƏSİNƏ və Mükafatın ödənilməsinə dair GU24-008078 nömrəli AKTda əməl etmiş satılmış mallar Alıcıya çatdırılmış, Alıcı isə Müqavilə şərtlərinə uyğun olaraq xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığında satılan məhsulun ümumi dəyəri olan 178378,20 manatın 5 faizi həcmində, yəni 8918,91 manat Mükafat ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol üzrə inzibati xəta hadisəsi və inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 10-cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir. 10 fevral 2017-ci il tarixli 1233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ixracda hesablaşmaları tənzimləyən Qaydaların 12-ci bəndinə hesablaşma üsulları ilə bağlı edilmiş dəyişikliklər nəticəsində dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışının yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilməsi kimi irəli sürülən tələblər aradan qaldırılmışdır. Yeni tələblərə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Həmin qərarda, həmçinin, göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin direktoru tərəfindən göndərilmiş vəsatətdə qeyd edilənlərə tənqidi yanaşıb hesab edir ki, vəsatətdə göstərilən həmin hallar Şəxs MMC-nin məsuliyyətdən yayınma xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, MMC tərəfindən hər hansı bir şirkətlə hər hansı müqavilənin bağlanması onun məsuliyyətini istisna etmir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC tərəfindən ixrac olunan malların müqabilində qaytarılmalı olan 5246.41765 ABŞ dolları (8918 manat, 91 qəpik) məbləğində vəsait MMC-nin müvəkkil bankdakı hesabına köçürülməmişdir. Qeyd olunan faktla bağlı Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində aparılan araşdırılma ilə əlaqədar Şəxs MMC tərəfindən ixrac olunmuş malların müqabilində müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 5246.41765 ABŞ dolları ( 8918 manat, 91 qəpik) məbləğində xarici valyutanın geri qaytarılmamasının səbəbinin aydınlaşdırılması məqsədilə Əməliyyat və təhqiqat şöbəsinə dəvət olunan şirkətin idxalixrac əməliyyatları üzrə meneceri X3-sual olunmuş və izahatında bildirmişdir ki, MMC 2017-ci ildən fəaliyyət göstərir və əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı məhsullarının istehsalı və ixracından ibarətdir. İxrac adətən xarici ölkələrdə fəaliyyət göstərən hüquqi şəxslərə olunur. xx.xx.2024-cü il tarixində rəsmiləşdirilən gömrük bəyannaməsi (**********1655) üzrə qaytarılmalı olan vəsaitdən qalan vəsait 5246.42 ABŞ dolları təşkil etmişdir. Həmin vəsaitin bağlanmamasına səbəb müqavilə şərtlərinə uyğun satıcının alıcıya əldə edilmiş həcm üçün invoys dəyərinin 5 faiz həcmində ödəniş etməməsini qeyd etmişdir. Bununla da, Şəxs gömrük qaydaları əleyhinə olan Azərbaycan Respublikası İXMnin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 01 aprel 2025-ci il tarixli, 00500-00416/25 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olan 5246.41765 ABŞ dolları xarici valyutanın dəyərinin 30% miqdarında, yəni 1573,9253 ABŞ dolları məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar