Məhkəmə qərarları › İş №3(004)-2254/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2254/2021

14.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2254/2021 14.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Şikayətçi "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X3, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X2 arasında bağlanmış 19 noyabr 2020- ci il tarixli əmək müqaviləsinə əsasən o, dəmirçi vəzifəsinə işə qəbul edilmişdir. 10 mart 2021- ci il tarixli akta əsasən 09 mart 2021- ci il tarixdə "xxxx" MMC -yə məxsus tikinti sahəsində yük qaldırma zamanı avtokran operatoru X7 yükqaldırma qaydalarına əməl etməyərək ilməkçi olmadan, komanda vermədən yük bağlanmış yükü (qancanı) surətlə aparmış armatura dəydikdə qanca kranın qarmağından çıxıb aşağıda işləyən dəmirçi X1 üstünə düşmüşdür. Şirinli Elşad bu faktı təsdiq etmişdir. Bundan sonra X2 xəstəxanaya aparılmış orada kompyuter tomaqarfiyasından keçirilmiş, intervertebral disklərdə tomoqrafik olaraq spinal kanala doğru yerdəyişmə (protruziya və ya disk yırtığı) aşkar olunmamışdır. Göründüyü kimi hadisənin baş verməsində "xxxx" MMC-nin əməyin mühafizəsi qaydalarının pozulmasına görə təqsiri olmamışdır. Lakin bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müadifəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi 13 sentyabr 2021-ci il tarixli MN № ******* saylı qərarla əsassız olaraq "xxxx" MMC-ni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.6- cı maddəsi ilə təqsirli bilərək 1.700 (min yeddi yüz) manat məbləğində cərimə etmişdir. Göründüyü kimi, “Korkmaz Group" MMC-nin əməlində inzaibati xəta tərkibi yoxdur. Göründüyü kimi səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, işin faktiki hallarına uyğun olmamış və iş üçün əhəmiyyətli ola hallar sübuta yetirilməmişdir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müadifəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 13 sentyabr 2021- ci il tarixli MN№ ******* saylı qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X5 şikayəti müdafiə edərək, bildirmişdir ki, ədalətli məhkəmə qərarının çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X9, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərarın əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, işəgötürən "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsinin tələbləri pozulduğu aşkar olunmuş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1700 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən qəbul edilmiş K-162 nömrəli əmrdən məlum olur ki, X2 ilə başlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası göstərilməmişdir. Belə ki, əmək müqaviləsinə xitam verilərkən ona hansı əsasla xitam verilməsi əsas kimi əmrdə göstərilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76.1-ci və 84-cü maddəsinin tələblərini nəzərə almadan X1 əmək müqaviləsinə xitam vermişdir. Bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında MN 10552242 nömrəli, 10 sentyabr 2021-ci il tarixli protokol tərtib edilmiş və 13 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda: -müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər haqqında məlumatları göstərməlidir. Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 13 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar