Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2243/2020 14.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, “xxxxxxxxxxx” ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC 1000000.00 (bir milyon) Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq ******* (bir milyon) Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Maliyyə X1 nümayəndəsi Əli-zadə Şamil Çingiz oğlu əvvəlki məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərəkinzibati xəta törətmiş hüquqi şəxsin barəsində həmin maddənin sanksiyası həddində inzibatitənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iclası zamanı Şəxs MMC tərəfindən təqdim edilmiş 12-T/18 nömrəli müqaviləyə əlavə bank tərəfindən təsdiq edilmədiyindən onun mötəbərliyi şübhə altındadır. İran İslam Respublikası şirkəti olan “X5” ilə bağlanmış müqavilə isə ödəniş tapşırığından göstərilmədiyindən həmin müqavilə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3əvvəlki məhkəmə iclasında inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatlarla razılaşmayaraq edərək göstərdi ki, Şəxs MMC ilə “xxxxxxxxxxxx” MMC arasında xx xxxx 2018-ci il tarixli, 12-T/18 nömrəli müqavilə bağlanmışdır. Sonradan satıcı qismində “xxxxxxxxxxxx” MMC alıcı Şəxs MMC tərəfindən ödənilmiş məhsulun İran Respublikasına direktoru Müslüm Babapur tərəfindən təmsil olunan və təhvil alan adlandırılan “X5” şirkətinə çatdırılması barədə xx xxxx 2018-ci il tarixli 1 nömrəli əlavə müqavilə bağlanmışdır. Habelə Şəxs MMC ilə “X5” şirkəti arasında xx xxxx 2018-ci il tarixli, A-12/2018 nömrəli müqavilə və həmin müqaviləyə xx xxxx 2018-ci il tarixli 1 nömrəli və xx.xx.2018-ci il tarixli 4 nömrəli Əlavə razılaşmalar bağlanmışdır. Sonuncu isə öz növbəsində məhsulun dəyərini xx xxxxxx 2018-ci il tarixdə Şəxs MMC-nin bank hesabına göndərmişdir. Müqavilə öhdəliklərinə əsasən “X5" X2 xx xxxxxx 2018-ci il tarixdə xx xxxx 2018-ci il tarixli, A-12/2018 nömrəli müqavilə üzrə göndərilmiş və göndəriləcək məhsulların ödənişi kimi müəyyən olunmuş 87768 Avro məbləğində vəsaiti “Şəxs" MMC-nin “X6” Bakı filialında olan hesabına göndərmişdir. Bundan sonra Şəxs MMC ümumilikdə ******* Rusiya rublu məbləğində pulu qabaqcadan ödəniş edilməklə “xxxxxxxxxxxx” MMC-nin bank hesabına göndərilmiş, “xxxxxxxxxxxx” MMC həmin vəsait dəyərində taxta məhsullarını “X5” şirkətinə göndərmişdir. Göründüyü kimi, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Buna görə də Ə.Ş.Vəliyev qeyd olunanları nəzərə alaraq Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1-dır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli bildirişdən görünür ki, Şəxs MMC-nin yerləşdiyi ünvan 1 ünvanına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən inzibati xəta haqqında icraata başlanılacağı barədə məlumat göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC ******* (bir milyon) Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq ******* (bir milyon) Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən xx xxxx 2018-ci il tarixdə köçürmə edilən zaman “xxxxxxxxxxx”a təqdim edilmiş müqaviləyə əlavə ilə məhkəmə iclasında təqdim edilən müqaviləyə əlavələr arasında fərq vardır. Məhkəmə iclası zamanı Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş müqaviləyə əlavə bank tərəfindən təsdiqlənməmiş və ödəniş tapşırığında əks etdirilməmişdir. “X5” şirkəti ilə bağlanmış müqavilə isə ümumiyyətlə başqa bank tərəfindən təsdiqlənmiş və ödəniş həmin bank tərəfindən Şəxs MMC-nin hesabına köçürülməklə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, Şəxs MMC, “xxxxxxxxxxxx” MMC və “X5” şirkəti arasında bağlanmış üçtərəfli müqavilə köçürmə edilən zaman banka təqdim edilmədiyindən köçürmə nəticəsində idxal ediləcək malların təyinat ölkəsi Azərbaycan göstərilmiş və bunun nəticəsi olaraq da mallar Azərbaycan Respublikası Dövlət Gömrük Kopmitəsi tərəfindən rəsmiləşdirilmədiyindən inzibati xəta hadisəsi baş vermişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci il tarixdə edilmiş dəyişiklikdən sonra həmin bənddə nəzərdə tutulmuş müddət 02 il müəyyən edilmişdir. Həmçinin geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş ******* (bir milyon) Rusiya rublu məbləğində vəsaitin 20 (iyirmi) faizi həddində, yəni ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq 200000 (iki yüz min) Rusiya rublu məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2243/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2243/2020
14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver