Məhkəmə qərarları › İş №3(004)-2274/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2274/2020

18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2274/2020 18.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhər Yasamal rayon məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iclas katibliyi ilə İnzibati xəta haqqında protokollları tərtib etmiş Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektorları X10 və X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxslər X5, X9 və X3 iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin təhqiqatçısı Azər Əliyevin xx xxxxxx 2020-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 33 saylı ünvanda X11 aldadıb 350 manat məbləğində pulunu ələ keçirməklə, dələduzluq edərək xırda talama əməli törətmişdir. Bundan başqa, xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin təhqiqatçısı Azər Əliyevin xx xxxx 2020-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxsxx.xx.2020-ci il tarixdə Yasamal rayonu, F.İbrahimbəyov küçəsi 10 saylı ünvanda X6 aldadıb 80 manat dəyərində ət məhsulunu və 120 manat məbləğində pulunu ələ keçirməklə, dələduzluq edərək xırda talama əməli törətmişdir. Bundan başqa, xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin təhqiqatçısı Fuad Cənnətovun xx xxxx 2020-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxsxx.xx.2020-ci il tarixdə Yasamal rayonu C.Cabbarlı küçəsində “Caspian Plazanın” qarşısında X14 aldadıb 140 manat məbləğində pulunu ələ keçirməklə, dələduzluq edərək xırda talama əməli törətmişdir. Bundan başqa, xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin təhqiqatçısı Tahir Əzizovun xx xxxx 2020-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Yasamal rayonu Z.Əhmədbəyov küçəsində “Caspian Plazanın” arxa hissəsində X7 aldadıb 470 manat məbləğində pulunu ələ keçirməklə, dələduzluq edərək xırda talama əməli törətmişdir. Bundan başqa, xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin təhqiqatçısı Nicat Abdullayevin xx xxxx 2020-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxsxx.xx.2020-ci il tarixdə Yasamal rayonu C.Cabbarlı küçəsində 44 saylı ünvanda X8 aldadıb 166 manat məbləğində pulunu ələ keçirməklə, dələduzluq edərək xırda talama əməli törətmişdir. Bundan başqa, xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin təhqiqatçısı Tahir Əzizovun xx xxxxxx 2020-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Yasamal rayonu ərazisində X12 aldadıb 200 manat məbləğində pulunu ələ keçirməklə, dələduzluq edərək xırda talama əməli törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsindəBakı şəhəri Yasamal rayon Polis İdarəsi27-ci Polis Bölməsi tərəfindən müvafiq inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi27-ci Polis Bölməsin sahə inspektoru X15 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs bir müddət əvvəl də İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 03 ay müddətinə inzibati qaydada həbs edilmişdir və həbsdən çıxdıqdan sonra yenidən protokollarda göstərilən əməlləri törətmişdir. Onun barəsində həmin əməllərə görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərarlar əsasında hazırkı inzibati xəta haqqında protokollar tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi27-ci Polis Bölməsin sahə inspektoru X1 Teymur Maarif oğlu ilə eyni məzmunlu ifadə verərək, Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında protokollarda göstərilən əməllərdən yalnız X13 aldadaraq 140 manat məbləğində pulu alması nəticəsində inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, maddi ehtiyacı ucbatından protokolda göstərilən əməli törətmiş, vətəndaşa maddi ziyan vurmuşdur. Vurduğu ziyanı hələ də ödəməmişdir. Əməlindən peşmandır. Tezliklə həmin ziyanı ödəməyə söz verdiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Kia” markalı **-FP-*** dövlər qeydiyyat nişanlı avtomobili o idarə etmişdir. Müdafiəçi Vəkil barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X16 bildirdi ki, xx.xx.2020-ci il tarixdə Həsən Əliyev küçəsində olan parket mağazasında satıcı işləyən Mehman adlı şəxs onu mağazaya çağıraraq 350 manat pul və əlaqə saxlaması üçün mobil nömrə verərək, həmin pulun nömrə sahibinə çatdırılmalı olduğunu bildirmişdir. Həmin nömrəyə zəng etdiyi zaman telefona cavab verən şəxs ona “İst Petrol” adlanan yanacaq doldurma məntəqəsinin yaxınlığında xalası oğlunun onu gözləyəcəyini, həmin pulu ona verməyini, oradan divar seyfi almaqla onun yanına gəlməyini pulu isə ona özü ödəyəcəyini bildirmişdir. O ona deyilən qaydada hərəkət etmiş, lakin “Caspian Plaza”ya çatdıqda sürücü ona ayağında problem olduğuna görə maşını onun sürməsini xahiş etmişdir. Bu zaman o maşından enib sürücü tərəfə gəlmək istədiyi zaman həmin şəxs maşını sürərək oradan uzaqlaşmışdır. Sonradan onun Şəxs olduğunu bilmişdir. Şəxs tərəfindən ona vurulmuş maddi zərər ödəniləmişdir. Göstərilənləri nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X17 bildirdi ki, onlayn sifariş vasitəsilə “Bəyəndim” ayaqqabı mağazasından sifariş olunan ayaqqabını Nəsimi rayonu, “İmperial” restoranının qarşısına gətirmişdir. Bu zaman qara rəngli “Kia” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin ayaqqabını onun sifariş verdiyini lakin üzərində pul olmadığı üçün pulu kartdan çıxararaq ödəyəcəyini onun özünü isə mağazaya aparacağını bildirmişdir. Onlar birlikdə “Nizami” metrostansiyasına qarşısna gəlmiş burada Şəxs onun üzərində nə qədər pul olduğunu soruşmuş, o isə cavab olaraq üzərində 70 manat olduğunu bildirmişdir. Daha sonra Seyran onda olan 70 manati istəmiş və bildirmişdir ki, ondan aldığı pulu başqasına verəcək, ona isə ödənişi pulu ilə bir yerdə həmin puluda kartdan çıxararaq qaytaracaq. O inanaraq S.A.Rəhimava 70 manatı Səyrana vermişdir. Seyran həmin pulu aldıqdan sonra oradan uzaqlaşmış bir qədər sonra geri qayıdaraq “Caspian Plaza” biznes mərkəzində həmin pulu “Elya” adlı xanımın ona verəcəyini bildirmişdir. Lakin o, “Caspian Plaza” biznes mərkəzində “Elya” adlı xanımı tapa bilməmişdir. Binadan çıxdıqda isə o S.A.Rəhimavun orada olmadığını görmüşdür. Ümumilikdə onu aldadaraq 140 manat pulunu ələ keçirməklə dələduzluq edilmişdir. Göstərilənləri nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X17 bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində “Təzə Bazar” deyilən yerdə somavar satışı ilə məşğul olan tanışı Yusif adlı şəxs ona zəng edərək sifariş olduğunu və sifarişi gəlib götürməyi xahiş etmişdir. O taksi fəaliyyəti ilə məşğul olduğundan sifarişlə bağlı “Təzə Bazara” Yusifin yanına getmişdir. Orada olan zaman Yusif ona 1 ədəd somavar və 500 manat pul verərək Vüsal adlı sifarişçiyə çatdırmalı olduöunu deyib sonuncunun istifadəsində olan 077 *** ** ** saylı mobil nömrəni ona vermişdir. O somavarı və 500 manat pulu Yusifdən qəbul etdikdən sonra idarə etdiyi avtomobil ilə üzü 20 Yanvar istiqamətinə hərəkət etmiş və yolda Vüsal adlı şəxsin 077 *** ** ** saylı nömrəsi ilə əlaqə saxlamış. Əlaqə zamanı Vüsal ona Yasamal rayonu ərazisində yerləşən “Caspian Plaza”nın qarşısında bir nəfər şəxsin ona yaxınlaşacağını və həmin şəxsə 500 manat pulu verdikdən sonra seyf ilə avtomobil açarını 20 Yanvar dairəsinin yaxınlığına gətirib orada ona verəcəyini bildirmişdir. “Caspian Plaza”nın qarşısına gəldikdə, bir nəfər şəxs ona yaxınlaşmış və Vüsalın onu göndərdiyini deyərək “Land Rover” markalı avtomobilin açarını ona verdikdən sonra o zəhmət haqqını yəni 30 manat haqqını çıxaraq həmin şəxsə 470 manat pul vermişdir. Bundan sonra həmin şəxs onun avtomobilinə əyləşib avtomobili “Caspian Plaza”nın arxa hissəsinə sürdürmüş və orada yerə düşərək seyfi gətirəcəyini deyib gözləməyini xahiş etmişdir. O həmin şəxsi 3 saat gözləsə də gəlmədiyini görüb Vüsalın istifadəsində olan telefon nömrəsinə zəng etmişdir. Lakin telefona cavab verən olmadığından o aldadıldığını anlamışdır. Daha sonra o Yusiflə əlaqə saxlayıb bu barədə məlumat verib somavarını onun özünə geri qaytarmış və “102” xidmətinə zəng edib məlumat vermişdir. Göstərilənləri nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçıları Azər Əliyevin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli, Fuad Cənnətovun xx.xx.2020-ci il tarixli, Tahir Əzizovun xx xxxx 2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli və Nicat Abdullayevin xx.xx.2020-ci il tarixli qərarlarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarlara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokollardakı əməlin törədilməsi müəyyən edilmişdir. İş materiallarında olan AZA seriyalı 003872 nömrəli xx.xx.2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs həmin tarixdə saat 18:00 radələrində tutulmuşdur. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(004)-2814/2019 nömrəli qərardan müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) ay müddətinə inzibati həbs edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xırda talama yəni dələduzluq edərək özgə əmlakını talamasını özü etiraf etməsə də, zərərçəkmiş şəxslərin ifadələri və məhkəmə iclasında araşdırılan digərsübutlarla təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 227-cı maddəsi ilə barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş Şəxs eyni inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların olmamasını, ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən, saat 18:00-dan hesablanmalıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 5 (beş) saat üçün cəmi 30 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxxxx 2020-ci tarixdən saat 18:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 5 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Vəkil göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabı - “xxxxxxxxxxx” ASCnin Cəfər Cabbarlı filialı kod: 200048; VÖEN; **********; M/h:-AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ41AİİB********************; VÖEN- **********. hesabına köçürülsün. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar