Məhkəmə qərarları › İş №3(004)-2292/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2292/2021

29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2292/2021 29.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 AR ƏƏSMN yanında X7 Xidməti Bakı şəhər idarəsinin 16.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 AR ƏƏSMN yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 16.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, həmin qərara əsasən o, "xxxx" MMC-nin direktoru kimi AR İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 3000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Aşağıda göstərilənlərə əsasən belə hesab edir ki, qərar qanunsuz olduğu üçün ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Onun barəsində 06.09.2021-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunarkən AR İXM-in bəzi tələbləri pozulmuşdur. Belə ki, həmin Məcəllənin 100.2-ci maddəsinə görə protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. AR İXM-in 100.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. AR İXM-in 100.4-cü maddəsinə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Haqqında protokol tərtib olunarkən o, bu barədə AR İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırmamış, nəticədə protokolun tərtib olunmasında iştirak etməkdən və qanunvericiliklə müəyyən edilmiş hüquqlarını (o cümlədən protokolun surətini almaq, protokola dair izahat və mülahizə təqdim etmək hüququnu) həyata keçirmək imkanından məhum olmuşdur. AR İXM-in 106.0.3-cü maddəsinə görə hakimin inzibati xəta haqqında işə baxarkən həll etməli olduğu məsələlərdən biri də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini yoxlamaqdır. Bu zaman nəzərə alınmalıdır ki, AR İXM-in 57, 100.2, 100.3, 100.4 və 100.5ci maddələrinin tələbinin pozulması ilə tərtib olunmuş protokol əsasında o, qanunsuz olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. AR İXM-in 192.1-ci maddəsində AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, işəgötürən bu maddə ilə yalnız o halda məsuliyyətə cəlb oluna bilər ki, əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan və ya bağlanmışdırsa, qüvvəyə minmədən onun fiziki şəxsi hər hansı işin və ya xidmətin yerinə yetirilməsinə cəlb etdiyi sübut olunsun. İnzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş və AR ƏM-in 49- cu maddəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. "xxxx" MMC ilə Gündüz Abdunlu arasında əmək münasibətləri mövcud olmamış, sonuncunun xidmətindən tərəflər arasında bağlanmış mülki hüquqi müqavilə əsasında istifadə olunmuşdur. Mülki hüquqi müqavilə isə əmək münasibətləri yaratmır, yalnız mülki hüquqi öhdəliyin, o cümlədən mülki hüquq və vəzifələrin yaranması üçün əsasdır (AR MM-in 14.2.1, 386.1-ci maddəsi). "xxxx" MMC ilə Gündüz Abdunlu arasındakı münasibətlərin əmək münasibətləri hesab edilməsi üçün AR ƏM-in 2-3-cü maddəsində göstərilən əsaslardan hər hansı biri mövcud deyil. Ona görə də həmin münasibətlərə əmək qanunvericilinin normaları tətbiq oluna bilməz. Hazırkı işdə olan sübutlarla inzibati xəta hadisəsinin olması - əmək müqaviləsi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi sübut olunmur. Əksinə, tərəflər arasındakı münasibətin mülki hüquqi müqavilədən yarandığı aşkar görünür. Gündüz Abdunlu xidmət haqqının ödənilməsi gecikdirildiyinə görə DƏMX-nə şikayət ərizəsi ilə müraciət etmiş və 06.09.2021-ci il xidmət haqqı ona ödənildiyi üçün şikayətindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən X1 vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən AR ƏƏSMN yanında X7 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X10 şikayət göstərilənlər razılaşmayaraq onun təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AR ƏƏSMN yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 16.09.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X9 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən "xxxx" MMC-nin direktoru kimi X9 tərəfindən X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu barədə 09.09.2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 AR ƏƏSMN yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 16.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar