Məhkəmə qərarları › İş №3(004)-2292/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2292/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2292/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2, AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsinin adından X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X11 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 Azərbaycan Respublikası DİN Bakı şəhər X11 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 19:04-də Bakı şəhəri, Mikayıl Müşviq küçəsi ilə ona məxsus olan “Volkswagen” markalı “Passat” modelli AA9944PP dövlət nömrə nişanlı avtomobili ilə hərəkət edərkən Bakı şəhər DYPİ Yol Patrul xidməti baş inspektor polis baş leytenantı Tağıyev Əhməd Hicran oğlu onun avtomobilini saxlayaraq heç bir yoxlama aparmadan nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə AR İXM-nin 342.2.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edərək avtomaşınını qanunsuz olaraq müvəqqəti cərimə duracağına yerləşdirmişdir. Onun tərəfindən inspektora bütün qanunvericilik izah olunsa da, o, Konstitusiyaya, beynəlxalq konvensiyalara, nəhayət Yol Hərəkəti haqqında qanuna məhəl qoymadı, “bura Azərbaycandır, xoşun gəlmir, gəlməyəydin” dedi. Tərəfindən DYPİ-nə ərizə ilə müraciət edilmiş və araşdırması tələb olunan halların yoxlanması xahiş edilmişdir. Lakin buna məhəl qoyulmayaraq xx.xx.2023-cü il tarixdə isə barəsində inzibati məsuliyyətə cəlb edilməyi ilə bağlı qərar qəbul edilmişdir. O, həm də Ukrayna vətəndaşıdır, daimi olaraq Ukraynada yaşayır, müharibə səbəbləri üzündən Azərbaycana müvəqqəti gəlmişdir. Avtomaşını Azərbaycana quru sərhəddi ilə ölkəyə daxil olub. Hər hansı bir polis müfəttişi və və ya səlahiyyətli şəxslər tərəfindən örtüyün sökülməsi barədə xəbərdarlıq almamışdır. Ölkəyə daxil olarkən avtomaşınına baxış keçirilmiş və ban şüşəsində olan örtüklərin çıxarılması barədə heç bir irad tutulmamışdır. Ön şüşələrdə tündləşdirici örtük olmayıb, günəş şüaları əleyhinə şəffaf örtük olub. Onun Avropa və İngiltərədə oturum izni olduğu üçün daim avtomobili ilə səfərlərdə olur, heç bir ölkədə problem yaşanılmayıb. Ayrıca, faiz dərəcəsi nəzərə alınmaqla (Закон о тонировке в Украине, ГОСТ 5727 88) hər hansı bir örtüyün çəkilməsinə Ukraynada qadağa yoxdur.Barəsində tərtib edilmiş İXP ******* saylı xx.xx.2023 tarixli protokolun TP ******* saylı. xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEVİN Bakı şəhəri, 3 iyul 1998 ci il N517-İQ “Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı”-nın 7,3 bəndinə (Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşələrin şəffaflığını korlayan, yol hərəkəti iştirakşılarım zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər çəkildikdə) avtomobil tam cavab versə də, polis əməkdaşı bütün qanunvericiliyi nəzərə almayaraq, bir tək Nazirlər Kabinetinin qərarına istinad edərək avtomobili dayanacağa yerləşdirmiş, digər polis əməkdaşı polis mayoru X6 isə örtüyü sökdürmüş və mənə maddi ziyan vurmuşdur. Burdan belə bir nəticəyə gəmək olar ki, polis müfəttişləri ya qanunun bu normalarını bilmirlər, ya da ki, qərəzli olaraq mənə inzibati protokol tərtib etmişdirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 tərəfindən verilmiş şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, Ukrayna vətəndaşıdır, daimi olaraq Ukraynada yaşayır, müharibə səbəbləri üzündən Azərbaycana müvəqqəti gəlmişdir, yaşadığı ölkədə avtomobilin alın nahiyyəsində olan şüşəyə plenka yəni örtük çəkməyə icazə verilir. Məhkəmə iclasında şikayət verilən orqanın nümayəndəsi X4 Azərbaycan Respublikası DİN Bakı şəhər X11 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarın əsaslı olduğunu bildirərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, Azərbaycan Respublikasında avtomobillərə örtuklərin çəkilməsi qaydaları qanunvericilikə konkret tənzimləndiyindən və hazırda barəsində qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının vətəndaşı olmasını, bir vətəndaş olaraq həmin qaydaların onada şamil edilməsini nəzərə alaraq şikayətin təmin edilməməsinı xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər X11 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərara əsasən M.Həsənov İXM-in 342.2.4-cü maddəsi ilə təqsirli bilinib150 manat cərimə edilmişdir. Həmin qərar İXP ******* saylı, 15 aprel 2023-cü il tarixli protokol əsasında çıxarılmışdır. Şikayətçi faktiki olaraq şikayətində də qeyd etmişdir ki, onun avtomobilində xx.xx.2023-cü il tarixdə ban şüşələrində örtük olmuşdur. İş materiallarında olan şəxsiyyət vəziqəsinin surətindən görünür ki, X5 Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarında olan sürüçülük vəsiqəsinin surətindən görünür ki, X3 AC326613 saylı Azərbaycan Respublikasının sürücülük vəsiqəsi verilmişdir. Halbuki, may ayının 1-dən noyabr ayının 15-nə qədər idarə edilən avtomobilin, yüngül minik avtomobillərinin arxa və arxa sağ-sol şüşələrinin sənaye üsulu ilə hazırlanmış və standartların tələblərinə uyğun olan jalüzlərin quraşdırılaraq idarə edilməsinə icazə verilir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, M.Həsənovun idarə etdiyi avtomobilin ban şüşəsində qanunvericilikə vurulması qadağan edilmiş örtük (plenka) mövcud olmuşdur və nəticədə Azərbaycan Respublikasının vətəndaşı olan M.Həsənov AR İXM-nın 342.2.4-cü maddəsinin tələblərini pozmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddərini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X11 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar