Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2289/2020 22.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X6 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoruKərimov Məhərrəm Təbiət oğlunun, zərərçəkmiş şəxslər X7 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Bakı şəhərindəanadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı Nicat Abdullayevin xx xxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə məhsuliyyətə cəlb olunması üçün qərarın icrasının 27-ci PB-nə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoruKərimov Məhərrəm Təbiət oğlu tərəfindən MN seriyalı ******* nömrəli xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X9 və X3 ünvan 2 ünvanında döyərək xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokolda Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoruKərimov Məhərrəm Təbiətoğlubildirdi ki, xx xxxx 2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X4 və Şəxs eləcə də Mustafa Sübhi küçəsi, ev 25, mənzil 9 ünvanında yaşayan X11 və X5 arasında yaranmış anlaşılmazlıq nəticəsində aralarında dava düşmüş bir birilərini döyərək sağlamlığa zərərvurmayan müxtəlif xəsarətlər yetirmişdirlər. X11 və X1 Şəxs tərəfindən döyülməsi ilə bağlı daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxsbarəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Bakı şəhər Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx xxxx 2020-ci il tarixdə ünvan 3 ünvanında qonşuları X11 və X5 onun üzərinə gələrək aralarında yaranmış anlaşılmazlığı zor tətbiq etməklə həll etməyə çalışmışlar. İki şəxs birlikdə ona müxtəlif xəsarətlər yetirmiş yalnız oğlunun müdaxiləsindən sonra onlardan yaxa qurtara bilmişdir. Həmçinin bildirmişdir ki, həmin hadisə baş verən vaxt kiməsə məqsədli şəkildə xəsarət yetirmək niyyəti olmamış, özünü müdafiə xarakterli hərəkətlər edən zaman digər şəxslərə qarşı xəsarət yetirmiş ola biləcəyini söyləmişdir. Əməlindən çox peşmandır, hazırda X11 və X5 ilə barışmışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə ünvan 4 ünvanında olan zaman, qonşusu Şəxs və X4 onu və qızını təhqir edərək döymüş, onlara xəsarət yetirmişlər. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 anası X11 ilə eyni xarakterli ifadə verərək hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirdi. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edirki, Şəxs barəsində başlanmış İXM-in157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 Publik hüquqi şəxsinin xx xxxx 2020-ci il tarixli 494 nömrəli ”sağlamlığa zərər vurulması” ilə əlaqədar ekspert rəyinə əsasən 1964-cü il təvəllüdlü X8 məhkəmətibbi ekspertizasına əsasən, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq belə nəticəyə gəlinmişdir ki, X8 bədəni üzərində aşkar edilmiş xəsarətlər – hər iki bazunun, sağ budun və sağ baldırın qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 Publik hüquqi şəxsinin xx xxxx 2020-ci il tarixli 495 nömrəli ”sağlamlığa zərər vurulması” ilə əlaqədar ekspert rəyinə əsasən 1992-ci il təvəllüdlü X1 məhkəmə-tibbi ekspertizasına əsasən, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq belə nəticəyə gəlinmişdir ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol qulaq seyvanının səthi əzilmiş yarası, sol bazunun, sağ dirsək oynağının, sağ saidin və sağ baldırın qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, X7, X1, Şəxs və X2 qarşılıqlı şikayət ərizələri (HK-1024, HK- 1025, HK-1026, HK-1027) əsasında toplanmış materiala əsasən, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X7, X1, Şəxs və X2 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin tətbiq olunmasından ötrü qərarın surəti Yasamal RPİ-nin 27-ci PB-nin aidiyyatı əməkdaşına təhvil verilməsi qərara alınmışdır. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 53.0.9-cu maddəsinə əsasənbu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsihaqqındaqərarçıxarılır; 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edirki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakışəhəriyasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2289/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2289/2020
22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver