Məhkəmə qərarları › İş №3(004)-227/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-227/2021

07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-227/2021 07.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin DYPŞsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialı işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, protokol düzgün tərtib edilmədiyindən və ona əlavə edilmiş material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş protokoldan görünür ki, həmin protokol Şəxs MMC-nin barəsində İXM-nin 347-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmişdir. Protokol və işə əlavə edilmiş sorğunun məzmunundan isə görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 14:39-da cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “Toyota Corolla” (minik) markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törədilmişdir. Qeyd olunan sorğu ilə avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi Cəmiyyətdən xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin sorğunun tərtib edildiyi tarix və qeydiyyat nömrəsi bəlli deyildir və o, kargüzarlıq qaydalarına uyğun tərtib edilməmişdir. İşə əlavə edilmiş sorğunun çatdırılmasına dair xəbərnamədəki qeyddən görünür ki, göndəriş xx xxx 2020-ci il tarixdə ünvan sahibinə çatdırılmışdır. Lakin hansı sorğunun və kimə çatdırılmasına dair heç bir qeydiyyat aparılmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxsə göndərilməsi iddia edilən sözügedən blanksız, tarixi və qeydiyyat nömrəsi bəlli olmayan, dolayısı ilə İXM-nin 347-ci maddəsinin tərkibinin yaranmasına əsas olan sorğunun özüözlüyündə qüsurlu olması və bu sorğuya cavab verilməməsi belə həmin xətanın tərkibinin yaranmasına əsas ola bilməz. Qeyd olunan xətanın tərkib əlamətlərinin yaranmasından ötrü səlahiyyətli qurumun sorğusu kifayət qədər dəqiq və ətraflı olmalıdır ki, ünvan sahibi ondan nə tələb edildiyini dəqiq müəyyən edə bilsin. Sorğu dəqiq və ətraflı olduğu təqdirdə ona cavab verilməməsi xətanın tərkibini yarada bilər. Bundan başqa, İXM-nin 123.1-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə dərhal sorğu göndərilir. İşə əlavə edilmiş xx xxx 2020-ci il tarixli Səbail RPİ-nin DYPŞ-nin Şəxs MMC-yə ünvanlanmış məktubundan isə görünür ki, Cəmiyyətin balansında olan “Toyota Corolla” (minik) markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilmiş qayda pozuntusu ilə bağlı verilmiş sorğuya vaxtında cavab verilmədiyindən inzibati icraat başlanılmış və Cəmiyyətin nümayəndəsi xx xxx 2020-ci il tarixdə DYPŞ-nə dəvət edilmişdir. Yəni xətanın xx xxxxxx 2019-cu il tarixdə törədilməsinə baxmayaraq sorğu dərhal deyil, 5 ay sonra göndərilmişdir. Sorğunun xx xxx 2020-ci il tarixdə çatdırılmasını ehtimal etsək belə, həmin tarixdən 6 aydan çox müddət keçdikdən sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə İXM-nin 347-ci maddəsilə protokol tərtib edilmişdir. Belə olan halda xx xxxxxx 2019-cu il tarixdə törədilmiş xətaya görə bir illik məsuliyyətə cəlbetmə müddəti keçdiyindən cavab verilib-verilməməsi artıq öz hüquqi əhəmiyyətini itirmişdir. Göstərilənlərlə yanaşı, Şəxs MMC-nin barəsində İXM-nin 347-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş protokolda xətanın törədilməsi vaxtı düzgün göstərilməmişdir. Belə ki, protokolda İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş xətanın törədildiyi vaxt xx.xx.2019-cu il, yəni Cəmiyyətin balansında olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törədilməsi vaxtı kimi qeyd edilmişdir. Əgər, İXM-nin 347-ci maddəsilə nəzərdə tutulmuş xətanın törədilmə vaxtını xx.xx.2019-cu il kimi hesab etsək, bu halda cəlb etmə müddəti keçmişdir. Lakin iş materiallarından görünür ki, idarənin müvafiq sorğu 2020-ci ilin may ayında göndərilmiş və iş materialları natamam olduğundan 347-ci maddəsilə nəzərdə tutulmuş xətanın törədilməsi vaxtı qeyri-müəyyəndir, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən aradan qaldırmaq mümkün deyildir. Həmçinin iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, hüquq və vəzifələrinin izah edilməsi, həmçinin tərtib edilmiş protokolun surətinin ona təqdim edilməsi və ya göndərilməsi təmin edilməmiş, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz müdafiə hüququnu qurmaqdan məhrum edilmişdir. Bundan başqa protokolda hüquqi şəxs haqqında məlumatlar ətraflı göstərilməmiş, VÖEN nömrəsi qeyd edilməmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinə görə inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin müvafiq inzibati xətanı törədibtörətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş material Bakı şəhəri Səbail RPİnin DYPŞ-nə geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar