Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2289/2025 10.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X6 iclas katibliyi ilə Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi Nümayəndə, X1 vəkili Vəkil iştirakları ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 18 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X7 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 18 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, Şahid1, Şahid3, Şahid2 və Şahid4 “Yük Taksisi.AZ" MMC-nin direktoru X7 tərəfindən işğaldan azad edilmiş ərazilərdə AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bu faktı əsas götürən DƏMX-nin Bakı şəhər şikayətçi barəsində xx.xx.2025-ci il tarixli, MN1869940 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. X8 Xidməti tərəfindən hüquqi şəxsin adına, yəni "xxxx" MMC barəsində eyni əsasla, eyni şəxslərin əmək müqavilələrinin hüquqi qüvvəyə minmədən işğaldan azad olunmuş ərazilərdə güya müvafiq işlərin yerinə yetirilməsinə cəlb olunmasına dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hüquqi şəxs barəsində həmin protokol üzrə qərar qəbul edilməsi üçün materiallar Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Lakin bu protokol Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-749/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə səlahiyyətli orqana geri qaytarılmışdır. X8 Xidməti tərəfindən vəzifəli şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bu əsaslar üzrə ləğv edilməlidir: 1. DƏMX-in "xxxx" MMC-yə və onun direktoruna ünvanlandığı məktubda, eyni zamanda qərarda qeyd olunanın əksinə, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmır. Azərbaycan Respublikasında iş icazəsi yalnız əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün alınır və o da, xüsusi ərazi ilə məhdudlaşmır. "Qarabağ və Şərqi Zəngəzur iqtisadı rayonlarına giriş” informasiya sisteminə şəxslərin adı həmin əraziyə maneəsiz, giriş-çıxış məqsədilə daxil edilir. DƏMX-nin iddiasının əksinə olaraq adlarını qeyd etdikləri şəxslər "xxxx" MMC ilə əmək müqaviləsi bağlamış lakin bir müddətdən sonra əmək müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam verilən şəxslərdir. Müvafiq şəxslər “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə əmək müqaviləsi qüvvədə olan dövrdə daxil edilmiş və əmək müqavilələrinə xitam verildikdən sonra həmin şəxslərin adlarının sistemdən çıxarılmasına dair müvafiq qaydada müraciət edilmişdir. Şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi halı birmənalı şəkildə baş verməmişdir. Həmçinin DƏMX-ə də məlum olduğu kimi əmək müqaviləsinə xitam verilən şəxslərin adlarının siyahıdan çıxarılması birbaşa olaraq şirkətin sərəncamında deyildir. Bu səbəbdən həmin şəxslərin adlarının çıxarılması üçün dərhal onlar tərəfindən müvafiq orqana müraciət edilir. Həmin orqan tərəfindən isə müvafiq dövlət orqanına müvafiq qaydada müraciət yönləndirir. Birbaşa olaraq şirkət tərəfindən həyata keçirilmədiyindən prosedur uzanır və bu müddət uzanmalarının qarşısını alınaq şirkətin səlahiyyətindən tamamilə kənar olan məsələdir. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi, bu ərazilərə maneəsiz giriş-çıxışın tənzimlənməsi məqsədilə yaradılmışdır. Həmin informasiya sisteminin məlumatlarını ətraflı təhlil etmədən və dəqiq araşdırma aparmadan girişinə icazə verilən şəxslərin əmək müqavilələrinin olmaması yanaşması yanlışdır və təcrübə də göstərir ki. bu cür dəyərləndirmə yanlış qərarın qəbul edilməsinə gətirib çıxarır və qanunvericilikdə də buna dair hər hansı imperativ tələb yoxdur. xx.xx.2025-ci il tarixli, MN1869940 saylı qərardan öncə vəzifəli şəxs barəsində MN ******* saylı protokol tərtib edilmişdir. Potokolda inzibati xətanın hansı "müəyyən edilmiş sübutlarla” təsdiq edilməsi hissəsində "Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlar” əsasında təsdiq edildiyi qeyd edilmişdir. Hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol hər hansı bir sübutedici qüvvəyə malik deyil. Hazırkı materialda şikayətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə hüquqi şəxsin “Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlar” əsasında müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Halbuki AR İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini inzibati xəta hesab etmək üçün protokolda göstərilən şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən sübut iş materiallarına əlavə olunmalı idi. Bu hal isə mümkün deyil, çünki "xxxx" MMC və direktoru tərəfindən belə bir hala yol verilməmiş və yol verilməsi də qeyri-mümkündür. X4 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində, Şahid3 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində, Şahid2 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində və Şahid4 Elman oğlunun əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmişdir. Səlahiyyətli orqanın qərarının “müəyyən edildi” hissəsində də qeyd edilən tarixlər məhz bu şəxslərin əmək müqavilələrinə xitam verildiyi tarixdir.Bu şəxslərin hər hansı bir işə cəlb edilməsi qeyri-mümkündür. DƏMX-in bu şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsi əsası məntiqə belə ziddir. Şəxslərinin adlarının hələ də giriş-çıxış üçün icazə sistemində görünməsinin səbəbi isə yuxarıda izah olunmuşdur. Habelə, müəyyən şəxslərin adının qeyd edilən sistemə daxil edilməsi həmin şəxslərin göstərilən əraziyə getməsini, həmçinin bu şəxslərin həmin ərazidə müvafiq işlərə cəlb olunmasını təsdiqləmir. Həmçinin, əlavə edilmiş materiallar arasında olan bildirişdən görünür ki, "xxxx" MMC-nin direktorunun MN ******* nömrəli protokol üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2025 tarixində saat 11:00-a təyin olunmuşdur. Baxışın tarixi ilə bağlı məktub onlara ümumiyyətlə çatmamışdır və bu səbəbdən onlar həmin görüşdə iştirak edə bilməmişdir. DƏMX isə məktubun onlara çatıb-çatmadığını dəqiqləşdirmədən, prosessual hüquqlarımızı kobud şəkildə pozaraq onların iştirakları olmadan inzibati xəta haqqında iş üzrə icraata başlamış və barələrində inzibati xəta haqqında protokol və daha sonra əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir.Bildirişlərin onlara çatıb-çatmadığını araşdırmayan DƏMX bu qərarı ünvanlarına göndərməmişdir. Lakin təcrübədən artıq onlara məlumdur ki, inzibati xətalara dair işlərdə eyni "pozuntu’ üzrə həm hüquqi şəxs, həm də onun direktoru barəsində iş aparılır. Bunu nəzərə alaraq onlar tərəfindən DƏMX-lə bir neçə dəfə əlaqə saxlanılmış, əgər vəzifəli şəxs barəsində protokol və qərar tərtib edilmişdirsə, bu barədə məlumat vermələri və sənədləri göndərmələri üçün onlat tərəfindən kağız daşıyıcıda və elektron poçt vasitəsilə məktub DƏMX-ə ünvanlanmışdır. Yalnız onların müraciətindən sonra xx.xx.2025-ci il tarixli, MN1869940 nömrəli qərar ünvanlarına göndərilmişdir.Yük Taksisi.AZ"xxxx"Evakuator.AZ' MMC barəsində də İXM-nin 192.1-ci maddəsi üzrə adı çəkilən səlahiyyətli orqan tərəfindən inzibati xata haqqında protokol qəbul edilmişdir. Lakin tərtib edilmiş inzibati xəta haqqında protokol Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 3(005)-2134/2024 saylı. xx.xx.2024-cü il tarixli qərarı ilə, daha sonra bu qərardan DƏMX tərəfindən şikayət verilməsinə baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1730/2024 saylı. xx.xx.2024-cii il tarixli qərarı ilə ləğv edilmiş və həmin inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. Həmçinin hal- lazırda mübahisə predmeti olan halla bağlı əvvəlcədən "Yük Taksisi.AZ” MMC barəsində protokol tərtib edilmiş, buna baxmayaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-749/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə geri qaytarılmışdır. DƏMX tərəfindən heç bir əsas olmadan vəzifəli şəxs barəsində qərar tərtib edilmişdir. Adı çəkilən səlahiyyətli orqanın işin mahiyyəti araşdırmadan, heç bir sübut olmadan, əsassız şəkildə har hal üçün bu tipli protokol və ya qərarları tərtib etməsi məhkəmənin də iş yükünü artırır."Yük Taksisi.AZ” MMC-nin direktoru X7 tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olan əməl törədilməmişdir. Yuxarıda sadalanan hallar onu sübut edir ki, onun tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olan əməl törədilməmişdir. Əsassız olaraq eyni məzmunda ünvanlarına gələn inzibati xəta haqqında protokollar barədə yazılan etirazlar, daha sonra isə inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətlərin yazılması, məhkəmədə vəkilin iştirakı üçün hüquqi xidmətə görə müəyyən vəsait xərclənməsinə səbəb olur.Həmin vəsait iş üzrə icraata xitam verilməsinə, yəni şikayətin əsaslı olmasına baxmayaraq, onlara heç vaxt geri qaytarılmır. Həmçinin, dəfələrlə onlar tərəfindən bu tipli qərarlardan şikayət verilərək, inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə baxmayaraq X8 oxşar tipli qərarların tərtib edilməsinə davam edir və bunun nə qədər müddət davam edəcəyi məlum deyil. Buna görə də iş üzrə icraata xitam verilməklə yanaşı onlar tərəfindən vəkilə ödənilən 300 (üç yüz) manat məbləğində X8 tərəfindən onlara ödənilməsi barədə qərar qəbul edilməlidir. Bu vəsaitin onlar geri ödənilməsi həm onların çəkdiyi xərcləri qarşılamış olacaq, həm də DƏMX tərəfindən gələcəkdə oxşar qərarların qəbul olunmaması üçün ehtiyat göstəriləcək və əsassız qərarların qəbul olunmasının qarşısını alacaq. Həmçinin, bu cür əsassız qərarların qəbul olunmaması məhkəmənin də iş yükünün azalmasına səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq, şikayətçi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X1 vəkili Vəkil şikayətin dəlillərinə uyğun izahat verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 18 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərar əsassız və qanunsuz olduğundan onu ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə şikayət ərizəsinə etiraz edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 18 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərar qanuni olduğundan qüvvəsində saxlanılmasını şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, bu fakt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş məlumatlar ilə təsdiq edilmişdir. Məhkəmə iclasında “Whatsapp” tətbiqinində olan videogörüntü vasitəsi ilə şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, əvvəllər "xxxx" MMC-də sürücü vəzifəsində çalışmış, eyni zamanda kuryerlik – yəni yüklərin ünvana çatdırılması işlərini yerinə yetirmişdir. Onunla həmin şirkət arasında 04 mart 2024-cü il tarixində əmək müqaviləsi bağlanmış, 04 fevral 2025-ci il tarixində isə həmin müqaviləyə xitam verilmişdir. Qeyd olunan dövr istisna olmaqla, o, "xxxx" MMC ilə heç bir rəsmi və ya qeyrirəsmi əmək münasibətində olmamışdır. Məhkəmə iclasında “Whatsapp” tətbiqinində olan videogörüntü vasitəsi ilə şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, əvvəllər "xxxx" MMC-də sürücü vəzifəsində çalışmışdır. Onunla həmin şirkət arasında 26 aprel 2024-cü il tarixində əmək müqaviləsi bağlanmış, 15 yanvar 2025-ci il tarixində isə həmin müqaviləyə xitam verilmişdir. Qeyd olunan dövr istisna olmaqla, o, "xxxx" MMC ilə heç bir rəsmi və ya qeyrirəsmi əmək münasibətində olmamışdır. Məhkəmə tərəflərin və şahidlərin izahatını, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş 05 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş 18 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Şahid1 xx.xx.2025-ci il tarixdən, Şahid3, X9, Şahid4 xx.xx.2025-ci il tarixdən hazırki vaxtadək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən X7 tərəfindən işlərin görülməsinə cəlb edilmişdir. X3 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati 3500 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyən Şahid1 xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2025-ci il kimi qeyd olunmuşdur. Bu bildiriş sistemə xx.xx.2025-ci il tarixdə daxil edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyən Şahid2 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2025-ci il kimi qeyd olunmuşdur. Bu bildiriş sistemə xx.xx.2025-ci il tarixdə daxil edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyən Şahid3 xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2025-ci il kimi qeyd olunmuşdur. Bu bildiriş sistemə xx.xx.2025-ci il tarixdə daxil edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyən Şahid4 xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2025-ci il kimi qeyd olunmuşdur. Bu bildiriş sistemə xx.xx.2025-ci il tarixdə daxil edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli, 3-13-13/2-13426/2025 nömrəli çıxarışdan görünür ki, Şahid3 işğaldan azad olunmuş ərazilərə giriş-çıxışı ilə bağlı məlumatlar təqdim edilmişdir. Şahid3 Ağdam, Xocalı, Kəlbəcər ərazilərinə müvafiq olaraq xx.xx.2025-ci il, saat 16:40, xx.xx.2025-ci il, saat 17:56, xx.xx.2025-ci il, saat 18:08 tarixlərdə giriş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vlİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi və bu maddənin 1 -2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsinin pozulmasında təqsirli bilindiyi işçilər Şahid1 ilə xx.xx.2024-cü il tarixdə, Şahid2 ilə xx.xx.2023-cü il tarixdə, Şahid4 ilə xx.xx.2024-cü il tarixində və Şahid3 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bağlanmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" altsisteminə yerləşdirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, sözügedən işçilərdən Şahid1 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə, Şahid2 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə, Şahid3 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə, Şahid4 əmək müqaviləsinə xx.xx.2025ci il tarixdə (tərəflərdən birinin təşəbbüsü) ilə xitam vermişdir. Bundan başqa X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati material araşdırılarkən nə Şahid1, Şahid2 və Şahid3, Şahid4, nə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı təmin olunmamış və onların izahatları alınmamışdır. Həmçinin Şahid3 göstərilən əraziyə həqiqətən gedib-getməməsini, həmin ərazilərə getmişdirsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmaması araşdırılmamışdır. Belə ki, Şahid3 həmin ərazilərə getməsi özlüyündə hüquqi şəxs tərəfindən sonuncunun əməyə cəlb edilməsi anlamına gəlmir. Beləliklə inzibati icraat qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır. İXM-nin 76.1-ci maddəsinə əsasən - inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya istemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şahid1, Şahid2, Şahid3 və Şahid4 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibinin əlamətləri aşkar edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X5 şikayəti təmin olunsun. X7 barəsində qəbul edilmiş 18 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 18 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Mərkəzi İnformasiya sistemində X5 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2289/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2289/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver