Məhkəmə qərarları › İş №3(004)-2232/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2232/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2232/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X7 iclas katibliyi, Bakı Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru X1, zərər çəkmiş şəxs (tələbkar) X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1962-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 mənzil 58 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(004)-2699/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 13500 (on üç min beş yüz) manat məbləğində borc, gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 1350 (bir min üç yüz əlli) manat məbləğində pul vəsaiti və həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq tələbkar X4 ödənilməlidir. Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz səbəbdən boyun qaçırır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2699/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən borclu Şəxs xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 13500 manat məbləğində borc, gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 1350 manat məbləğində pul vəsaiti vəı həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra sənədi üzrə xx xxxxxx 2019-cu il tarixli qərarla icraata başlanılmış, həmin qərar, tələbin könüllü icrası üçün bildiriş və icra sənədinin surətləri birlikdə icra edilməsi üçün borclu Şəxs göndərilmişdir. Borclunun mülkiyyətində hər hansı bir əmlakının olubolmaması istiqamətində aparılmış tədbirlər zamanı onun mülkiyyətində hər hansı bir əmlakı, bankda hesabı, əmək haqqı, pensiya və ya digər vəsaiti müəyyən edilməmişdir. Borclu Şəxs icra sənədini tam icra etməyərək, hal-hazıradək 14880 (on dörd min səkkiz yüz səksən) manat məbləğində borcu geri qaytarmamışdır. Borcun ödənilməsi istiqamətində tədbirlər görülməsi üçün Şəxs Yasamal rayon icra və probasiya şöbəsinə dəfələrlə dəvət edilmiş, izahatı alınaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyət barədə ona yazılı və şifahi xəbərdarlıq edilmişdir. Açılmış icraat üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədilə zəruri tədbirlər görülmüş, müvafiq qurumlara sorğular göndərilmişdir. Lakin hər hansı əmlakı və tələbin yönəldilə biləcək pul vəsaiti aşkar edilməmişdir. Şəxs icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərinin yerinə yetirməklə öz hərəkətlərini davam etdirmişdir. Hazıradək heç bir ödəniş edilməmişdir. Buna görə də, borclu Şəxs yenidən Yasamal rayon icra və probasiya şöbəsinə dəvət edilmiş və barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx xxxxxxxx 2019-cu il tarixdə və MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs faktiki borcu 14880 (on dörd min səkkiz yüz səksən) manat təşkil edir. X2 göstərilənlərə əsasən Şəxs barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli icra sənədinə əsasən ondan 14880 (on dörd min səkkiz yüz səksən) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq ümumilikdə 14910 manat məbləğində pul tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. Borcun ödəməkdən yayınmır, lakin maddi vəziyyət və oğlunun rəhmətə getdiyi üçün icra edə bilməmişdir. 20 gün ərzində tam şəkildə ödəyəcəyini öhdəsinə götürmüşdür. Odur ki, o, məhkəmədən göstərilən halların nəzərə alınmasını və iş üzrə ona yüngül tənbeh tədbiri təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X8 izahatında göstərdi ki, borclu Şəxs icra sənədini icra etmir. Borcun tam şəkildə ödənilməsini tələb edir, onunla barışmaq və ona möhlət vermək niyyəti yoxdur. Ona görə də borclu barəsində qanunvericiliklə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindənAzərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2699/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 14880 (on dörd min səkkiz yüz səksən) manat məbləğində pul alınaraq tələbkar X4 ödənilməlidir. İcra sənədi üzrə icraata xx xxxxxx 2019-cu il tarixli qərarla başlanılmış, həmin qərar, tələbin könüllü icrası üçün bildiriş və icra sənədinin surətləri birlikdə icra edilməsi üçün borclu Şəxs göndərilmişdir. Şəxs tələbin könüllü icrası haqqında bildiriş əsasında və Yasamal rayon icra və probasiya şöbəsinə verdiyi izahatında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilməklə imzalamışdır. Açılmış icraat üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədilə icra məmuru tərəfindən zəruri tədbirlər görülmüş, müvafiq qurumlara sorğular göndərilmiş, lakin borclunun mülkiyyətində hər hansı bir əmlakı, bankda hesabı, əmək haqqı, pensiya və ya digər vəsaiti müəyyən edilməmişdir. Bütün bu hərəkətləri ilə borclu Şəxs icra sənədini icra etməyərək, hal-hazıradək 14880 manat borcu geri qaytarmamışdır. O, icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır, hazıradək heç bir ödəniş etməmiş və icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirmir. Buna görə də, xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Beləliklə məhkəmə Şəxs hazıradək borcluya olan borcu üzrə hazıradək heç bir ödəniş etməməsini onun icra sənədi üzrə öz öhdəliklərindən üzrsüz yayınması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, yaşını o cümlədən Azərbaycan Respublikasının İXMnin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş onun məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar