Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2232/2025 07.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)-7263/2014 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1606/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqələrinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru İsmayıl İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru İ.İsmayılov bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)- 7263/2014 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1606/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqələrinə əsasən hər ay 340 (üç yüz qırx) manat məbləğində aliment Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin Şəxs icra vərəqəsinin icrasını üzrsüz səbəbdən tam yerinə yetirməmişdir. Buna görə də onun barəsində protokol tərtib edilmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, icra sənədinin icrası ilə bağlı borclunun pensiyasından hər ay 70 faiz pul tutulur. Eləcə də vaxtaşırı müəyyən ödənişlər edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, onun icra sənədinin icrasından yayınmaq niyyəti yoxdur, hər ay pensiyasının 70 faizi məbləğində, yəni 154 manat ondan tutulur. Bundan başqa maddi imkanı olduqca da əlavə ödənişlər etmişdir. Özü 2-ci qrup əlil olduğu üçün işləyə bilmir, ara sıra taksi fəaliyyəti ilə məşğul olur. Ən qısa zamanda qalan borcunu da ödəməyə çalışacaqdır. Qeyd edilənləri nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs bildirmişdir ki, o, borcu tam məbləğdə tələb edir. Borcun ödənilməyəcəyi təqdirdə qanunvericiliyə uyğun inzibati tənbeh növünün seçilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, borclunun pensiyasından hər ay müəyyən hissə pul tutulsa da bu kifayət etmir, ona görə də alimentin məbləğini tam həcmdə tələb edir. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)-7263/2014 saylı icra sənədinə əsasən xx.xx.2005-ci il təvəllüdlü Ələsgərzadə Nüsrət Ramil oğlunun və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 108 (bir yüz səkkiz) manat olmaqla, cəmi 216 (iki yüz on altı) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X3 tərəfindən icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır və bununla bağlı bildiriş xx.xx.2016-cı il tarixdə Şəxs təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1606/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2005-ci il təvəllüdlü Ələsgərzadə Nüsrət Ramil oğlunun və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru X6 tərəfindən icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır və bununla bağlı bildiriş xx.xx.2022-ci il tarixdə Şəxs təqdim edilmişdir. İcra işinin materiallarından görünür ki, Şəxs pensiyasından hər ay 154 manat məbləğində icra sənədi üzrə pul tutulur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş məlumatdan görünür ki, Şəxs 2-ci qrup əlildir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 1-304085066 nömrəli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 790 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Belə ki, icra məmuru, borclu tərəfindən tələbin könüllü icra edilməsindən imtina edilmədiyi və bunun üçün qanunla müəyyən edilmiş müddət keçmədiyi halda, yəni inzibati xəta hadisəsi olmadığı halda əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tələbin könüllü icrası müddəti keçmədiyindən və həmin müddət Şəxs Zərərçəkmiş şəxs ödəniş edildiyindən inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2232/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2232/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver