Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2276/2020 07.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəhmanov Şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Rəhmanov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2 və 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X5 tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Rəhmanov Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X5 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan görünür ki, Rəhmanov Şəxs həmin tarixdə 04:50 radələrində idarə etdiyi “BMW X-5” (minik) markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ş.Qurbanov küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müəyyən edilmiş sahələrə daxil olma qaydalarını pozmuş, sənədlərin yoxlanması məqsədilə ona polis əməkdaşları yaxınlaşdıqda isə sərxoş vəziyyətdə olmasına dair kifayət qədər şübhə yarandığından tibbi müayinədən keçməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparılmış, lakin o, Mərkəzdə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Bununla da, ŞəxsRəhmanov barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2 (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olma, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə, yaxud maneəni kənardan keçmə) və 343.1-ci (Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsi) maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. ŞəxsRəhmanov tərtib edilmiş protokolu imza etməkdən imtina etmişdir. Məhkəmə tərəfindən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə görə işə inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Rəhmanov Şəxs özünü barəsində tərtib edilmiş protokol üzrə təqsirli bilməyərək göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 03:00 radələrində Yasamal rayonu Ş.Qurbanov küçəsində yol kənarında nəqliyyat vasitəsini saxlamışdır. Həmin vaxt yanında dostları Cavid, Aybəniz və Zəminə olmuşdur. O, Aybənizlə birlikdə səkinin üstündə oturarkən spirtli içki qəbul etmiş, bunun üçün dostu Cavidi oraya dəvət etmişdir ki, onun nəqliyyat vasitəsini idarə etsin. Bu vaxt onlara Bakı şəhər DYPİ-nin əməkdaşları yaxınlaşaraq irad tutmuş, onlar arasında mübahisə yaranmış, bundan sonra PPXB-nün əməkdaşları kömək üçün hadisə yerinə dəvət edilmişdir. Əvvəlcə o, Aybəniz və Cavid post patrul avtomobilində Respublika Narkoloji Mərkəzə aparılmış, orada polislərin hərəkətlərinə etiraz olaraq sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Çünki, o, sükan arxasında olmamış, çöldə rəfiqəsi ilə səkinin üzərində oturmuşdur. Daha sonra onlar bölməyə gətirilmiş, hər biri barəsində ayrıayrılıqda İXM-nin 510-cu, yəni xırda xuliqanlı maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Məhkəmənin müvafiq qərarları ilə onlar həmin xətanın törədilməsində təqsirli bilinərək barələrində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Rəhmanov Şəxs sükan arxasına sərxoş vəziyyətdə olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ŞəxsRəhmanovun Azərbaycan Respublikasının İXM-nin 327.2 və 343.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Rəhmanov Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 04:50 radələrində Ş.Qubanov küçəsində idarə etdiyi ona məxsus “BMW X5” (minik) markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobili ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacağında (avtobus dayanacağı) saxlamaqla Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinin tələblərini pozmuşdur. Həmin normanın tələbinə görə dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması qadağandır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin xx xxxxxxxx 2020-ci il tarixli 2/7150 nömrəli protokolunun surətindən müəyyən edilir ki, 1987-ci il təvəllüdlü Rəhmanov Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə bağlı tibbi müayinədən keçməkdən imtina etmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 3(004)-2171/2020 nömrəli qərarından müəyyən edilir ki, Rəhmanov Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 03:00 radələrində Ş.Qurbanov küçəsində avtomobilini qadağan olunmuş yerdə saxladığından polis əməkdaşının ona həmin avtomobilin düzgün saxlanılmadığını irad bildirərkən, onlarla mübahisə edərək, səs-küy salması və bununla da ictimai qaydanı pozması faktı üzrə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Qeyd edilən qərarın məzmunundan müəyyən edilir ki, Rəhmanov Şəxs izahatında törətdiyi əməli səmimi etiraf edərək avtomobilini həmin vaxt qadağan olunmuş yerdə saxladığını, hadisə zamanı yanında dostunun və 2 nəfər qadın tanışının olmasını bildirmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 3(004)-2172/2020 nömrəli qərarından isə müəyyən edilir ki, qeyd edilən tarixdə saat 03:00 radələrində Ş.Qurbanov küçəsində ictimai qaydanı pozan şəxslər arasında olmuş X2 da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 75 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Qeyd edilən qərarın məzmunundan həmçinin müəyyən edilir ki, X2 xx xxxxxxxx 2020-ci il tarixdə saat 03:00 radələrində Yasamal rayonu, Ş.Qurbanov küçəsində yol kənarında dostu Əli (Şəxs Rəhmanov) rəfiqəsi Aybəniz və Əlinin yanında olan digər dostu Cavid ilə söhbət etmişlər. Ondan başqa digər üçünün də avtomobili orada olmuşdur. Həmin vaxt Əli içki olmaqla sərxoş olmuşdur. Hər üç avtomobil dayanma qadağan edilən yol kənarında, yəni avtobus dayanacağının qarşısında park edilmişdir. Bu vaxt Bakı şəhər BPİ-nin DYPİ-nin YPX-nin əməkdaşları onlara yaxınlaşmış, daha sonra Əli və Cavidlə polis əməkdaşları arasında mübahisə yaranmışdır. Məhkəmə qərarının məzmunundan görünür ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin “Təhlükəsiz Şəhər” kameraları vasitəsilə qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk məhkəmə baxışı zamanı nümayiş etdirilərkən müəyyən edilmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə X2 və onun tanışları hadisədən əvvəl avtomagistral yolun ortasında zolaqların üzərində oturub-qalxmışlar, hətta yol ortasında nizamsız gəzərək yol hərəkəti təhlükəsizliyini pozmuşlar. Bundan sonra onlara yaxınlaşmış DYPİ-nin əməkdaşlarının haqlı iradlarına tabe olmayaraq öz hərəkətləri ilə ictimai qaydanı pozmağa davam etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin Qİİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AC seriyalı 582736 nömrəli sürücülük vəsiqəsindən müəyyən edilir ki, Rəhmanov Şəxs B kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır və xx.xx.2030-ci il tarixədək etibarlıdır. Qeyd olunan sübutların məcmusuna məhkəmə hüquqi qiymət verərək hesab edir ki, barəsində protokol tərtib edilmiş Rəhmanov Şəxs özünü təqsirli bilməyərək protokolda qeyd olunan məlumatları təkzib etməsi özünü müdafiə xarakterli məlumat olaraq qəbul edilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki,Rəhmanov Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 03:00 radələrində idarə etdiyi ona məxsus olan “BMW X-5” (minik) markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ş.Qurbanov küçəsindəki ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müəyyən edilmiş sahələrə daxil olma qaydalarını pozaraq, dayanma qadağan edilmiş həmin ərazidə avtomobilini saxlamış, bununla da, o, “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinin tələblərini pozmuşdur. Bundan başqa Rəhmanov Şəxs, onun sərxoş vəziyyətdə olmasına dair kifayət qədər əsaslı şübhə yarandığından ona həmin vaxt yaxınlaşmış Bakı şəhər BPİ-nin DYPİ-nin YPX-nin əməkdaşları tərəfindən tibbi müayinədən keçməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə gətirilmişdir, lakin o, Mərkəzdə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Beləliklə, məhkəmə baxışı zamanıRəhmanov Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.2 və 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən ŞəxsRəhmanovun əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması araşdıraraq hesab edir ki, onun məsuliyyətini yüngülləşdirici və ağırlaşdırıcı hal aşkar edilmədi. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs ŞəxsRəhmanov Azərbaycan Respublikası İXM-nin 327.2 və 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində İXM-nin 343.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan nəqliyyat vasitəsini idarə etmək hüququndan məhdudlaşdırma növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Rəhmanov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 343.1-ci maddələri ilə təqsirli bilinərək onun 9 (doqquz) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X4 həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2276/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2276/2020
07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver