Məhkəmə qərarları › İş №3(004)-2254/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2254/2020

21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2254/2020 21.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Baş Polis İdarəsi (BPİ) Dövlət X17 (DYPİ) xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər BPİ-nin DYPİ-i tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, özünə məxsus olan **-DP-*** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” markalı minik avtomobili ilə xx.xx.2020-ci ildə saat 09:30 radələrində Yasamal rayonu, Fizuli küçəsində hərəkətdə olarkən heç bir qayda pozuntusu olmadan **-YP-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı maşında olan 2 nəfər YPX-nin əməkdaşları onların birinin adı X7 onu qanunsuz olaraq saxlamışlar. Özlərində olan alkotesterlə onu yoxlamış 0.4% nəticə göstərilmiş və onun içkili olmağını bildirmişlər və o etiraz edərək bildirmişdir ki, içkili deyildir və alkotester səhv göstərir. Heç bir vaxt sərxoş halda maşın idarə etməmişdir. O bildirmişdir ki, qanuni həkim müayinəsindən keçmək istəyir, polis əməkdaşları isə bundan imtina etmiş və ona şər böhtan ataraq öz aparatlarında göstəriləni əsas tutaraq onun barəsində qanunsuz protokol tərtib etmişlər. O, bir ədalətli insan kimi aparatda gördüyünü təsdiq etmişdir. Çünki polis əməkdaşlarının ona göstərdiyi cihazda nəticə 0.4% idi və bu səbəbdən protokolu imzalamışdır. O polis əməkdaşlarının avtomobilində əyləşəb onların dediklərini onların təkidi nəticəsində məcburi bir şəkildə ona yazdırtmışlar. Sonra onu aldadıb evə gətirmək adı ilə maşınını cərimə meydançasına sürüb aparmışlar. YPX-nin testinə şübhə etdiyi üçün o gedib həkim müayinəsindən keçmiş, nəticədə onun sərxoş olmadığı məlum olmuşdur. Həkim müayinəsinin nəticəsini DYPİ-nə gətirib təqdim etsədə onlar bildirmişlər ki, hadisədən 2 saat vaxt keçdiyindən və tibbi müayinə haqqında protokol yararsızdır. X6 DYP-nin qanunsuz özbaşınalığını və onun təqdim etdiyi əsaslı faktı nəzərə alaraq Bakı şəhər Baş Dövlət X14 YPX-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli № İXP ******* saylı protokolun əsasında qəbul olunmuş qərarın qanunsuz hesab edilməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 Alış oğlu şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə 3(004)-1552/2020 tarixli qərardadı ilə barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan baxılmadan Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nə geri qaytarılmışdır. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri BPİ DYPİ-nin YPX-nin inspektoru X7 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 həmin tarixdə saat 09:02-də Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 4, 2 saylı yaqtaqxana adlanan ərazidə “Hyundai Tucson” (minik) markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 33.1-ci maddələrinin tələbini pozmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri BPİ DYPİ-nin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd olunan qərarda inzibati xətanın baş vermə vaxtı xx xxxx 2020-ci il saat 09:02, yeri isə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 4, 2 saylı yaqtaqxana adlı ərazi kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(004)-1552/2020 nömrəli qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan baxılmadan Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli 2/4040 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoluna əsasən X6 həmin gün saat 12:15-də ayıq olmuşdur. Qeyd edilən xx xxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə sürücü X6 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrinin dispotozitiv şərtləri ümumi olaraq göstərilmiş, lakin hansı nasazlığın aşkar edilməsi qeyd edilməmiş və aşkar edilmiş nasazlığın aradan qaldırılmasının mümkünsüzlüyü ümumiyyətlə əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsinə görə İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Hazırki işin faktiki hallarında müəyyən edilir ki, sürücü X6 tərəfindən xx xxxxx 2020-ci il tarixdə saat 22:35-də Bakı şəhəri Temur Elçin küçəsi “40 pilləkən” adlanan ərazidə Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddəsinin tələbini pozması faktına görə Bakı şəhəri BPİ DYPİ-nin YPX-nin inspektoru X8 tərəfindən İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Bakı şəhəri BPİ DYPİ-nin polis mayoru X9 tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərar Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(004)- 1312/2020 nömrəli qərarı ilə ləğv edildikdən sonra Bakı şəhəri BPİ DYPİ tərəfindən qərarda göstərilən nöqsanlar aradan qaldırılmamış, yenidən eyni mahiyyətli xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla sürücü təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Azərbaycan Respublikası İXM-in 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Lakin hazırkı iş üzrə sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı təmin edilməmiş, işə sürücünün müvafiq tibb müəssisəsində sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə həkim müayinəsindən keçməsinə dair akt və ya protokol əlavə edilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki işdə müəyyən edilmiş bütün şübhələr barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş sürücü X3 xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X19 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Bakı şəhəri BPİ-nin Dövlət X18 göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN Baş Dövlət X14 Mərkəzi İnformasiya sistemində X6 barəsində yerləşdirilmiş inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X19 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri BPİ-nin Dövlət X18 göndərilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X19 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X14 Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar