Məhkəmə qərarları › İş №3(004)-2309/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2309/2020

24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2309/2020 24.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X8 iclas katibliyi, Bakı Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru X1, zərər çəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1952-ci ildə Sisian rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 mənzil 17 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1183/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 75.000 ABŞ dollar və 41000 manat məbləğində pul vəsaiti X6 və X4 xeyrinə ödənilməlidir. Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz səbəbdən boyun qaçırır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1183/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 75 000 ABŞ dollar və 41000 manat məbləğində pul vəsaiti X6 və X4 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş xx xxxxxxx 2018-ci il tarixli icra sənədi üzrə xx xxxxxx 2018-ci il tarixli qərarla icraata başlanılmış, həmin qərar, tələbin könüllü icrası üçün bildiriş və icra sənədinin surətləri birlikdə icra edilməsi üçün borclu Şəxs göndərilmişdir. Borclunun mülkiyyətində hər hansı bir əmlakının olub-olmaması istiqamətində aparılmış tədbirlər zamanı onun mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 116, mənzil 12 və Şəki rayonu Qumux kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin olması müəyyən edilmişdir. Mübahisə məhkəmədə mahiyyəti üzrə həll olunana qədər Yasamal Rayon Məhkəməsinin 8(004)-801/2019 nöməli, xx.xx.2019-cu il tarixli qərardadı ilə Şəxs adına Şəki rayonu Qumux kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin üzərinə ilə həbs qoyulmuşdur. Lakin borclu Şəxs borcun ödənilməsindən yayınaraq xx.xx.2019-cu il taixli 4Ə-2103 saylı müqaviləyə əsasən mülkiyyətində olan əmlakı qızı X9 bağışlamışdır. Borclu Şəxs icra sənədini tam icra etməyərək, hal-hazıradək borc məbləğindən hər hansı bir vəsait ödəməmişdir. Borcun ödənilməsi istiqamətində tədbirlər görülməsi üçün Şəxs Yasamal rayon icra və probasiya şöbəsinə dəfələrlə dəvət edilmiş, izahatı alınaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyət barədə ona yazılı və şifahi xəbərdarlıq edilmişdir. Açılmış icraat üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədilə zəruri tədbirlər görülmüş, müvafiq qurumlara sorğular göndərilmişdir. Şəxs icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərinin yerinə yetirməmişdir. Buna görə də, borclu Şəxs yenidən Yasamal rayon İcra və probasiya şöbəsinə dəvət edilmiş və barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx xxxxxxxx 2019-cu il tarixdə və MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs faktiki borcu 75 000 ABŞ dollar və 41000 manat təşkil edir. X2 göstərilənlərə əsasən Şəxs barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1183/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən ondan 75 000 ABŞ dollar və 41000 manat məbləğində pul vəsaiti X10 və X4 xeyrinə ödənilməsi qət edilmişdir. Borcun ödəməkdən yayınmır, lakin maddi vəziyyəti çətin olduğundan və aldığı pensiya məbləğini isə əziyyət çəkdiyi xəstəliklə bağlı müalicəsi üçün xərclədiyindən borcunu hazırda qaytara bilmir. Odur ki, o, məhkəmədən göstərilən halların nəzərə alınmasını və ona yüngül inzibati tənbeh tədbirinin təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X7 izahatında göstərdi ki, borclu Şəxs qərəzli olaraq icra sənədini icra etmir. Borcdan boyun qaçırmaq üçün, Türkiyə Respublikasına getmiş, barəsində verilmiş axtarış qərarı əsasında saxlanılaraq icra şöbəsinə gətirilmişdir. Odur ki, hazırda borcun tam şəkildə ödənilməsini tələb edir, onunla barışmaq və ona möhlət vermək niyyəti yoxdur. Ona görə də borclu barəsində qanunvericiliklə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindənAzərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1183/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 75 000 ABŞ dollar və 41000 manat məbləğində pul vəsaiti tutularaq X10 və X4 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata xx xxxxxx 2018-ci il tarixli qərarla başlanılmış, həmin qərar, tələbin könüllü icrası üçün bildiriş və icra sənədinin surətləri birlikdə icra edilməsi üçün borclu Şəxs xx xxxx 2019-cu il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Şəxs tələbin könüllü icrası haqqında bildiriş əsasında və Yasamal rayon İcra və probasiya şöbəsinə verdiyi izahatında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilməklə imzalamışdır. Bundan başqa iş materiallarından görünür ki, borclunun daşınmaz əmlakının araşdırılması nəticəsində onun adına Şəki rayonu Qumux kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi aşkarlanmış və Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən tərtib edilmiş borclunun əmlakı üzərinə həbsin qoyulması barədə təqdimata Yasamal Rayon Məhkəməsində baxılaraq xx xxxxxx 2019cu il tarixli, 8(004)-490/2019 nömrəli qərardadı ilə təqdimat təmin edilmişdir. Lakin Şəxs öz hərəkətləri ilə həmin qərardadların icrasına maneçilik törədərək əmlakların digər şəxslərin adına bağışlanmasına dair əqdlər bağlamışdır. Bundan başqa borclu Şəxs hazıradək icra sənədi üzrə hər hansı bir ödəniş həyata keçirməmişdir. O, icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır və icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirmir. Buna görə də, xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə Şəxs hazıradək icra sənədi üzrə hər hansı bir ödəniş etməməsini onun öz öhdəliklərindən qərəzli yayınması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, yaşını o cümlədən Azərbaycan Respublikasının İXMnin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş onun məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar