Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2315/2021 15.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, Əsgərova Təhminə Xeybər qızının iclas katibliyi ilə ünvan 1 ünvanda yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə auditini aparmamışdır. Bununla da o, İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 24.09.2021-ci il tarixli, MN №1262623 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxsə) və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinərək, 1500 manat (min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi 1H Tel: (012) 510-74-99, Faks: (012) 537-22-76 www.yasamalcourt.gov.az Elektron ünvan № 3 (004) –2315/ 2021 « 15 » oktyabr 2021-ci il Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan fiziki şəxs (hüquqi şəxs): Şəxs MMC-yə Ünvan: ünvan 1 AZ 1073 Qərarından şikayət verilən orqan (vəziəli şəxs): Azərbaycan Respublikası Maliyyə Nazirliyinə Ünvan: Bakı ş., S.Vurğun küç 135 AZ1022 İnzibati xəta haqqında iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.10.2021-ci il tarixli, 3(004) – 2315/2021 saylı Qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərar hər bir ünvana Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov İş № 3(004)-2315 /2021 Bakı şəhəri Yasamal Rayon Məhkəməsi məhkəmə iclasının PROTOKOLU «15» oktyabr 2021-ci il Bakı şəhərində Bakı şəhər Yasamal rayon məhkəməsinin hakimi Səfərov Hüseyn Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Təhminə Xeybər qızının katibliyi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair inzibati işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. İclas saat 15:00-da başlandı Sədrlik edən məhkəmə iclasını açır və baxılaçaq işi elan edir. İş üzrə icraatda iştirak edən şəxslərin məhkəməyə gəlmələri vəziyyəti yoxlanılır. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, icraatda iştirak edən şəxslərə məhkəmə iclasnın yeri və vaxtı barədə lazımi qaydada xəbər verilmiş, lakin tərəflər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəblərinin üzürlü olması barədə məhkəmədə məlumat yoxdur. Sədrlik edən yerində qısa müşavirə edərək Qərara aldı Tərəflərin iştirakı olmadan işin baxılması mümkün hesab edilsin Sədrlik edən daxil olmuş protokolu və işin digər materiallarını elan etməklə, iş materiallarını tədqiq edir. Sədrlik edən işin tədqiqinin bitmiş olunduğunu bildirir. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan apellyasiya şikayəti və protest verilməsi, protokola tanış olmaq qaydasını və müddətini izah edir. Məhkəmə iclası saat 15:10 dəqiqədə bağlı elan olunur. Protokol 15.10.2021-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Məhkəmə iclasının katibi:
Məhkəmə qərarları › İş №3(004)-2315/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2315/2021
15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver