Məhkəmə qərarları › İş №3(004)-2265/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2265/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2265/2021 07.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X10 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 08 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 08 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin İnzibati təhbeh vermə haqqında 08 sentyabr 2021-ei il tarixli. MN № ******* saylı Qərarı ilə o, AR X6 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Qərarda tərəfindən Bakı şəhəri, Yasamal rayon, 2-ci Alatava 1C ünvanında yerləşən "Ət kəsimi və satışı" dükanında X5 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi qeyd edilmişdir. Qərarla razı olmadığından qərardan şikayət vermək qərarına gəlmişdir. Belə ki, X5 əmək müqaviləsi (kontraktı) olmadan işə cəlb etməyi barədə məlumat səhvdir. R.M.Nəsibov sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi orqanında dövlət qeydiyyatına alınmış fiziki şəxsdir, buna dair onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi vardır və R.M.Nəsibov onun işçisi yox, özü onun işçisi olmuşdur. Bakı şəhəri, Yasamal rayon, 2-ci Alatava 1C ünvanında yerləşən "Ət kəsimi və satışı" dükanında işləyir. Həmin dükanla qonşuluqda yerləşən dükanın sahibi onunla mübahisəsi yaranmış və bundan sonra sonuncu onun barəsində müxtəlif dövlət orqanlarına əsassız şikayətlər etmişdir. Onun şikayətləri əsasında o, izahat vermək üçün Bakı şəhəri Yasamal rayon prokurorluğuna dəvət edilmişdir. Orada ondan izahat alınmış, həyəcanlı və savadsız olduğundan səhvən X3 işçisi olmağı əvəzinə X5 onun işçisi olduğu barədə izahat vermişdir. İzahatı səhv verdiyini X12 Xidməti tərəfindən ona əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə inzibati protokolun tərtib edildiyi barədə məlumat aldıqdan sonra anlamışdır. İzahatı həyacandan səhv verdiyini, onun R.M.Nəsibovun işçisi olduğunu X12 Xidmətinin əməkdaşına bildirsə də, bunu nəzərə almadan və bu məlumatı araşdırmadan barəsində yuxarıda qeyd edilmiş İnzibati tənbeh verilmə barədə Qərar qəbul etmişdir. X3 işçisi olmağını təsdiq edən Əmək müqaviləsi Bildirişini və X5 fərdi sahibkar olmağına dair sənədi hazırkı şikayətə əlavə edir. Bildirişdən də göründüyü kimi o, 2014-cü ildən 2021-ci ilədək X5 işçisi olmuşdur. Prokurorluğa izahat verdiyi dövrdə R.M.Nəsibovun əsassız sikayətlərinə görə bir neçə dövlət orqanına çağırıldığından həyəcanlı olmuş və bilmədən bu cür səhv məlumat vermişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 08 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunması və inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 nümayəndəsi X11 şikayət göstərilənlər razılaşmayaraq onun təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 08 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X7 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən X7 tərəfindən Bakı şəhəri, Yasamal rayon, 2-ci Alatava 1C ünvanında yerləşən "Ət kəsimi və satışı" dükanında X5 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu barədə 23 avqust 2021-ci il tarixdə 1010-Ş-21 saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 08 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar