Məhkəmə qərarları › İş №3(004)-2238/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2238/2020

15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2238/2020 15.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialı işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material baxılması üçün xx xxxxxxxx 2020-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş material baxılmağa hazırlanan zaman nəzərdən keçirilib müəyyən edildi ki, barəsində protokol tərtib edilmiş Şəxs tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinin sanksiyasında inzibati həbs tənbeh növündə tənbeh tədbirinin nəzərdə tutulmasına baxmayaraq, protokolun dərhal baxılması üçün məhkəməyə göndərilməsi, o cümlədən eyni növ inzibati xəta haqqında işlər üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin, yəni hazırki iş üzrə Orxan Sədail oğlunun iştirakı məcburi olmasına baxmayaraq, onun dərhal məhkəməyə gətirilməsi təmin olunmamışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Yasamal Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Ələkbər Tağıyevin xx xxxxxx 2020-ci il tarixli 091-39474-1220 nömrəli müşayiət məktubu ilə göndərilsə də xx xxxxxxxx 2020ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Ələkbər Tağıyevin xx xxxxxxxx 2020-ci il tarixli 091-41926-1220 nömrəli məktubundan isə müəyyən edilir ki, Şəxs onun idarə etdiyi “Volkswagen” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixdə A.Salamzadə küçəsində yol hərəkəti qaydasını pozması ilə əlaqədar barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 511.1-ci maddələri ilə tərtib edilmiş İXP seriyalı ******* protokol ilə əlaqədar xx xxxxxxxx 2020-ci il tarixdə saat 16:00-da Yasamal Rayon Polis İdarəsinin 9 nömrəli inzibati otağına dəvət edilmişdir. Qeyd olunan sənədlərin təhlilindən göründüyü kimi, xx xxxxxx 2020-ci il tarixdə aidiyyəti üzrə məhkəməyə göndərilməsi ehtimal edilən inzibati iş üzrə, yəni artıq icraatda olmayan iş üzrə şəxsin xx xxxxxxxx 2020-ci il tarixdə araşdırma aparılması üçün polis idarəsinə dəvət edilməsi İXM-nin tələblərinin kobud pozuntusu kimi qiymətləndirilməlidir. Belə olan halda, inzibati işin xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olması, eləcə də barəsində icraat aparılan şəxsin xx xxxxxxxx 2020-ci il tarixdə polis idarəsinə dəvət edilməsi ehtimal etməyə kifayət qədər əsas verir ki, hazırki inzibati iş Yasamal RPİnin DYPŞ-nin protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxsi tərəfindən səhlənkarlığa yol verilərək sanksiyasında inzibati həbs nəzərdə tutulan xətanın törədilməsindən dərhal sonra deyil, yalnız 18 gün sonra məhkəməyə təqdim edilməsini təmin etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinə əsasən, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 61.5-ci maddəsinə görə inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Bundan başqa, Yasamal rayon Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, nə onu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs tərəfindən, nədə ki, barəsində protokol tərtib edilmiş şəxs tərəfindən imzalanmamış, sonuncunun xəta haqqında mülahizəsi protokolda qeyd edilməmiş, onun izahatının alınması, hüquq və vəzifələrinin izah edilməsi, eyni zamanda müdafiəçinin iştirakında istifadə hüququ təmin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları protokolda göstərilməli; 100.2-ci maddəyə görə protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməli və bu barədə protokolda müvafiq qeyd aparılmalı; 100.4-cü maddəyə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmalı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmalı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları təmin edilməklə onların bu izahatları və mülahizələri protokola əlavə olunmalıdır. Hazırki işin hallarında isə görünür ki, İXM-nin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi nəzərdə tutulmasına baxmayaraq, hazırki iş üzrə qərar çıxarılanadək barəsində protokol tərtib edilmiş Şəxs sürücülük vəsiqəsinin götürülməsi və iş materiallarına əlavə edilməsi də təmin edilməmişdir. Belə ki, 94.2-ci maddəsinə görə sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük vəsiqəsi qaytarılmır. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərardan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət qurtaranadək, yaxud şikayət üzrə qərar qəbul edilənədək, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti uzadılır. Həmçinin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, yuxarıda sadalananlar nəzərə alınaraq məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və barəsində icraat başlanmış şəxsin məhkəmədə iştirakı təmin edilmədiyindən, protokola əlavə edilmiş material natamam olduğundan mövcud natamamlığı işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında iş üzrə toplanmış material Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-nin 40, 99, 100, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və ona əlavə edilmiş material natamam olduğundan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar