Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2255/2024 16.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin nümayəndəsi X3 iştirakları ilə, “BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ” PHŞ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ” PHŞ-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən “BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ” PHŞ X2 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 14-K nömrəli əmrin ləğv edilib, S.Hüseynovanın əvvəlki işinə bərpa edilməsi ilə bağlı verilmiş icrası məcburi olan göstəriş yerinə yetirilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X7 protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş hüquqi şəxsin barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, X5 35 saylı şəhər poliklinikasında işləsə də onun əmək müqaviləsində işəgötürən qismində “BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ” PHŞ çıxış etmişdir. Eyni zamanda bildirmişdir ki, X5 xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək işdən azad edilməsini xahiş etmiş və həmin tarixdə verilmiş əmrlə onun əmək müqaviləsinə xitam verilmişdir. Bu da əmək qanunvericiliyinin kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Buna görə də tərtib edilmiş protokol əsaslı və qanunidir. Məhkəmə iclasında iştirak edən "BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ” X10 nümayəndəsi X6 izahatında bildirmişdir ki, X5 35 saylı şəhər poliklinikasında işləmişdir. “BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ” PHŞ onun tabeliyində olan poliklinikalara etibarnamə vermişdir ki, onlar özləri işçilərlə əmək müqaviləsi bağlasın və həmin əmək müqavilələrinə xitam versin. Buna görə də inzibati xəta haqqında protokol “BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ” PHŞ barəsində deyil 35 saylı şəhər poliklinikası barəsində tərtib edilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ» PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada təhbeh edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyat alınmasına dair” xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, “Bakı Baş Səhiyyə İdarəsi” ilə Guseinova Saadat arasında bağlanmış əmək müqaviləsi 110AD4O000200 nömrəli xx.xx.2018-ci il tarixli “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. X2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o əmək müqaviləsinə xitam verilməsini və işdən azad edilməsini xahiş etmişdir. Bakı Baş Səhiyyə İdarəsi 35 nömrəli Şəhər Poliklinikasının Baş X12 tərəfindən imzalanan xx.xx.2022-ci il tarixli 14-K nömrəli əmrdən görünür ki, X5 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. X1 Azərbaycan Respublikası Milli Məclisinin Aparatına etdiyi müraciətdən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanan məktubdan görünür ki, onun əmək müqaviləsinə hüquqi şəxs «35 Saylı Şəhər Poliklinikası» tərəfindən xx.xx.2022-ci il tarixdə xitam verilmiş, lakin əmək kitabçası, eləcə də əmək müqaviləsinə xitam verilməsi barədə əmr ona təqdim edilməmiş, eyni zamanda son haqq-hesab ödənilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin hüquqi şəxs “35 Saylı Şəhər Poliklinikasına” göndərdiyi xx.xx.2024-cü il tarixli göstərişdə X1 əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və onun işə bərpa edilərək Xidmətə məlumat verilməsi əks halda hüquqi şəxs «BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ» PHŞ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyinə dair xəbərdarlıq edilmişdir. MN seriyalı № ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X2 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 14-K nömrəli əmrin ləğv edilib, S.Hüseynovanın əvvəlki işinə bərpa edilməsi ilə bağlı verilmiş icrası məcburi olan göstəriş yerinə yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən «BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ» PHŞ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, vətəndaş X5 Azərbaycan Respublikası Milli Məclisinin Aparatına müraciət edərək, əmək müqaviləsinə xitam verilərkən hüquqi şəxs «35 saylı Şəhər Poliklinikası» tərəfindən, əmək kitabçası, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti eləcə də əmək haqqı və son haqqhesabının ödənilmədiyini bildirmiş, araşdırma zamanı həmin fakt təsdiqini tapdığından, eləcə də əmək müqaviləsinə xitam verilməsi zamanı ƏM-nin 69-cu maddəsinin tələblərinin pozuntusu aşkar edildiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi hüquqi şəxs «BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ» PHŞ-yə xx.xx.2024-cü il tarixli göstəriş göndərərək X1 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi və onun işə bərpa edilərək xidmətə məlumat verilməsi əks halda hüquqi şəxs «BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ» PHŞ barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1- ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyinə dair xəbərdarlıq etmiş, lakin PHŞ X1 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı əmək qanunvericiliyinin tələblərinə əməl olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin icrası məcburi olan xx.xx.2024-cü il tarixli Göstərişini icra etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs hüquqi şəxs «BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ» PHŞ-yə istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hərcürfaktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21 -ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs «BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ» PHŞ-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1 -ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: “BAKİ BAŞ SƏHİYYƏ MƏRKƏZİ” PHŞ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2255/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2255/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver