Məhkəmə qərarları › İş №3(004)-2282/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2282/2020

06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2282/2020 06.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X7 iclas katibliyi ilə, qərarından şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X2, X1nun iştirakları ilə, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-cu il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə Rəşid Behbudov küçəsi, 92 ünvanında ona məxsus “BMW 535” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobili “xxxxxxxxxxxx” ASC-yə məxsus olan ərazidə saxladığından “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş dayanma-durma qaydasını və İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən barəsində BNA seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Qeyd edilmişdir ki, aidiyyəti qurum olan Bakı Nəqliyyat Agentliyinə məsələ ilə bağlı şikayət ərizəsi verilsə də laqeyd yanaşılmış, heç bir qanuni əsaslandırma olmadan barəsində 20 manat məbləğində cərimə tətbiq edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayətçi K.E.İbrahimli barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın əsassız olmasını qeyd edərək, qərardan verilmiş təkrar şikayətlərinə BNA tərəfindən baxılmadığını və ona qanunla müəyyən edilmiş qaydada cavab verilməsinin təmin edilmədiyini bildirmişdir. K.E.İbrahimli şikayət ərizəsində qərarın əsassız olması onunla izah etmişdir ki, o, xx.xx.2020-ci il tarixindən etibarnamə ilə idarə etdiyi “BMW 535” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2020-ci il tarixdə “xxxxxxxxxxxx” ASC-nin ərazisində müvəqqəti saxlamışdır. Həmin yer bankın ərazisi olduğundan, yəni yol kənarı və ya piyada yolu olmadığından, nəqliyyat vasitələrinə və piyadalara qətiyyən mane olmamışdır. Odur ki, K.E.İbrahimli qeyd olunanlar nəzərə alınaraq barəsində qəbul edilmiş BNA seriyalı xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X5 izahatında göstərmişdir ki, X1nun xx xxxxxx 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verməsi üçün subyektiv hüququ yoxdur. Belə ki, qeyd olunan qərar onun özü barəsində deyil atası X8 barəsində qəbul edilmişdir. Bundan başqa X3 Agentliyə ünvanlanmış çoxsaylı və eyniməzmunlu müraciətlərinə baxılaraq təmin edilmiş, nəticədə xx xxxxxx 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, eyni zamanda inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini faktiki olaraq idarə etmiş sürücü və hazırki iş üzrə şikayətçi olan X3 İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli yeni qərar qəbul edilmişdir. Dolayısı ilə hazırda barəsində şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərar qüvvədə deyildir. T.M.İsmayılzadə məhkəməyə yazılı etiraz təqdim edərək K.E.İbahimli barəsində qəbul edilmiş yeni qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edir ki, şikayət ərizəsi məhkəmədə baxılmadan müraciət müəllifinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X8 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nə görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin özünün və ya onun tərəfindən qanunla müəyyən edilmiş qaydada səlahiyyət verilmiş nümayəndəsinin həmin qərardan şikayət vermək üçün subyektiv hüququnun olması müəyyən edilmişdir. Lakin hazırki işin hallarından göründüyü kimi, barəsində şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərar X1 barəsində qəbul edilməmiş, bundan başqa ona həmin qərardan şikayət vermək üçün qanunla müəyyən edilmiş qaydada səlahiyyət verilməmişdir. Dolayısı ilə onun sözügedən qərardan şikayət vermək üçün subyektiv hüququ yoxdur. Eyni zamanda, məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş materiallardan müəyyən edilir ki, barəsində şikayət verilmiş xx xxxxxx 2020-ci il tarixli qərar Agentlik tərəfindən ləğv edilmiş və törədilməsi iddia edilən inzibati xəta ilə bağlı X3 Azərbaycan Respublikası İXMnin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 manat məbləğində cərimə növündə tənbeh tədbiri təyin edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Dolayısı ilə məhkəməyə təqdim edilmiş şikayət ərizəsindəki mübahisəyə artıq səlahiyyət yuxarı inzibati orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada baxılaraq həll edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. 129.1.3-cü maddəyə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barəsində şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərar artıq qüvvədə olmadığından, eyni qərardan şikayət vermək üçün subyektiv hüququ olmadığından X4 tərəfindən verilən şikayət baxılmadan geri qaytarılmalıdır. Həmçinin şikayətçiyə izah edilməlidir ki, şikayətdə göstərilən inzibati tənbeh vermə haqqında qərar artıq qüvvədə olmadığından o, sonradan barəsində qəbul edilən yeni inzibati tənbeh vermə haqqında qərardan narazı qaldığı təqdirdə yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 xx xxxxxx 2020-ci il tarixli BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsi məhkəmədə baxılmadan geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar