Məhkəmə qərarları › İş №3(004)-2234/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2234/2020

15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2234/2020 15.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Yasamal rayonu İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-1132/2019 saylı,xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 32880 manat pul tutularaq tələbkar X2 ödənilməlidir. Borclu həmin icra sənədini icra etməmişdir.Borclu icra vərəqəsində göstərilən tələbləri tam icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Onun barəsində Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* saylıinzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxsməhkəməyə verdiyi izahatında bildirdi ki, əslində onun Kəmaləyə heç bir borcu yoxdur. İcra məmurlarının icraatında Ülviyyə adlı qadından 60000 manatadək pul alınıb ona verilməlidir, o da həmin pul alınıb ona verilsə, həmin puldan Kəmalənin pulunu verə bilər. Bununla belə qətnamənin icrasından yayınmır. Hazırkı vaxtadək 150 manat ödəniş etmişdir. Bu gün də üzərində 150 manat vardır ki, ödəniş etsin, lakin tələbkar bunu qəbul etmir, pulun tam ödənilməsini tələb edir. Hissə-hissə icra ilə bağlı məhkəməyə müraciət etsə də, ərizəsi rədd edilmişdir. Hazırda da imkanı olmadığı üçün ödəyə bilmir. Ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) X1 nümayəndəsi, vəkil X4 bildirdi ki, borclu icra sənədində göstərilən borcu ödəmir. İcradan yayınır. Tələbkar ayda 150 manat olmaqla hissə-hissə ödənişə razı deyil. Borcun yarısın birdəfəyə ödəyərsə, onda hardasa razılıq məsələsini müzakirə etmək olar. Lakin borclu qətnaməni icra etmək üçün heç bir hərəkət etmir. Əksinə məhkəmə çəkişmələri dövründə əri ilə süni şəkildə nikahlarını pozmuş, adlarına olan mənzili özgəninkiləşdirərək, qətnamənin icrasından yayınmışdır. Ona görə də borclu barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. Yasamal rayon İcra və Probasiya Şöbəsininicra məmuru Sahib Allahverdiyev məhkəməyə verdiyiizahatında bildirdi ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmiş, lakin borcunu ödəməmişdir, bununla da icradan yayınmış və üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-1132/2019 saylı,xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 32880 manat pul tutularaq tələbkar X2 ödənilməlidir. iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)- 560/2020 saylı qərardadından görünür ki, Yasamal Rayon Məhkəməsinin2(004)-1132/2019 saylı,xx.xx.2019-cu il tarixli icra sənədinin hissə-hissə ödənilməsi barədə Şəxs ərizəsi təmin edilməmişdir. İcra məmuru tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu xx.xx.2019-cu il tarixdə rəsmi qaydada məlumatlandırılmışdır. Məhkəmə hesab edir ki, borclunun hazırkı vaxtadək 150 manat ödəniş edibetməməsindən asılı olmayaraq, hazırda da 150 manat pulun ödənilmək istəyib-istəməməsindən asılı olmayaraq, icra sənədi hazırkı vaxtadək icra edilməmişdir. Hissə-hissə icra barədə ərizəsi məhkəmənin qərardadı ilə rədd edilmişdir. Tələbkar bu qaydada hissə-hissə ödənişə razı deyildir. Ona görə də borclunun izahatında qeyd etdiyi bu halların mövcud olub-olmamasından asılı olmayaraq, icra sənədi üzrə hazırkı vəziyyət borclunun inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmininzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, təqsirləndirilən şəxsin qadın olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar