Məhkəmə qərarları › İş №3(004)-2258/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2258/2020

17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2258/2020 17.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlu X1 Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayətə dair inzibati işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: “xxxxxxxx” BOKT QSC-nin baş direktoru X3 onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından şikayət vermişdir. Həmin qərarla MMC deyil, məhz vəzifəli şəxs kimi X3 inzibati tənbeh edilmişdir. Ona görə də şikayət MMC-nin hüquqi ünvanına görə deyil, inzibati tənbeh verilmiş şəxsin yaşayış ünvanına görə verilməlidir. İş üzrə müəyyən edilir ki, X1 şəxsiyyət məlumatlarına əsasən qeydiyyat və yaşayış ünvanı ünvan 1 kimi göstərilmişdir. Buna görə də hazırkı şikayətə Xətai Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə -Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya fərdi identifikasiya kartıdır. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-in 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. İXM-in 132.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadığı müəyyən edildikdə, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 129-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində qəbul edilmiş inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayət üzrə iş aidiyyəti üzrə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar