Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2292/2020 14.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC mülkiyyətində (istifadəsində) olan “İnfiniti QX 70” (minik) markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC və inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-nin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin hüquqi şəxsin nümayəndəsi və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsiməhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddəsinə əsasən işə İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izhatında göstərmişdir ki, Şəxs MMC-də sürücü vəzifəsində işləyir. Cəmiyyətə məxsus “İnfiniti QX 70” (minik) markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o, yol vərəqəsi əsasında özü idarə edir. Qeyd olunan nəqliyyat vasitəsilə bağlı bütün inzibati xəta haqqında protokollar onun şəxsi elektron kabinetinə yerləşdirilir. xx xxxx 2020-ci il tarixdə saat 11:23 radələrində Bakı-Salyan yolunun 37-ci kilometrliyində yolda müəyyən edilmiş hərəkət sürəti 10-20 km/saat həddində aşmaqla İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta da onu tərəfindən törədilmişdir. Həmin xəta ilə bağlı protokol da şəxsi kabinetinə yerləşdirildiyindən təyin edilmiş cərimə onun tərəfindən ödənilmişdir. Cəmiyyətə həmin nəqliyyat vasitəsini idarə edən fiziki şəxs haqqında məlumatların verilməsi barədə sorğu xx.xx.2020-ci il tarixdə daxil olmuş və həmin sorğu əsasında Şəxs MMC-nin direktoru A.Məmmədov tərəfindən ona məxsus sürücülük vəsiqəsinin, qeyd edilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətləri müşayətedici məktubla Yasamal RPİ-nin Dövlət Yol Polis Şöbəsinə cavab məktubu tərtib edilmişdir. Belə ki, sorğu daxil olduqdan sonra o, aidiyyəti üzrə Yasamal RPİ-nin DYPŞ-nə yaxınlaşmış, orada adını xatırlamadığı inspektora yaxınlaşıb özü barədə məlumat vermiş və inspektorun məsləhəti ilə cavab məktubu rəhbərlik tərəfindən hazırlanıb xx xxxxxxxx 2020-ci il tarixdə DYPŞ-nə təqdim edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin Şəxs MMC-yə ünvanladığı sorğunun məzmunundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 11:23-də cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “İnfinti QX 70” (minik) markalı, 10AR840 dövlət qeydiyyat nişanlıavtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəməyə təqdim edilmiş AD seriyalı 357548 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “İnfiniti QX 70” markalı 10AR840 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs MMC-nin mülkiyyətindədir. Vəkalətnamədən isə müəyyən edilir ki, qeyd edilən nəqliyyat vasitəsi X1 xx xxxxxx 2021-ci il tarixədək idarə etmək hüququ ilə etibar edilmişdir. Məhkəmə tərəfindən “xxxxxxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli 2-11-1-17/4329 nömrəli cavab məktubundan müəyyən edilir ki, sistem üzərindən aparılan araşdırma zamanı Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-yə ünvanlanmış “SS662927119AZ” ştrix kodlu sifarişli xəbərnaməli məktubun xx xxxxxx 2020-ci il tarixdə 122 saylı poçt şöbəsinə, xx xxxxxx 2020-ci il tarixdə xidmət ərazisi üzrə 100 saylı poçt şöbəsinə daxil olması, xx xxxxxx 2020-ci il tarixdə ünvanı üzrə çatdırılması, yəni Cəmiyyətin əməkdaşı Məmmədova imza etdirməklə təqdim edilməsi və xx xxxxxx 2020-ci il tarixdə isə məktubun xəbərnaməsinin göndəriciyə (Yasamal RPİ DYPŞ-nə) qaytarılması müəyyən olunmuşdur. Cəmiyyətin nümayəndəsi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Şəxs MMC-nin Yasamal RPİ-nə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli 23 nömrəli məktubundan müəyyən edilir ki, “İnfinti QX 70” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxx” MMC-nin balansındadır. Avtomobilin sürücüsü X2r. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxxxxx” MMC-nin mülkiyyətində (istifadəsində) olan “İnfinti QX 70” markalı ** AR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin sürücü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Cəmiyyətə sorğu göndərilmiş və həmin sorğu xx xxxxxx 2020-ci il tarixdə Cəmiyyətin məsul şəxsi tərəfindən rəsmi qaydada qəbul edilmiş və qeyd edilən sorğuya qanunvericiliklə müəyyən edilmiş qaydada 5 gün müddətində cavablandırılması təmin edilmişdir. Belə ki, səlahiyyətli orqanın sorğusuna cavab Cəmiyyət tərəfindən rəsmi qaydada xx xxxxxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin DYPŞ-nə çatdırılmışdır. Bununla da, məhkəmə tərəfindən müəyyən edildi ki, “xxxxxxx” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş “xxxxxxx” MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. Ona görə də, “xxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxxxxx” MMC barəsində xx xxxxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2292/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2292/2020
14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver