Məhkəmə qərarları › İş №3(004)-2275/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2275/2020

21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2275/2020 21.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1978-ci ildə Balakən rayonunun Mahamalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Yasamal rayonu 8-ci keçid ev 16 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(007)-2445/2018 nömrəli icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(007)- 2445/2018 nömrəli qətnaməsi ilə Şəxs xx xxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 2008-ci il təvəllüdlü X11, xx xxxx 2011-ci il təvəllüdlü X10 və xx xxxxxx 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində aliment tutulub X8 verilməsi qət edilmişdir. İcra sənədi üzrə Balakən rayon İcra və probasiya şöbəsində xx xxxxxxxx 2018-ci il tarixli qərarla icraata başlanılmışdır. Müəyyən edilmişdir ki, icra işi üzrə borclu Kərimov X2 rayonu 8-ci keçid ev 16 ünvanında qeydiyyatsız olaraq yaşayır. Buna görə də icra vərəqəsi aidiyyəti üzrə icra edilməsindən ötrü Yasamal rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra işi Yasamal rayon İcra və probasiya şöbəsinin icraatında olan zaman tələbkar xx xxx 2019-cu il tarixdə ərizə ilə şöbəyə müraciət edərək bildirmişdir ki, o, borclunun ödəmə imkanlarını nəzərə alaraq hər ay 250 (iki yüz əlli) manat aliment ödəməsinə razılıq vermişdir. Qeyd edilən icra işi isə təxminən bir neçə ay olar ki, onun icraatına qəbul olunmuşdur. Bu müddət ərzində borclu Şəxs təxminən 2-3 dəfə onun yanında şöbədə olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə tələbkar X9 şöbəyə ərizə ilə müraciət edərək aliment borcunun tam şəkildə ödənilməsini, icra edilmədiyi təqdirdə isə onun həbs olunmasını tələb etmişdir. İcra icra işi materiallarından müəyyən edilir ki, icra sənədi üzrə xx xxxxxxxx 2018-ci il tarixdən hazıradək Şəxs 6225 (altı min iki yüz iyirmi beş) manat aliment borcu yaranmışdır. Bundan başqa icra sənədi üzrə məcburi icra tədbirlərinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə dövlət qurumlarına sorğular göndərilmiş, lakin borclu Şəxs hər hansı bir daşınar və ya daşınmaz əmlakı, o cümlədən tələbin yönəldilə biləcəyi bankda hesabı və ya pul vəsaiti aşkar edilməmişdir. Borclu Şəxs İİ qrup gözdən əlil olduğundan onun pensiya vəsaitinə tutma yönəldilməmişdir. X6 verilmiş suallar üzrə əlavə olaraq qeyd etmişdir ki, iş Yasamal rayon İcra və probasiya şöbəsinin icraatında olduğu müddətdə borclu Şəxs mütəmadi olaraq aylıq 300 (üç yüz) manat ödənişlər etmiş, sonuncu ödəniş isə keçən ay həyata keçirilməsinə baxmayaq qəbzlər şöbəyə təqdim edilməmiş, lakin tərəflərin özlərində ödəniş qəbzləri mövcuddur. Borcluya tələbin könüllü icrasına dair bildiriş rəsmi qaydada xx xxxxxxxx 2020-ci il tarixdə Yasamal rayon icra və probasiya şöbəsində rəsmi qaydada təqdim edilmiş, eyni zamanda həmin vaxt ona Azərbaycan Respublikası İXM-nin 528.1 və Cinayət Məcəlləsinin (CM) 306.1-ci maddəsinin tələbləri izah edilməklə məsuliyyət barədə xəbərdarlıq edilib izahatı alınmışdır. Hazırda icra sənədi üzrə borc xx xxxxxxxx 2018-ci il tarixdən hazıradək 6225 (altı min iki yüz iyirmi beş) manat təşkil edir. Qeyd edilən məbləğ isə tələbkar borcunun tam ödənilməsini xx xxxxxxxx 2020-ci il tarixdə tələb etdikdən sonra hesablanaraq müəyyən edilmişdir. Həmin tarixdən sonra borcluya yenidən tələbin könüllü icrası ilə bağlı 10 günlük möhlət verilmiş, bu müddət ərzində borc tam şəkildə ödənilmədiyindən, tələbkar isə borcun tam şəkildə ödənilməsini təkidlə tələb etdiyindən borclu Şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən icra məmuru A.Y.Aslanbəyli barəsində inzibati protokol tərtib edilmiş Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o, ikinci qup gözdən əlildir və 130 manat məbləğində əlillik pensiyası alır. Buna baxmayaraq uşaqlarının saxlanılması üçün fəhləlik edərək Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(007)-2445/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarını ödəməyə çalışır və hazıradək həy ay mütəmadi olaraq 300 manat olmaqla ödənişlər etmişdir. Sonuncu ödənişi isə keçən ay etmişdir. Hər ay onun 300 manat ödəniş etməsinə səbəb onunla tələbkar arasında qarşılıqlı olaraq razılaşmanın mövcud olması olmuşdur. Ona bəlli olmayan səbəblərdən tələbkar xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq ona borcun tam şəkildə ödənilməsini tələb etməyə başlamışdır. Lakin hazırda onun maddi vəziyyəti ağır olduğundan aliment miqdarını tam şəkildə ödəyə bilmir, bu səbəbdən də hal-hazırda 6225 manat borcu tam şəkildə ödəmək imkanı yoxdur. Eyni zamanda Şəxs izahatında qeyd etmişdir ki, onun övladları ilə münasibətləri çox yaxşıdır, aliment borcundan savayı o, övladları ilə görüş zamanı onların arzularına uyğun olaraq müəyyən maddi ehtiyaclarını da ödəyir. O, həmçinin məhkəmənin qərarlarına hörmətlə yanaşır icra sənədini icra etməkdən qəsdən yayınmır, maddi vəziyyətinin çətin olması ilə bağlı borcunu tam olaraq ödəyə bilmir və işin digər halları nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verilmiş suallar əsasında əlavə olaraq bildirmişdir ki, tələbkarla əvvəllər aralarında olan razılaşmaya görə o, hazıradək hər ay 300 manat ödəniş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdək ondan icra sənədi üzrə alimentin hər ay 462 manat olmaqla tam şəkildə ödənilməsi, nə icra məmuru, nədə ki, tələbkarın özü tərəfindən məcburi qaydada tələb edilməmişdir. Ona görə də onun xx xxxxxxxx 2018-ci il tarixdən hazıradək 6225 (altı min iki yüz iyirmi beş) manat borcu yaranmışdır. Daimi iş yeri olmamaqla fəhləlik etdiyindən, İİ qrup əlil olduğundan qeyd olunan borcu hazırda tam olaraq ödəmək iqtidarında deyildir. O, icra şöbəsində bir neçə dəfə icra məmurunun yanında olsa da xx xxxxxxxx 2020-ci il tarixli rəsmi xəbərdarlığı barəsində protokol tərtib edilən tarixdə, yəni xx xxxxxxxx 2020-ci il tarixdə imzalamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə icra sənədi üzrə tələbkar (zərərçəkmiş şəxs) X8 qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəmə aparatının işçi tərəfindən onunla telefon vasitəsi ilə əlaqə saxlanıldıqda isə o, iş yerində olmasını əsas gətirərək iclas iştirak etməkdən imtina etmişdir. Məhkəməyə tələbkar (zərərçəkmiş şəxs) tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə tərəfləri dinləyib Azərbaycan Respublikası İXM-nin 62.4 və 112.1.4-cü maddələrinə əsasən işəzərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nizami rayon Məhkəməsinin 2(007)-2445/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli icra sənədindən görünür ki, Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(007)-2445/2018 nömrəli qətnaməsi ilə Şəxs xx xxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxxx 2008-ci il təvəllüdlü X11, xx xxxx 2011-ci il təvəllüdlü X10 və xx xxxxxx 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində aliment tutulub X8 verilməsi qət edilmişdir. İcra işi materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən müəyyən edilir ki, borclu Şəxs rəsmi qayda təqdim edilməmiş və ona məsuliyyət barədə xəbərdarlıq elan edilməmişdir. Yalnız icra məmuru X6 tərəfindən məhkəmə iclası zamanı təqdim edilmiş xx xxxxxxxx 2020-ci il tarixli xəbərdarlıqdan müəyyən edilir ki, borclu Şəxs icra sənədi üzrə yaranmış aliment borcunun tam olaraq ödənilməsi tələb edilmiş və ona əks təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1 və Cinayət Məcəlləsinin 306.1-ci maddələri ilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmişdir. Lakin qeyd edilən xəbərdarlığın üzərində Şəxs tərəfindən qəbul edilməsinə dair onun imzası mövcud olsa da, həmin xəbərdarlığın hansı tarixdə qəbul edilməsinə dair qeydiyyat aparılmamışdır. İcra işi materiallarından görünür ki, X13 vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılarkən onun adına bankda pulu, hesabı, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakının olmadığı aşkar edilmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixdə verilmiş 001681 nömrəli vəsiqədən müəyyən edilir ki, Şəxs gözdən ikinci qrup əlildir. İcra iş materiallarında olan tələbkar (zərərçəkmiş şəxs) X4 xx xxx 2019-cu il tarixli ərizəsindən, eyni zamanda onun xx xxxx 2019-cu il tarixli izahatından müəyyən edilir ki, o, icra şöbəsinə müraciət edərək borclunun ödəmə imkanlarını nəzərə alaraq hər ay 250 (iki yüz əlli) manat aliment ödəməsinə razılıq vermiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin icra işi materiallarında olan tələbkar (zərərçəkmiş şəxs) X4 xx xxxxxxxx 2020-ci il tarixli ərizəsindən müəyyən edilir ki, borclu Şəxs tərəfindən icra sənədi üzrə aliment borcu ödənilmədiyindən borcun tam şəkildə ödənilməsini tələb edir və sonuncunun həbs edilməsini xahiş edir. Beləliklə, məhkəmə tərəfindən borclu Şəxs əməlində icra sənədinin qərəzli olaraq üzrsüz səbəbdən icra edilməməsi halı və ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilməmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan, icra işi materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, borclu Şəxs ilə tələbkar X9 arasında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 462 (dörd yüz altmış iki) manat alimentdən, hər ay 250 (iki yüz əlli) manat ödəniş edilməsinə dair qarşılıqlı razılaşma mövcud olmuşdur. Bundan sonra tələbkar X9 xx xxxxxxxx 2020-ci il tarixdə təkrarən icra şöbəsinə müraciət edərək aliment borcunun tam şəkildə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində protokol tərtib edilmiş borclu Şəxs izahatlarından isə müəyyən edilmişdir ki, sonuncu tərəfindən barəsində protokol tərtib edilən tarixədək aylar üzrə mütəmadi olaraq aliment ödənişləri həyata keçirilmişdir. Yəni işin faktiki hallarından göründüyü kimi, xx xxxxxxxx 2020-ci il tarixdək icra sənədinin tam şəkildə icra edilməməsi iş üzrə tələbkar X4 öz hərəkətləri və buna dair razılıq ərizəsi olmuşdur. Qeyd edilən tarixdən sonrakı dövrdə isə borclu Şəxs rəsmi qaydada xx xxxxxxxx 2020-ci il tarixdə icra şöbəsində olmuş və ondan tələbin tam şəkildə ödənilməsi tələb edilib izahatı alınmış, daha sonra isə icra məmuru tərəfindən onun barəsində protokol tərtib edilmişdir. Yəni göründüyü kimi, borclu Şəxs xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq, tələbkarın əvvəlki müddətdə imtina etdiyi borc məbləğləri üzrə toplanmış ümumilikdə 6225 (altı min iki yüz iyirmi beş) manat məbləği qısa müddət ərzində ödəməyə faktiki olaraq maddi və fiziki imkanı olmamışdır. Belə olan halda isə onun əməlində məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun tələblərini və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı, yəni İXM-nin 528.1-ci maddəsinin tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinəəsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İcra Haqqında Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbkarın ərizəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi onun vermiş məhkəməyə və ya digər orqana geri qaytarılır. 23.3-cü maddəyə görə 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, şəxsin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar