Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2308/2020 06.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X9 iclas katibliyi və X1 iştirakı ilə, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin təyin edilməsi haqqında Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri BPİ DYPİ-si tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin təyin edilməsi haqqında Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri BPİ DYPİ-si tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı 3842634nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2020-ci il tarixdə taksi ilə yaşadığı ünvana gedərkən saat 09:25 radələrində DYPİ-nin YPX-nin müvəqqəti qeyri-stasionar postunda saxlanılmış və Bakı şəhər BPİ DYPİ-nin əməkdaşı, polis baş serjantı X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozması əsas gətirilərək onun barəsində İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. O, bu barədə öz etirazını bildirərək SMS icazə sistemi vasitəsilə icazə aldığını bildirsə də, ona Bakı şəhər BPİ DYPİ tərəfindən məlumat gələcəyi və araşdırma zamanı iştirakı ilə icazənin olub-olmamasının müəyyən ediləcəyi bildirilmişdir. Həmin vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq hər hansı məlumat verilmədən, iştirakı təmin olunmadan barəsində inzibati tənbeh vemə haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən Bakı şəhər BPİ DYPİ tərəfindən barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada qərarından şikayət verilmiş inzibati orqana məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-ni Bakı şəhər BPİ-bib DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü tələblərinə uyğun olaraq işə qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X10 Əli oğlu izahatında bildirmişdir ki, qeyd edilən xx xxxx 2020-ci il tarixdə taksi ilə hərəkət edərkən saat 09:25 radələrində DYPİ-nin YPXnin müvəqqəti qeyri-stasionar postunda saxlanılmış və Bakı şəhər BPİ DYPİ-nin əməkdaşı, polis baş serjantı X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozması əsas gətirilərək barəsində İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. O, bu barədə öz etirazını bildirərək SMS icazə sistemi vasitəsilə icazə aldığını bildirsə də, ona Bakı şəhər BPİ DYPİ tərəfindən məlumat gələcəyi və araşdırma zamanı iştirakı ilə icazənin olub-olmamasının müəyyən ediləcəyi bildirilmişdir. Həmin vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq hər hansı məlumat verilmədən, iştirakı təmin olunmadan barəsində inzibati tənbeh vemə haqqında qərar qəbul edilmişdir. K.Ə.Səlimli barəsində protokol tərtib edilmiş vaxta qanunla müəyyən edilmiş qaydada sms icazəsi olduğundan, qəbul edilmiş qərarın əsassız hesab edilərək ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki,şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər BPİ DYPİ-nin əməkdaşı, polis leytenantı X3 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X15 xx xxxx 2020-ci il tarixdə saat 09:25-də yaşayış yerini müvafiq icazə almadan tərk etməklə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejiminin qaydalarını pozmuş və o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X2 barəsində protokol tərtib edildiyi vaxt karantin rejimi qaydalarına müvafiq olaraq ölkə ərazisində sərbəst hərəkəti üçün xüsusi icazəsinin olub-olmamasının yoxlanılması məqsədilə məhkəməyə Yasamal RPİ-si tərəfindən təqdim edilmiş rəqəmsal cihaz vasitəsilə onun şəxsi məlumatları “İcazələrin Alınması və Monitorinqi Sistemi”nə daxil edilib baxış keçirilərkən müəyyən edildi ki, onun xx xxxx 2020-ci il tarixdə saat 09:00-dan başlayaraq qüvvədə olan xüsusi icazəsi mövcud olmuşdur. Bundan başqa iş materiallarından göründüyü kimi, X13 barəsində xx xxxx 2020-ci il tarixdə onun tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmaması nəzərə alınmadan Azərbaycan Respublikası İXM-nin 124-cü maddəsinin tələbləri pozularaq birbaşa olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Tərəflər mübahisələndirilən inzibati xəta hadisəsinin mövcud olub-olmamasına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nə x xxxx 2020-ci il tarixli 124-VİQD nömrəli Qanunla edilmiş dəyişikliklərə əsasən 211-ci maddənin mətni 211.1-ci maddə hesab edilmiş və maddənin məzmunda 211.2-ci və 211.3-cü maddələr əlavə edilmişdir. Məcəllənin 211.1-ci maddəsinin xx xxxx 2020-ci il tarixədək qüvvədə olan mətninə görə isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması, hüquqi şəxslərin isə dörd min manatdan on min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Həmin Qərarın 1.3-cü bəndinə əsasən 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarın 1.5-ci bəndinə görə 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilmişdir: 1.5.1-ci təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.5.2-ci ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; 1.5.3-ci yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Həmin qərarın 1.6-cı bəndinə görə 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməsi (SMS – məlumatlar ödənişsizdir), SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməsi, 1 indeksi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2 indeksi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 2 (iki) saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir) nəzərdə tutulmuşdur. Həmin Qərarın 6-cı bəndinə görə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 236 nömrəli Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” xx xxxx 2020-ci il tarixli 256 nömrəli qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə sərtləşdirilmiş xüsusi karantin rejimi müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmış və yaşayış yerini tərk etməklə bağlı qoyulmuş hərəkət məhdudiyyəti qüvvədə saxlanılmışdır. Həmçinin, Azərbaycan Respublikasının İXM-nin 124.2-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır, 124.3-cü maddəyə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Hazırki işin faktiki hallarından məhkəmədə müəyyən edilmişdir ki, X10 Əli oğlu tərəfindən yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməsi həyata keçirilmişdir. Yəni şikayətçinin protokol tərtib edilən tarixdə və vaxtda qüvvədə olan sms icazəsi olmasına baxmayaraq barəsində Azərbaycan Respublikası Bakı şəhəri BPİ DYPİ-si tərəfindən xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallar mövcud olduqda barəsində şikayət verilmiş qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X7 şikayəti təmin edilməli, onun barəsində Bakı şəhər BPİ-nin DYPİ-nin polis leytenantı X4 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda Azərbaycan Respublikası DİN Baş Dövlət X16 Mərkəzi İnformasiya sistemində X15 barəsində yerləşdirilmiş cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X6 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X16 polis leytenantı X3 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X15 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəliinzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X16 Mərkəzi İnformasiya sistemində X13 barəsində yerləşdirilmiş cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X17, eyni zamanda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X17 həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2308/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2308/2020
06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver