Məhkəmə qərarları › İş №3(004)-2235/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2235/2020

25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2235/2020 25.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, Şikayətçi X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən İXP ******* saylı protokol üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xİİ Tağım polis serjantı X1 tərəfindən TP ******* saylı, xx.xx.2020-ci il tarixliqərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətdə və şikayətçinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı-Quba yolunun 52-ci km-də haqqında inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar tərtib olunub.Bu qərar əsasında barəsində 200 manat məbləğində cərimə tərtib olunub.O, bu qərarın əsassız olduğunu və heç bir qaydanı pozmadığını bildirir.Övladının səhhətində yaranmış çox ciddi problemlə bağlı (hipoksiya və beyin qan dövranın pozulması) həkimin təkidi ilə xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonuna getməli olmuşdur.Bunun üçün ilk öncə 102 xidmətinə müraciət edib.Onlar isə onu Covid- 19 pandemiyası ilə əlaqədar yaradılmış qaynar xəttə yönəldiblər.Qaynar xəttdə bildiriblər ki, həkimin arayışı ilə postu keçə bilərlər. Postu keçən zaman polis əməkdaşları pandemiyanın qaynar xətti ilə əlaqə saxlayıblar,daha sonra onlara icazənin olduğunu bildiriblər.Onlara heç bir məhdudiyyət qoyulmayıb. O, 1 həftədən sonra, yani xx.xx.2020-ci il tarixdə şəhərə qayıtmaq məcburiyyətində qalıb. Xaçmazdan çıxanda qaydalara əsasən 3 saat sms icazəni götürüb. Bakı-Quba yolunda 2 post fəaliyyət göstərir,1-ci postdan Xaçmaz-Şabran yolunda keçərkən sənədlərinə baxıblar və heç bir məhdudiyyət və cərimənin olmadığını bildiriblər.Eyni ilə ikinci postu da keçib.XXİ-ci tağım polis serjantı X1 barəsində heç bir məhdudiyyətin olmadığını və bununla bağlı qətiyyən cərimə yazılmayacağını bildirib. Sms icazənin vaxtının bitməsinə 1 saat qalmış artıq evdə olub.Lakin sms icazənin vaxtı bitəndən sonra ona cərimə protokolu göndəriliib.Halbuki, postu keçərkən polis serjantı X1 bildirib ki, sms icazəyə belə ehtiyac yoxdur,çünki qeydiyyatı Bakıdadır. Təkidlə də bildirib ki, heç bir cərimə yazıla bilməz. Lakin postu keçən kimi, ona heç bir xəbərdarlıq edilmədən,onu aldadaraq barəsində cərimə protokolu tərtib edilib.Cərimənin qanunsuz və əsassız olduğunu hesab edir və ödəməyə heç bir imkanı yoxdur. Övladının dərmanlarını belə almağa imkanı yoxdur.Odur ki, protokolun əsassız hesab edilməsini və qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olanAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 xx.xx.2020-ci il tarixdə saat 16:54 dəqiqədə Bakı-Quba yolunun 52-ci km-də ölkə ərazisində müəyyən edilmiş rejim qaydalarını pozduğuna görə İXM-in 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Qərar İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Lakin şikayətə əlavə edilmiş iş materiallarında olan X2 elektron sistemdən çıxarışdakı məlumatlarına əsasən o, Sms-icazə ilə yaşayış yerini tərk etmişdir, xx.xx.2020ci il tarixdə saat 14:11-də 3 saat müddətində yaşayış yerini tərk etmək üçün icazəsi təsdiq edilmişdir. Bununla da şəxs xx.xx.2020-ci il tarixdə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilinsə də, həmin tarixdə onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmamışdır və təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestəbaxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi X5 barəsində İXM-nin 211-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə qərarləğv edilsin, həmin inzibati xəta haqqında işüzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar