Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2247/2021 19.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 201-də yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-in 469.2-ci maddəsi ilə 15.09.2021-ci il tarixdə MN №1052167 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Protokolda bu faktın “İcbari Sığorta Bürosunun” 30.06.2021-ci il tarixli, 50-dq-519- 21 saylı məktubu ilə təsdiq edildiyi göstərilmişdir. Protokol və materiallar məhkəməyə 23.09.2021-ci il tarixdə daxil olmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X1 bildirdi ki, protokolu müdafiə edir, İcbari Sığorta Bürosundan daxil olmuş 30.06.2021-ci il tarixli məktubla müəyyən edilmişdir ki, Şəxs MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli olduğu halda işçilərinin icbari sığortlanamasını təmin etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə barəsində hazırkı protokol tərtib edilərək aidiyyəti üzrə baxıılması üçün məhkəməyə göndərilmişdir. Həmin fakt İcbari Sığorta Bürosunun qeyd edilən məktubu ilə öz təsdiqini tapır. Ona görə də inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 30.06.2021-ci il tarixli İcbari Sığorta Bürosunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 xidmətinin müraciətinə əsasən ünvanlanmış cavab məktubdan görünür ki (məktub DƏMXnə 02.07.2021-ci il tarixdə daxil olmuşdur), Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İcbari Sığorta Bürosu arasında 28 sentyabr 2018-ci il tarixdə bağlanmış əmək müqavilələri və icbari sığorta müqavilələri üzrə məlumatların mübadiləsi haqqında Razılaşmanın 2.4-cü bəndinə əsasən tələb olunan sorğuların elektron vasitələrlə ötürülməsi təmin edilmişdir. Həmin məktuba əlavə olunmuş "xxxx" Sığorta Şirkəti tərəfindən xitam verilmiş müqavilələr üzrə hesabatdan görünür ki, Şəxs MMC ilə bağlanmış müqaviləyə də xitam verilmişdir. Bununla da, Şəxs MMC tərəfindən inzibati xəta törədildiyi təsdiq edilir. Lakin məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti bitmişdir. Belə ki, İXM-nin 469.2-ci maddəsindəki inzibati xəta “uzanan inzibati xəta” hesab edilir. Buna görə də bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçibkeçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. İXM-nin 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Belə olduğu təqdirdə hazırkı inzibati xəta İcbari Sığorta Bürosu tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 xidmətinə ünvanlanmış 30.06.2021-ci il tarixli məktubla aşkar edilmişdir. Həmin məktub X4 Xidmətinə 02.07.2021-ci il tarixdə daxil olmuşdur. Belə olduğu təqdirdə, Şəxs MMC-nin işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyi artıq 02.07.2021-ci il tarixdən X4 Xidmətinə aşkar olmuşdur. Protokolda da bu faktın İcbari Sığorta Bürosunun 30.06.2021-ci il tarixli məktubu ilə təsdiq edildiyi göstərilmişdir. Belə olduğu təqdirdə hazırkı inzibati xəta artıq 02.07.2021-ci il tarixdə aşkar edilmiş olur. İşə baxıldığı hazırkı vaxtda, həmin tarixdən hesablanmaqla artıq hazırda 03 aydan çox müddət keçmişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 03 ay müəyyən edilmişdir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2247/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2247/2021
19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver