Məhkəmə qərarları › İş №3(004)-2267/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2267/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2267/2022 20.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X5 iclas katibliyi ilə, Müdafiəçi: X7 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən MN ******* saylı, 05.04.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, 12.04.2022-ci il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsindən X11 "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2021-ci ilin iyun ayından 15 yanvar 2022-ci il tarixə qədər işlərin yerinə yetirilməsini haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən 05.04.2022-ci il tarixli, № ******* saylı inzibati xəta haqqında protokoluna baxaraq əsasız olaraq həmin hüquqi şəxsin direktoru onu İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini müəyyən etmişdir. Və "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 4000 manat məbləğində inzibatı cərimə ediməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinə görə X11 "xxxx" MMC-də 15 yanvar 2022-ci il tarixə çalışmışdır. Lakin bu barədə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq onun əmək müqaviləsi bağlanmamışdır. Yalnız 15.01.2022-ci ildə onunla əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan X8 AR ƏƏSMN DƏMX-nin Bakı şəhər İdarəsinə ünvanladığı 01.04.2022-ci il tarixli izahatına əsasən o, 2021-cı ilin iyun ayından 15 yanvar 2022-ci il tarixədək "xxxx" MMC-də rəngsaz vəzifəsində müqaviləsiz çalışmışdır. Yalnız şifahi razılaşma var idi. Məhərrəm Cəfərovda şahiddir. "xxxx" MMCdən əsas tələbi 2022-ci ilin yanvar və fevral ayının əmək haqqının ödənilməsini təmin etməkdir. Bununla bağlı qeyd etmişdir ki, Şükürov Şamil və Məhərrəm Cəfərov "xxxx" MMC-dən narazi şəxslərdir. Belə ki, həmin şəxslər şirkətdən maaşlarını almadıqlarına görə narazılıq etmişdirlər. Həmin şəxsinlərın verdikləri ifadələr aydın məsələdir ki, qərəzli olacaqdır. Həmin ifadələr həm izibati xəta haqqında prosesual qanunvericilinə zidd şəkildə alınmış həmçinin də həmin ifadəsi yazan şəxslər həmin ifadəni verərkən aldadıldıqlarını qeyd edirlər. Həmin faktı aydınlaşıdırmaq üçün məhkəməyə gəlsələr də məhkəmə tərəfindən onlar dindirilməmişdir. Belə ki, İnzibati Xəttalar Məcəlləsinin 67.5-ci maddəsində qeyd olunur ki, şahidə bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət haqqında şahidə xəbərdarlıq edilir. İş materiallarından görünür ki, mövcud şahidə hər hansı xəbərdarlıq edilməmişdir. Həmçinin şəxs məhkəmədə də (gəldiyi halda) dindirilməmişdir. Belə olan halda şahidin ifadəsinin prosesual sübut əhəmiyyəti yoxdur. X4 müvafiq qurumlara telegram vuraraq X13 Xidmətində ona bir təzyiq göstərməsi və ona yalandan əmək müqaviləsiz çaldışdığını yazmasını bildirmişdir. Çünki onun əvvəlki teleqramması 02.02.2022-ci il tarixdə olmaqla, hadisənin isti-isti dövrlərindədır. "xxxx" MMC ilə münasibətlərinin daha dəqiq təzahürüdür və X13 Xidməti tərəfindən hər hansı bir təsir nəticəsində həmin teleqrammanı vurması istisna edilir. Çünki X13 Xidmətində ilk dəfə izahatı 01.03.2022-ci il tarixdə vermişdir. Həmin tarixədək X13 Xidməti tərəfindən hər hansı bir müdaxilə edilə də bilməzdi. Məhkəmənin araşdırmadan fərziyələrlə temperaturun dəyişməsi ilə müəyyən etdiyi hal tamamilə əsasıdır. X13 Xidmətini çaşdıran hal odur ki, X8 çalışdığı yerdir. Belə ki, əmək müqaviləsi bağlamamışdan 6 ay əvvəl də həmin ərazidə işləmişdir. İşlədikləri ərazi Dalğa Plazanın 12-ci mərtəbəsidir. Həmin mərtəbədə təkcə "xxxx" MMC işləmir. Bir çox podratçı firma və ya fiziki şəxs podrat müqaviləsi əsasında orda fəaliyyət göstərir. X11 da "xxxx" MMC-də işləməmişdən əvvəl həmin ərazidə digər bir fiziki şəxslə birlikdə işləmişdir. Daha sonra "xxxx" MMC-yə iş üçün müraciət edərək 15 yanvardan orda işləməyə başlamışdır. Həmçinin X13 Xidmətini tərəfindən yazılmış protolda İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin maddələrini rəhbər tutaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən 05.04.2022-ci il tarixli, MN1051852 saylı inzibati xəta haqqında protokolun etibarsız hesab edilməsi və onun əsasında yazılmış MN ******* nömrəli İXM-ın 192.1-ci maddəsinə nəzərəfə tutulmuş inzibati xəta haqqından qərardan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxsin müdafiəçisi X12 bildirdi ki, X11 15 yanvar 2022-ci il tarixə qədər "xxxx" MMC-də işləməmişdir, həmin ünvanda başqa bir şirkətdə işləmişdir. 15.01.2022-ci il tarixdən isə onunla əmək müqaviləsi bağlanmış və müqavilə əsasında "xxxx" MMC-də işləmişdir. X3 təsir göstərilərək "xxxx" MMC-nin əlehinə ifadə alınmışdır. Ondan izahat alınarkən iltizama da qol çəkdirilməmişdir. Bundan əlavə hətta xəta mövcud olsaydı da belə, həmin xəta aşkarlanandan 1 ay yarım sonra protokol tərtib edilməliydi. halbuki İXM-yə əsasən protokol xəta aşkar edildiyi vaxtdan 2 gün ərzində tərtib edilməliydi. Buna görə də protokol tərtib edilərkən İXM-nin tələbləri də pozulmuşdur. Həmçinin inzibati məsuliyyətə cəlbetmə müddəti barədə İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər də keçmişdir. Həmçinin eyni inzibati xətaya görə "xxxx" MMC barəsində inzibati tənbeh qərarı qəbul edilmişdir, belə olduğu təqdirdə həmin inzibati xətaya görə MMC-nin vəzifəli şəxsinin də cərimələnməsi, eyni əmələ görə təkrar olaraq digər şəxsin də cəzalanmasına gətirib çıxarır, buna isə həm Konstitusiya, həm də qanunlarla yol verilmir. Ona görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən MN ******* saylı, 05.04.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, 12.04.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, 12.04.2022-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən X11 "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2021-ci ilin iyun ayından 15 yanvar 2022-ci il tarixə qədər işlərin yerinə yetirdiyi üçün həmin hüquqi şəxsin direktoru X10 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat cərimə edilmişdir. Qərar MN ******* saylı, 05.04.2022-ci il tarixli protokol əsasında qəbul edilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, vəzifəli şəxs kimi X10 barəsində qəbul edilmiş qərar üzrə inzibati xəta hadisəsinin mövcudluğu artıq təsdiq edilmişdir, həmin xətaya görə həmin şəxs də inzibati məsuliyyət daşıyır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 1749/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 21000 manat (iyirmi bir min manat) məbləğində inzibati cərimə edilmişdir. Həmin qərara əsasən də X11 "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2021-ci ilin iyun ayından 15 yanvar 2022-ci il tarixə qədər işlərin yerinə yetirdiyinə cəlb edildiyi üçün inzibati tənbeh edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1214/2022 saylı, 20 may 2022-ci il tarixli qərarına əsasən apelyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Bununla da artıq barəsində şikayət verilmiş qərarda göstərilən inzibati xəta hadisəsinin mövcudluğu və törədilməsi təsdiq edilmişdir. Həmçinin Şikayətçi şikayətində onun barəsində qəbul edilmiş qərar üzrə İXM-nin tələbləri pozulmaqla icraat aparıldığını, həmin icraat qaydasında onun barəsində inzibati tənbehvermə qərarı çıxarılmasının şikayətində göstərilən İXM-nin tələblərinə zidd olduğunu qeyd etsə də, səlahiyyətli orqanın həmin işə baxmaq səlahiyyəti olmuşdur, göstərilən pozuntuların mövcud olduğu təqdirdə də, qərarın qanunsuzluğuna səbəb olmur və ləğvi üçün əsas deyildir. Buna görə də məhkəmə hesab edir ki, şikayətin bu hissəsi əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, 05.04.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, 12.04.2022-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar