Məhkəmə qərarları › İş №3(004)-2262/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2262/2021

27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2262/2021 27.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1991-ci il tarixdə İmişli rayonu, Sarxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İmişli rayonu, Sarxanlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X3 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 23 sentyabr 2021-ci il tarixdə Yasamal rayonu, Bakıxanov küçəsi, 60 nömrəli orta məktəbin qarşısında polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında X3 protokolu müdafiə edərək bildirmişdir ki, X6 23 sentyabr 2021-ci il tarixində saat təxminən 16:17 radələrdində Bakıxanov küçəsi 60 nömrəli orta məktəbin qarşısında “Opel” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Azərbaycan Respublikasının “X10” Qanunun 52-ci maddəsinin tələbini pozduğuna görə barəsində bort kompüter vasitəsi ilə İXM-nin 346.1-ci maddəsi ilə elektron qaydada EQ ******* saylı protokol tərtib edilmişdir. X6 polis əməkdaşları tərəfindən barəsində tərtib edilən bu protokol ilə razılaşmamış, barəsində tərtib edilmiş protokolun sistemdən silinməsini tələb etmiş, polis əməkdaşı belə bir tələbin mümkünsüz olduğunu bildirmişdir. Polis əməkdaşının bu cavabına Şəxs hiddətlənərək ətrafda olan vətəndaşların diqqətini cəlb etmək məqsədi ilə hay-küy salmış, avtomobili yolun hərəkət hissəsinin 3-cü cərgəsindən götürmək əvəzinə yüksək səslə qışqıraraq barəsində tərtib olunmuş elektron protokolun qanunsuz olduğunu bildirmişdir. Daha sonra isə polis əməkdaşları tərəfindən İXM-nin 61-ci maddəsinin tələbləri yenidən izah olunsada sürücü Şəxs buna əhəmiyyət verməmiş, polis əməkdaşların ona verdiyi göstərişlərə və qanuni tələblərə qəsdən tabe olmayaraq başını yolun kənarındakı səkinin divarına vurmuşdur. Şəxs hərəkətlərinin qarşısının alınması məqsədi ilə əraziyə əlavə YPX əməkdaşları cəlb edilmiş, daha sonra isə polis əməkdaşları tərəfindən Şəxs 27-ci polis bölməsinə dəvət olunmuşdur. Lakin Şəxs polis əməkdaşlarının bu təklifi ilə razılaşmamış və ünvansız söyüşlər söyməyə başlamışdır. Ona nə səbəbdən polis bölməsinə gəlməli olduğu bir daha izah edilmiş o isə polis bölməsinə getməmək üçün qaçmağa çalışmışdır. Bundan sonra polis əməkdaşlarının köməyi ilə Şəxs 27-ci polis bölməsinə təmin edilmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, o, taksi fəaliyyət ilə məşğuldur və 6 yaşlı məktəblini hər gün məktəbə aparıb-gətirir. 23 sentyabr 2021-ci il tarixində saat 16:20 radələrində 6 yaşlı məktəblini götürmək üçün Bakıxanov küçəsi 60 nömrəli orta məktəbin qarşısında avtomobilini saxlamaq istəmiş, lakin digər uşaqlarında valideynləri gəldiyi üçün ətrafda sıxlıq yaranmış və o öz avtomobilini ikinci zolaqda saxlayaraq avtomobildən düşüb məktəbin qarşısına getmək məcburiyyətində qalmışdır. Daha sonra məktəbə yaxınlaşaraq uşaqı götürmüş, geri qayıdan zaman isə polis əməkdaşları tərəfindən avtomobilinin mobil telefon vasitəsi ilə şəklinin çəkildiyini görmüşdür. O, polis əməkdaşına yaxınlaşaraq maddi çətinlik çəkdiyini, cərimə cəzasını ödəyə bilməyəcəyini bildirərək, onun barəsində tərtib olunmuş protokolun silinməsini xahiş etmiş, onun barəsində tərtib edilmiş protokolun əsassız olduğunu bildirmişdir. Polis əməkdaşı bu halın mümükün olmayacağını bildirmiş, o isə polis əməkdaşının ona məxsus olan avtomobilin şəklini mobil telefon vasitəsi ilə çəkdiyini bildirərək, ona məxsus avtomobilin şəklini bort kompyuterlə çəkməsini tələb etmiş, daha sonra isə barəsində tərtib edilmiş protokolu istəmişdir. Onun bu tələbinə cavab olaraq polis əməkdaşı protokolu onun qeydiyyatda olduğu ünvana yollayacağını bildirmişdir. Polis əməkdaşının qanunsuz hesab etdiyi əməli nümayiş etdirmək üçün mobil telefon vasitəsi ilə polis əməkdaşlarını video lentə almış, bunu görən polis əməkdaşları isə onun əlindən mobil telefonu almaq üçün, onu yerə yıxmış və onu boğazından tutaraq boğmağa çalışmışdır. O, özünü müdafiə etmək istədikdə isə başı səkinin divarına dəymişdir. Hadisə yerinə YRPİ-nin YPX əməkdaşları cəlb olunanda onlarla birlikdə könüllü olaraq polis bölməsinə getmişdir. O polis əməkdaşına qarşı heç bir nalayiq ifadə, söyüş və təhqir işlətməmiş və polisin bütün tələblərinə tabe olmuşdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Annar-zadə Əli Süleyman oğlu bildirmişdir ki, 23 sentyabr 2021-ci il tarixində saat 16:17-də Bakıxanov küçəsi 60 nömrəli orta məktəbin qarşısında “Opel” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X6 Azərbaycan Respublikasının Yol X4 52-ci maddəsinin tələbini pozduğuna görə barəsində bort kompyuter vastiəsi ilə İXM-nin 346.1-ci maddəsi ilə elektron qaydada EQ ******* saylı protokol tərtib edilmişdir. X6 polis əməkdaşları tərəfindən barəsində tərtib edilən bu protokol ilə razılaşmamış, barəsində tərtib edilmiş protokolun sistemdən silinməsini tələb etmiş, polis əməkdaşı belə bir tələbin yerinə yetirilməsi mümkünsüz olduğunu bu tələbi yerinə yetirmək üçün heç bir hüquqlarının olmadığını bildirmişdir. Polis əməkdaşının bu cavabına Şəxs hiddətlənərək ətrafda olan vətəndaşların diqqətini cəlb etmək məqsədi ilə hay-küy salmış, avtomobili yolun hərəkət hissəsinin 2-ci cərgəsindən götürmək əvəzinə yüksək səslə qışqıraraq barəsində tərtib olunmuş elektron protokolun qanunsuz olduğunu bildirmişdir. Daha sonra isə polis əməkdaşları tərəfindən İXM-nin 61ci maddəsinin tələbləri yenidən izah olunsada sürücü Şəxs buna əhəmiyyət verməmiş, polis əməkdaşların ona veridiyi göstərişlərə və qanuni tələblərə qəsdən tabe olmayaraq başını yolun kənarındakı səkinin divarına vurmuşdur. O, Şükürlünün yenidən özünə xəsarət yetirməsinin qarşını almaq üçün əlində və boğazından tutmuş, sonuncu onun əlini dişləsədə buraxmamış, özünə təkrar xəsarət yetirməyinin qarşısını almışdır. Şəxs hərəkətlərinin qarşısının alınması məqsədi ilə əraziyə əlavə YPX əməkdaşları cəlb edilmiş, daha sonra isə polis əməkdaşları tərəfindən Şəxs 27-ci polis bölməsinə dəvət olunmuşdur. Lakin Şəxs polis əməkdaşlarının bu təklifi ilə razılaşmayıb polis bölməsinə getməkdən imtina edərək ünvansız söyüşlər söyməyə başlamışdır. Ona nə səbəbdən şöbəyə gəlməli olduğu bir daha izah edilmiş o isə polis şöbəsinə getməmək üçün qaçmağa çalışmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri BPİ DYPİ-nə bilavasitə tabe olan YPX Alayının əməkdaşları Annar-zadə Əli Süleyman oğlu və X8 tərəfindən Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, 23.09.2021-ci il tarixdə saat 16:17 radələrində Bakıxanov küçəsi 60 nömrəli orta məktəbin qarşısında “Opel” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Azərbaycan Respublikasının Yol X4 52-ci maddəsinin tələbini pozduğuna görə bort kompüter vasitəsi ilə İXM-nin 346.1-ci maddəsi ilə elektron EQ7859395 saylı protokol tərtib olunmuşdur. Bundan sonra həmin sürücü ona yaxınlaşaraq bildirmişdir ki, tərtib etdiyi protokolu sistemdən silsin. O həmin şəxsə bunun mümkün olmadığını söyləmişdir. Bu zaman sürücü X7 hiddətlənərək ətrafındakı uşaqların fəallıqla səslə valideynlərinin diqqətini cəlb etmək məqsədi ilə hay-küy salmış, avtomobili yolun hərəkət hissəsindən 3-cü cərgəsindən götürmək əvəzinə ətrafdakı insanların on adiqqət etməsi üçün uca səslə qışqıraraq ona tərtib olunmuş elektron protokolun qanunsuz olmasını bildirmişdir. Bundan sonra ona təkrarən İXM-nin 61-ci maddəsinin tələbini izah olunsa da sürücü R.U.Şükürov bunlara məhəl qoymamışdır. Daha sonra ona verilən göstərişlərə və polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq başını yolun kənarındakı səkinin divarına vurmağa cəhd göstərmişdir. Bunun qanunsuz hərəkətlərin qarşısını almaq məqsədi ilə əraziyə əlavə YPX əməkdaşlarının dəvət olunaraq aidiyyatı üzrə Yasamal rayonu 27-ci polis bölməsinin növbətçi hissəsinə təhvil verilmişdir. 26 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:15-də inzibati qaydada tutulmuşdur. Məhkum olunanlar haqqında çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 221.3, 234.1 və 329.1-ci maddələri ilə müxtəlif vaxtlarda məhkum edilmişdir. Məhkəmə iclası zamanı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi X2 tərəfindən təqdim edilmiş videogörüntüyə baxış keçirilmiş və məlum olmuşdur ki, Şəxs polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir edib başını divara vuraraq özünə xəsarət yetirmiş, bundan əlavə o polis əməkdaşlarının tələbinə baxmayaraq polis bölməsinə getməkdən boyün qaçıraraq hadisə yerindən qacmağa cəhd göstərmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən yol polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, şahid izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 23 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 60 nömrəli orta məktəbin qarşısında polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 26 sentyabr 2021-ci il tarixdən, saat 18:15-dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 26 sentyabr 2021-ci il saat 18:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar