Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2314/2023 03.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Vəsatət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA ******* saylı qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA ******* saylı qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək, qərardan şikayət verilməsində ötürülmüş müddəti bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət etmə hüququnun bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən vəsatət vermiş şəxs X2, vəsatəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatətə baxılması yeri və vaxtı barədə qərarından şikayət verilmiş orqan xəbərdar olunmasına baxmayaraq, səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan vəsatətə baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinin tələbinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, hazırki halda müddətin bərpasını xahiş edən tərəf barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli BNA ******* saylı inzibati qərarından vaxtında məlumatlı olmuşdur. Müddətin üzürlü olaraq ötürülməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Hazırda müddətin bərpa edilməsi ilə bağlı gətirilən dəlilləri ağlabatan və tutarlı hesab etmir. Belə ki, şikayət verən şəxsin sözügedən qərardan məhkəməyə şikayət vermək üçün vaxtı olmuşdur, lakin o, bu imkandan vaxtında istifadə etməmiş, şikayət vermək imkanı mümkünsüz edən hallar barədə sübutlar ərizəyə əlavə etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət edilmiş qərarın qəbul edilməsindən 4 ilə yaxın bir müddət keçdiyi üçün qərardan şikayət müddətinin bərpa edilməsi məqsədə müvafiq deyildir. Məhkəmə hesab edir ki, ötürülmüş müddətin bərpasına o halda yol verilir ki, müddət üzrlü səbəbdən və proses iştirakçısının təqsiri olmadan buraxılmış olsun. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə buraxılmış maddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, vəsatət vermiş şəxs, barəsində qəbul edilmiş Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA ******* saylı qərardan vaxtında xəbəri olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, müəyyən halların formal olaraq sadalanması buraxılmış müddətin bərpası üçün tutarlı hallar hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA ******* saylı qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti əsassız hesab olunaraq rədd edilməlidir. q ə r a r a a l d ı: X1 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-cu il tarixli BNA ******* qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2314/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2314/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver