Məhkəmə qərarları › İş №3(004)-2273/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2273/2020

23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2273/2020 23.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X13 iclas katibliyi, şikayətçi hüquqi şəxs “xxxxxxxxxxxxxxxxxxx” X2 (MMC) etibarnamə üzrə nümayəndələri X1 və X4 iştirakları ilə, “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 518.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) 4-cü ərazi Dövlət X15 (DYNİ) tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Əhəd Əsgərov şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Cəmiyyətin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası FHN DYNX 4-cü ərazi Dövlət X15 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 4-cü ərazi Dövlət X9 rəisi X5 xx xxxxxx 2020-ci il tarixində MN seriyalı ******* nömrəli qərar qəbul edib Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin tələblərinin pozulduğunu hesab edərək “xxxxxxxxxxxxxxxxxxx” MMCnin barəsində inzibati tənbeh tətbiq etmiş və bununla da həmin hüquqi şəxsi 350 manat məbləğində inzibati cərimə etmişdir. Qərar tam qanunsuz və əsassızdır. Belə ki, əvvəla inzibati xəta baş verməmişdir. Bundan başqa isə hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirini yalnız məhkəmə tədbiq edə bilər. Odur ki, göstərilən hallar nəzərə alınmaqla şikayətçi Cəmiyyət barəsindəqəbul edilmiş qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası FHN DYNX 4-cü ərazi Dövlət X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cəmiyyətin etibarnamə üzrə nümayəndəsi X3 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq izahatında bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 18-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq hüquqi şəxs statusunda olan “xxxxxxxxxxxxxxxxxxx” MMC barəsində səlahiyyəti olmayan inzibati orqan, yəni Azərbaycan Respublikası FHN DYNX 4-cü ərazi Dövlət X15 tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Halbuki həmin maddənin məzmununa görə hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiri yalnız hakimlər tərəfindən tətbiq edilə bilər. Odur ki, İXMnin tələbləri əhəmiyyətli dərəcədə pozulduğundan “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 350 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası FHN DYNX-nin 4-cü ərazi Dövlət X15 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cəmiyyətin etibarnamə üzrə nümayəndəsi X7 eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası FHN DYNX 4-cü ərazi Dövlət X9 xx xxxxxxxx 2020-ci il tarixli xx/xx-00807 nömrəli məktubundan müəyyən edilir ki, “xxxxxxxxxxxxxxxxxxx” MMC barəsində qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti Cəmiyyətin ünvanına göndərilərək xx xxxxxxxx 2020-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nəzdində olan İnternet X6rumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxx” MMC xx.xx.2013-cü ildə dövlət qeydiyyatına alınmaqla (VÖEN **********), hüquqi ünvanı – ünvan 1 qanuni təmsilçisi – X14r. İş materiallarında olan Azərbaycan Respublikası FHN DYNX 4-cü ərazi Dövlət X9 rəisi X5 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat-Maştağa yolu, bağ sahəsi ev 125-də yerləşən “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus mağazada YTM küçirilən zaman YTQ № 01- 2001 6.1-ci bəndinin tələblərinin pozulması müəyyən olunmuşdur. Fakta görə “xxxxxxxxxxxxxxxxxxx” MMC barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli protokol üzrə o, Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəyə görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmçinin Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.0.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. Hüquq nəzəriyyəsinə görə “hüquqi şəxsin törətdiyi inzibati xəta”, “hüquqi şəxsin əməlində inzibati xəta tərkibi” deyildikdə, yalnız hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fəaliyyət göstərmiş konkret fiziki şəxslərin inzibati xəta törətməsindən, onların əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasından söhbət gedə bilər. İnzibati xətalar qanunvericiliyinin məzmunundan da görünür ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq konkret fiziki şəxslərin törətdiyi inizbati xətalarla əlaqələndirilmişdir. Belə ki, bu əlaqə onunla xarakterizə olunur ki, həmin xəta hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün törədilmiş olmalıdır. İnzibati xətanın hüquqi şəxsin xeyrinə törədilməsi dedikdə, həmin əməllə hüquqi şəxsə fayda gətirmək, onun maddi öhdəliklərini azaltmaq, onun maddi durumunu başqa formada yaxşılaşdırmaq məqsədilə törədilməsi kimi başa düşülür. İnzibati xətanın hüquqi şəxsin maraqlarının qorunması üçün törədilməsi dedikdə isə, inzibati xəta əməlinin hüquqi şəxsin müxtəlif xarakterli mənafelərənin müdafiəsi və təmin olunması məqsədilə törədilmiş olması başa düşülür. Bu cür maraqlar hüquqi şəxsin nəzarət orqanlarının yoxlamalardan kənarda qalmasını təmin etmədə və sair hərəkətlərdə ifadə oluna bilər. Beləliklə qanunvericiliyə görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiq edilməsinə əsas ola bilən fiziki şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Yalnız hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər; o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə, hüquqi şəxsin nizamnaməsinə (əsasnaməsinə, yaxud əmək müqaviləsinə) uyğun olaraq hüquqi şəxs üçün hüquq və vəzifələr yaradan qərarlar qəbul etmək, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat məzmunlu digər hərəkətlər etmək, məsələn hüquqi şəxsin adından müqavilə bağlamaq, işçini işə qəbul etmək və işdən azad etmək, hüquqi şəxsin əmlakına sərəncam vermək və s. səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə onun fəaliyyətinə bütövlükdə və ya onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə və sahələrinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin eyni vəzifəli şəxsi bəzən sadalanan səlahiyyətlərin birinə, ikisinə və ya bir neçəsinə eyni anda malik ola bilər. Lakin qanunvericiliyin tələbinə əsasən belə səlahiyyətlər yalnız hüquqi şəxsin vəzifəli şəxsinə aid olduqda törədilən əməl inzibati qaydada hüquqi nəticələr doğura bilər. Həmçinin qanunvericilik normasının məzmunundan göründüyü kimi, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməklə onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq həmin hüquqi şəxsin rəhbəri və ya başqa işçisi tərəfindən törədilən inzibati xəta ilə bağlıdır. Bu halda xətaya görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiqi, həmin tədbirin tətbiqinə səbəb olmuş eyni xəta ilə bağlı fiziki şəxsin də inzibati məsuliyyətə cəlb edilməsi istisna edilmir. Məcəllənin 18.5-ci maddəsinə görə isə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəyə görə isə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər.Həmin Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. Bundan başqa, "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 5.16-cı bəndinə görə İXM-nin 518-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 4.1 və 4.3-cü bəndlərinə görə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından İXM-nin 518-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – fövqəladə hallar naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri və onun müavinləri; həmçinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, onun müavinləri, müvafiq ərazi və regional dövlət yanğın nəzarəti idarələrinin rəisləri, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X9 rəisinin baxmaq səlahiyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın Qeyd hissəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda nəzərdə tutulan vəzifəli şəxslərinzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıya əsasən həmin işlərə baxmaq səlahiyyəti müəyyən edilmiş vəzifəli şəxslər (fövqəladə hallar naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri və onun müavinləri; həmçinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, onun müavinləri, müvafiq ərazi və regional dövlət yanğın nəzarəti idarələrinin rəisləri, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X9 rəisi) İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə hüquqi şəxs barəsində protokol tərtib edərək baxılmaq üçün məhkəməyə göndərilməlidir. Hazırki işin hallarından isə görünür ki, İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti müəyyən edilmiş Azərbaycan Respublikası FHN DYNX 4-cü ərazi Dövlət X9 rəisi X5 həmin Məcəllənin 18.5 və 18.6-cı maddələrinin, eyni zamanda “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın Qeyd hissəsinin 2-ci bəndinin tələbləri pozularaq hüquqi şəxs barəsində tənbeh tədbiri tətbiq etmək səlahiyyəti olmadığı halda xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilib 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh etmişdir. Halbuki, hüquqi şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılıb hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilməli idi. Eyni zamanda qeyd edilməlidir ki, hüquqi şəxs “xxxxxxxxxxxxxxxxxxx” MMCnin İXM-nin 518.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olub-olmamasına dair hazirki iş üzrə hüquqi qiymət verilə bilməz. Belə ki, hüquqi şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və müvafiq təsdiqedici sənədlər məhkəməyə qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilib baxıldıqdan sonra müvafiq hüquqi qiymət verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası İXM-nin müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Azərbaycan Respublikası FHN DYNX 4-cü ərazi Dövlət X9 rəisi X5 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar hüquqi şəxsin əməlinə hüquqi qiymət verilmədən qanunsuz hesab edilərək ləğv edilməli və qəbul edilmiş qərar inzibati xəta haqqında işə İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Həmçinin həmin qərar əsasında təyin edilmiş inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin şikayəti qismən təmin olunsun. “xxxxxxxxxxxxxxxxxxx” MMC barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü ərazi Dövlət X9 rəisi X5 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qəbul edilmiş qərar inzibati xəta haqqında işə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilsin. xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında təyin edilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar