Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-23/2024 17.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında qərarı qəbul etmiş Bakı Şəhəri Yasamal Rayon polis İdarəsinin 28-ci polis şöbəsinin nümayəndəsi polis sahə inspektoru X7, X2 və onun vəkili Vəkil iştirakları ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin 16 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin 16 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə müraciəti əsasında şikayətinin araşdırılmasına dair AR DİN BPİ-sinin mailto:bpitii@bakupolice.gov.azElektron ünvan 1 e-maili vasitəsilə ona məxsus e-mailə (mailto:baghir.sadiq@gmail.comElektron ünvan 2) xx.xx.2023-cü il tarixli cavab məktubu göndərilmişdir. Həmin məktubdan məlum olmuşdur ki, onun barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən protokol və qəbul edilmiş qərar ona göndərilməmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə qərarına əsasən uşağı ilə ünsiyyət saatından sonra keçmiş ailə üzvü olan X17 ilə növbəti dəfə Yasamal Rayon ərazisində binalarının qarşısında ona qarşı mübahisə yaratmış, o, dəfələrlə müraciət etsə də ki, tədbir görülsün, sahə rəisi bunu etməmişdir. Ona görə də bu barədə əvvəldən tanıdığı sahə rəisinə (Səyyaf) yenə də zəng edərək bunların əməllərinə nə vaxt tədbir görüləcəyi barədə narazılıq və etirazını bildirmişdir. Daha əvvəl etdiyi müraciətlərə dair heç bir tədbir görülməmişdir. Sahə rəisi 28-ci bölmədə olduğunu dedikdən sonra o da şikayət üçün həmin bölməyə getmişdir. Anası da onunla olduğundan o da onunla getmiş və maşında gözləmişdir. Bölmənin həyətində inzibati binanın qarşısında sahə rəisi ilə ona qarşı yaradılan təhqir böhtan və digər mübahisələrlə əlaqədar nə vaxt tədbir görəcəyini, nə vaxta qədər davam edəcəyini, bu tərəf saxlamağın, onlara müraciət edən kimi onun barəsində dərhal tədbir görüldüyünü, lakin onların etdiklərinə görə isə heç bir tədbir görülmədiyini, ona görə də hər dəfə belə etdiklərini bildirərək bu barədə söhbət aparmışdır. Bu zaman tanımadığı mülki geyimli adam onların danışığına müdaxilə etməyə başlamış, mövzunu bilmədiyi halda onların danışığına qarışmamağı bildirərək ona etiraz etmiş, bundan sonra o, elə bunu gözləyirmiş kimi əvvəlcədən bunu gözləyən bölmə həyətində olan tanımadığı şəxsləri çağıraraq sahə rəisi qarışıq onu döyərək əllərini qandallayıb, qandallı formada müvəqqəti saxlama yerinə salmışlar. Qandalları əlindən açmasalar da, yadlarından çıxarıb cibində qalan telefon vasitəsilə mülki işlər üzrə vəkili Vəkil səsli mesaj göndərərək qanunsuz olaraq saxlandığını, bu barədə nə etmək lazım olduğunu soruşmuşdur. Vəkili ona geri yığan zaman telefonu görən növbətçi saxlama yerinə girib telefonu əlindən almışdır. Bir neçə saat sonra onun döyülməyində iştirak edən bölmənin müavini (Anar müəllim) hadisəni yaddan çıxarmağı və heç bir şikayətinin olmadığına dair ərizə yazmağı təklif etmişlər. Bölmədən çıxmaq üçün tək yolunun bu olduğundan, ona qarşı yaranmış vəziyyəti görüb, ona qarşı daha ciddi şərlər atılmaması üçün məcbur olub ərizəni yazmış və şikayət etməyəcəyini bildirərək bölmədən çıxmışdır. Arxasıyca gələn sahə rəisi maşında anasının oturduğunu, telefonla hadisələrin çəkildiyini görərək onları silməyi bildirsə də bunu etməmişdir. Aldığı xəsarətlər ağrı verdiyindən səhəri gün həkimə getmiş, baş vermiş hadisəyə görə daha sonra 102 xidmətlərinə şikayət etmişdir. Dərhal bölmədən zənglər gəlməyə başlamış, “eşitmişik şikayət etmisən, şikayətçisənsə onda biz də tədbirimizi görəcəyik” deyə xəbərdarlıq edilmişdir. Daha sonra şikayətləri araşdırılmağa başlanmış, eyni zamanda barəsində hər hansı inzibati qərar qəbul edilmişsə surətinin verilməsini xahiş etmişdir. Çünki sahə rəisi və bölmədən gələn zənglərlə artıq xəbərdarlıq etmişdilər ki, onlardan şikayət edirsənsə işlərini bilsinlər. Lakin sonda da araşdırma nəticəsində baş polis idarəsi barəsində qərəzli araşdırma barədə cavab yazmışdır. Həmin cavabda qeyd etmişdirlər ki, barəsində inzibati qərar qəbul edilmişdir, lakin qeyd edilən qərar təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə bölmənin həyətində döyülmüş, sonra hərbi qulluqçu olduğu halda qandal bağlayaraq qolları qandallı vəziyyətdə tutulmuş, təxminən iki saat qolu qandallı saxlandıqdan sonra məcburi şikayəti olmaması barədə ərizə alınmış, buna dair heç bir protokol tərtib edilməmişdir. Tərtib edilən protokol və qərar barədə məlumatı xx.xx.2023-cü il tarixdə məlumatı olmuşdur. Göründüyü kimi o, polis əməkdaşları tərəfindən döyülmüş, qanunsuz tutulmuş, tutulduqdan sonra, tutulma səbəbləri izah edilməmiş, məlumat verilməsi üçün imkan verilməmiş, protokol tərtib edilməmiş, vəkillə təmin edilməmiş, təzyiq altında şikayət etməmək şərti ilə onda ərizə alaraq bölmədən çıxmağına icazə verilmişdir. O, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023cü illərdə 102 xidmətinə şikayətlər etdikdən sonra, xx.xx.2023-cü il tarixdə Sabunçu xəstəxanasında müayinədən keçdikdə sonra bölməyə məlumat verilmiş, bölmədən zəng olunaraq şikayət edirsə işlərini bilsinlə deyilmişdir. Hazırda isə məlum olur ki, barəsində gizli olaraq özlərini sığortalamaq üçün gizli formada, o, şikayət etdikdən sonra qərəzli və gizli olaraq xx.xx.2023-cü il tarixdə protokol tərtib edilmişdir. Göründüyü kimi baş vermiş hadisə ilə İXM-nin 510-cu maddəsinə əsasən tərtib edilmiş protokolun əlaqəsi yoxdur, elə bir hərəkət də olmamışdır. Qanunsuz əməllərinin ört basdır edilməsi üçün məqsədli, qərəzli olaraq, onu təqsirli çıxarmaq üçün, şikayət etməyinin qarşılığında tərtib edilmiş inzibati qərardır. Bu günədək nə protokol təqdim, nə də qərar ona təqdim edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin 16 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X19 şikayətin məzmununa uyğun çıxış edərək, Yasamal RPİ-nin 28-ci PŞ-nin 16 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərarı qəbul etmiş X11 məhkəmə iclasında bildirmişdir ki, o, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsində sahə inspektoru vəzifəsində xidmət edir. X19 ilk dəfə qayınanasının onu təhqir etməsi ilə bağlı 102 xidmətinə müraciət etmiş, daha sonra həmin araşdırma ona həvalə olunduğundan o, X19 ilə görüşmüşdür. Həmin vaxt X19 yaxın zamanlarda onunla həyat yoldaşının arasında məhkəmə proseslərinin olacağını bildirib, uşağının onun yanında qalmasına nail olması üçün ondan həyat yoldaşının ailəsinin problemli olduğunu göstərən bir sənəd istəmişdir. O isə belə bir səlahiyyətinin olmadığını, işin hallarını obyektiv araşdıracağını bildirmişdir. O, həmin məsələ ilə bağlı araşdırma apardıqdan sonra X3na məktub ünvanlayaraq həmin müraciətin mülki xarakterli məsələ olduğunu, bununla bağlı məhkəməyə müraciət edə biləcəyini bildirmişdir. Daha sonra xatırlamadığı tarixdə X19 telefonla ona zəng edib əsəbi şəkildə, qışqıraraq ona irad bildirmişdir. Bundan bir müddət sonra Sadiq Bağırın keçmiş həyat yoldaşı X17 zəng edərək, ağlayaraq X10 onu vətəndaşların içərisində söyüb təhqir etdiyini bildirmişdir. O isə F.Xuverdiyevaya hazırda həmin ərazidə olmadığını bildirmiş və şikayəti ilə bağlı Polis Şöbəsinə yaxınlaşmağını məsləhət görmüşdür. 14 oktyabr 2023-cü il tarixdə X19 28-ci polis bölməsinə daxil olub, hansı səbəbdən onun müraciətinə baxlmadığını, lakin X9 müraciətinə baxıldığını bəhanə gətirib səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Həmin vaxt həmin bölmənin əməkdaşı olan X6 da orada olmuşdur. Bu zaman X16 Bağıra sakit olmasını bildirdikdə, sonuncu Ceyhun Şahverdiyevi əli ilə itələmişdir. Bölmədə səs-küy yarandığı üçün rəis müavini və digər əməkdaşlar dəhlizə çıxaraq X13 yaxınlaşıb ondan sakitçiliyə riayət etməsini tələb etmişlər. X8 polis əməkdaşının qanuni tələbinə tabe olmayaraq uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Bununla bağlı polis əməkdaşları tərəfindən akt da tərtib olunmuşdur. Həmin vaxt X17 etdiyi şikayətlə əlaqədar polis bölməsində olmuşdur və X19 uca səslə Fəridə Xudiyevanın ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə də protokol tərtib ediləcəyi bildirilmiş, lakin X17 bölmənin rəhbərliyindən protokolun tərtib edilməməsini xahiş etmişdir. Daha sonra o, tərəflərin izahatlarını almış, X19 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmiş və B.Sadiq həmin protokolu imzalayaraq surətini qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq X19 barəsində qəbul edilmiş 16 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının tam əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X18 izahatında göstərmişdir ki, 2018-ci ildə X19 ilə ailə qurmuş və 2022-ci ildə məhkəmə qətnaməsi ilə onların ailə münasibətlərinə xitam verilmişdir. Birgə ailə münasibətlərindən 06 noyabr 2020-ci il tarixdə anadan olmuş bir uşaqları vardır. Məhkəmə qətnaməsi ilə uşağın onunla yaşaması qərara alınmış və hər həftənin şənbə günü səhər saat 10:00-dan 16:00-dək uşağın atası olan X13 uşaqla görüşməyə icazə verilmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bağır Sadiq uşağı ondan götürmüş, lakin saat 16:00-da gətirməli olmasına baxmayaraq o, dəfələrlə icra məmuruna zəng etdikdən sonra saat 16:40 radələrində X10 avtomobilinin onun yaşadığı binanın qarşısına gəldiyini görmüşdür. Bu zaman o, bir müddət gözləsə də, X10 maşında oturduğunu və uşağı ona vermək istəmədiyini görüb sonuncunun avtomobilinə yaxınlaşaraq uşağı götürmək istəmişdir. X8 uşağı ona vermək əvəzinə uca səslə onu təhqir edərək onun mülkiyyətinə, yəni avtomobilinə yaxınlaşmamasını bildirmişdir. Həmin vaxt ətrafda insanlar olmuşdur. Bir müddət davam edən mübahisədən sonra o, uşağını götürərək evinə aparmışdır. Bundan sonra o, ərazinin sahə müvəkkilinə zəng edib X10 uca səslə ona qarşı nalayiq ifadələr işlədərək onu təhqir etməsi barədə məlumat verib polis bölməsinə getmişdir. O, Polis Bölməsinə daxil olan zaman orada olan X19 yenə uca səslə onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmiş, əlavə olaraq üstünə hücum çəkməyə cəhd etmişdir. Bu zaman səs-küyə gələn polis əməkdaşları X1 sonra onu bölmənin digər otağına dəvət edib izahatını almışlar. Həmin vaxt ona məlum olmuşdur ki, X19 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə də protokol tərtib oluna bilər, lakin o, Sadıq Bağırın iş yerində problemlərinin yaranmaması üçün polis əməkdaşlarından protokol tərtib etməmələrini xahiş etmişdir. Bundan sonra isə polis bölməsini tərk etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında göstərmişdir ki, Bakı Şəhəri Yasamal Rayon polis İdarəsinin 28-ci polis şöbəsində yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə X19 aqressiv halda polis bölməsinə daxil olub səs küy salaraq nalayiq ifadələrdən istifadə edib, polis bölməsinin iş rejimini pozmuşdur. Bu barədə akt tərtib edilmiş və o, həmin aktı imzalamışdır. Bundan sonra X19 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Yasamal RPİ-nin 28-ci PŞnin 14 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol əsasən X19 xx.xx.2023-cü il tarixdə xırda xuliqanlıq etmişdir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Yasamal RPİ-nin 28-ci PŞ-nin 16 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X19 barəsində tərtib edilmiş 14 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində 28-ci PŞ-nə gələn X19 28-ci PŞ-nin həyətində ucadan ünvansız nalayiq ifadələrdən işlətmiş, polis əməkdaşları ilə səsəbsiz yerə sözlə mübahisə etmişdir. Buna görə də, onlar tərəfindən müvafiq akt tərtib olunaraq imzalanmışdır. Bununla da, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara, tərtib olunmuş akta və eləcə də məhkəmə iclasında iştirak edən şəxslərin ifadələrinə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Yasamal RPİ-nin 28-ci PB-nin 16 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-23/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-23/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver