Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-229/2024 19.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər Yasalam RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Yasalam RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 30 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X2 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, Bakı şəhər Yasalam RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR DİN Bakı Şəhəri Yasamal Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP6068703 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən o AR İXMnin 338.3-cü maddəsi ilə təqsirli bilinərək 30 manat məbləğində cərimə edilmişdir. Sözügedən qərar əsassızdır və ləğv edilməlidir. Qərar ona xx.xx.2023-cü il tarixində çoxsaylı müraciətləri nəticəsində Yasamal RPİ-nin dəftərxanasında təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsi, sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına...görə inzibati məsuliyyəti nəzərdə tutur. O, xx.xx.2023-cü il tarixində səhər 08:00 radələrində ünvan 1 ünvanında taksidən düşmək üçün ətrafa arxaya baxıb, yolun boş olduğuna əmin olduğum üçün qapını açdıqdan sonra düşməyə çalışanadək arxadan sürətlə bir avtomobilin gəldiyinə və əyləşdiyi taksinin qapısını zədələdiyini görüb hadisədən güclü sarsıntı keçirtmişdir. Taksi yolun sol çiynində, zibil qutularının qarşısında saxlamışdı, o da avtomobilin sağ arxa oturacağında oturmuşdu. Sol arxa qapının zibil qutularına görə açılmayacağını zənn edərək, Sürücünün də yol boşdur düşə bilərsiniz icazəsi ilə sağ arxa qapını açmışdı. 102 xidmətinə məlumat verilmişdir. Polis əməkdaşları hadisə yerinə gəldi onu da şöbəyə dəvət etmişlər. Aparılan araşdırma nəticəsində ona da 30 manat cərimə yazıldığı bildirilmişdir. Bu qərarla razı olmadığını bildirsə də, onu təqsirli olduğuna inandırmağa çalışmışlar. Ona şikayət edə bilməyi üçün nə protokol nə qərar təqdim edilməmişdir. Daha sonra ona bildirilmişdir ki, hadisənin iştirakçısı, digər avtomobilin sürücüsü Esmira adlı xanım, onun barəsində tərtib olunan qərardan şikayət vermişdir və barəsində tərtib edilən qərar ləğv edilmişdir. Ancaq yeni qərar qəbul edildikdən sonra həmin qərar ona təqdim edilməlidir və qərardan tərəfindən şikayət verilə bilər. Ancaq hüquqi yardım aldıqdan sonra protokol və qərarı çoxsaylı müraciətləri nəticəsində Yasamal RPİ-nin dəftərxanasından götürərək şikayət vermək qərarına gəlmişdir. Buna görə də hesab edir ki, onun barəsində əsassız protokol, onun əsasında isə qərar çıxarılmışdır. İştirak etdiyi məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X2 şikayətində göstərdiklərini müdafiə edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda əlavə etmişdir ki, o artıq barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarda göstərilən cərimə məbləğini tam ödəmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon DYPŞ-in yol patrul xidməti tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon DYPŞ tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2023-cü il tarixli xəta haqqında inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2023-cü il tarixində, saat 08:15-də Yasamal rayonu, B.Bağırova 13 ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanı törətdiyinə görə 30 (otuz) manat məbləğində cərimə edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhəri Yasamal rayon DYPŞ-in xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-229/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-229/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver