Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2248/2021 14.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, şikayətçi X2 vəkili Nümayəndə iştirakı ilə, X2 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 02.09.2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 02 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2021-cı il iyun ayında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin əməkdaşı mülkiyyətçisi olduğu "Lea Cake and Beyond” kafesinə gələrək və özünün xidməti vəsiqəsini göstərərək X1 gəldiyini bildirmiş və işçilərdən birini dəvət edərək ona hansısa çatışmazlıq olduğunu söyləmiş ondan izahat almış təqdim etdiyi sənədi işçiyə ımzalatdıqdan sonra həmin əməkdaş çıxıb getmişdir. Həmin əməkdaş gedəndən sonra poçt vasitəsi ilə ünvanına Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinin inzibatı tənbeh vermə haqqında MN №0899926 17 iyun 2021-cı ıl tarixli qərarı daxıl olmuş bu qərarda göstərilir kı, 03 iyun 2021-cı ıl tarixində MN0887468 saylı protokol tərtib edilmiş həmin protokola uyğun olarq Xətai rayonu X Rüstəmov kuçəsı 4 ünvanında yerləşən Lea Cake and Beyond kafesi standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı və satılması nəticəsində vəzifəli şəxs X6 tərəfindən Azərbaycan Respublikası İXM-nın 447 0 3-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinin inzibatı tənbeh vermə haqqında MN №0899926. 17 iyun 2021-cı ıl tarixli qərarı və ona əlavə edilmiş sənədlər poçt vasitəsilə gondərmiş və 30 iyun 2021-cı ıl tarixində alınmışdır. Həmin qərardan onun tərəfindən qanunsuz və əsassız yazıldığı üçün ləğv edilməsi tələbi ilə Yasamal rayon Məhkəməsinə ərizə verilmişdir Yasamal Rayon Məhkəməsinin qərarı ilə AR X4 Bakı Regional Bölməsinin inzibatı tənbeh vermə haqqında MN №0899926 17 iyun 2021-cı ıl tarixli qərarı məhkəmə tərəfindən ləğv edilmiş və yenidən baxılması uçun AR X4 Bakı Regional Bölməsinə göndərilmişdir. “Lea Cake and Beyond kafesində qıda təhlükəsizliyi qeydiyyatından keçməyən istehsal müəssisəsindən gətirilmiş və üzərində markalanması olmayan şirniyyat məhsullarının satılmasına gorə barəmdə AR İXM-ııın 447 0 3-cu maddəsi ilə 03 06 2021 cı ıl tarixli MN № ******* nömrəli İnzibatı xəta haqqında protokol tərtib edilmiş və 02 09 2021-cı ıl tarixli MN № ******* nömrəli inzibatı tənbeh vermə haqqında qərar yenidən qəbul olunmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin inzibatı tənbeh vermə haqqında qərarında konkret olaraq hansı malların istehsalından satılmasından, işlərin yerinə yetirilməsindən və ya xidmətlərin gostənlməsı zamanı istehlakçıların hüquqlarının pozuntusu görünmür. Eyni zamanda qərarda belə pozuntu halında konkret olaraq hansı standart və normativ sənədlərin tələblərinin pozuntusu da göstərilməmişdir. Qeyd olunan faktlar təsdiq edir ki, adı çəkilən protokol və qərarın yazılması üçün heç bır hüquqi əsas olmamış və Agentlik tərəfindən əsassız və qanunsuz inzibatı tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası X4nə müraciət olunaraq Ədliyyə Nazırlyı tərəfindən qeydə alınmış reystrdən çıxarışın sahibkarlıq subyektinə təqdim edilmədən aparılan yoxlamanın nəticəsinin qanunsuz olması anonim şikayət əsasında aparılan yoxlamaların nəticələrinin qanunsuz olması və s. barədə suallarına cavab ala bilməmişdirlər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin inzibatı tənbeh vermə haqqında 02.09 2021-cı il tarixli MN № ******* nömrəli qərarı qanusun və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə baxışı zamanı X2 vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, iş üzrə icraata xitam verilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin səlahiyyətli nümayəndəsi X3, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən X5 barəsində qəbul edilmiş 02.09.2021-ci il tarixli, MN ******* saylı qərarını müdafiə edərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən “Lea Cake and Beyond” kafesi standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı və satılması dair qida təhlükəsizliyi sahəsind texniki normativ hüquqi aktları pozmuşdur. Bu səbəbdən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərar tam qanuni olduğu üçün Nərminə Mehdiyeva tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 02 sentyabr 2021-ci il tarixli MN ******* saylı qərardan görünür ki, Xətai rayonu X.Rüstəmov küçəsi 4, Lea Cake and Beyond kafesində qida təhlükəsizliyi qeydiyyatından keçməyən istehsal müəssisəsindən gətirilmiş, üzərində heç bir markalanması olmayan tortların, pirojnaların, peçenyelərin satışına, müştərilərə təqdim olunmasına görə sahibkar X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbayacan Respublikası İXM-nın 447 0 3-cu maddəsi, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsi formasında istehlakçıların hüquqlarının pozulmasını nəzərdə tutur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-cı ıl tarixli Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-cı il yanvarın 1dək dayandırılır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, həmin yoxlamalar müvafiq icra hakimiyyətı orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Həmin Qanunun 3.1-cı maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş normativ huquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında 2 iyul 2013-cu ıl tarixli Azərbaycan Respublikası Qanunun 13 1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələn haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cu maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bır yoxlama barədə məlumatı bu Qanunun 13 2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş ış günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-cı ıl tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmişdir. Bu Əsasnamənin 1.5-cı bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bır yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların huquqı nəticəsi yoxdur. Əsasnaməyə gorə sahibkarlıq subyektlərində hər hansı yoxlamalar aparmaq səlahiyyətinə malik olan icra hakimiyyəti orqanları müəyyən edilmiş qaydada reyestrdə qeydiyyata alındıqdan sonra bunu keçirə bilərlər Faktiki olaraq hər hansı yoxlamanın aparılması üçun onun reyestrdə qeydiyyata alınması məcburidır. Göründüyü kimi aidiyyəti orqanın vəzifəli şəxsi yoxlamanın keçirilməsi uçun onun qeydə alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Beləliklə Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinin inzibatı tənbeh vermə haqqında MN №0899926 17 iyun 2021-cı ıl tarixli qərarı qəbul edən zaman Azərbayacan Respublikası İXM-nın 447 0 3-cu maddəsın Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırması haqqında Azərbaycan Respublikasının 20 oktyabr 2015-cı ıl tarixli Qanunun 1 cı və 2-cı maddəsinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında 2 iyul 2013- cu ıl tarixli Azərbaycan Respublikası Qanunun 13-cu maddəsinin normalarını və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-cı ıl tarixli 383 saylı Fərmanı ilə təsdiq etdıyi Əsasnamənin muddəalarını kobudcasına pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin inzibatı tənbeh vermə haqqında MN №0899926, 17 iyun 2021-cı ıl tarixli qərarında konkret olaraq hansı malların istehsalından satılmasından, işlərin yerinə yetirilməsindən və ya xidmətlərin gostənlməsı zamanı istehlakçıların hüquqlarının pozuntusu görünmür. Eyni zamanda qərarda belə pozuntu halında konkret olaraq hansı standart və normativ sənədlərin tələblərinin pozuntusu da göstərilməmişdir. Qeyd olunan faktlar təsdiq edir ki, adı çəkilən protokol və qərarın yazılması üçün heç bır hüquqi əsas olmamış və Agentlik tərəfindən əsassız və qanunsuz inzibatı tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, ki, X5 tərəfindən normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsi formasında istehlakçıların hüquqlarının pozulması öz təsdiqini tapmadığından X5 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 02.09.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 02.09.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2248/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2248/2021
14.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver