Məhkəmə qərarları › İş №3(004)-2320/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2320/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2320/2023 26.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1989-cu ildə Laçın rayonu, Minkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Laçın rayonu, Minkənd Ərazi Dairəsi, Minkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 13, mənzil 12-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon Məhkəməsinin 2(004)-9888/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs X2 mənzilindən çıxarılmalıdır. Borclu bu günə qədər mənzildən çıxmamışdır. Borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib. Başqa yaşayış yeri olmadığı üçün mənzildən çıxmır. Həmçinin icra məmuru ona bildirib ki, başqa yaşayış yeri vardır, və həmin evi ayrı-ayrı adamlara kirayəyə verir. Bununla bağlı bildirdi ki, həqiqətən də fərdi yaşayış evinin kirayə pulunu ona verirlər, lakin həmin ev onun əmisi oğluna məxsudur, əmisi oğlunun xahişi ilə kirayə pulunu o götürüb, əmisioğluna verir. Bunların nəzərə alınmasını, əməlindən peşman olmasını nəzərə alaraq yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş hüquqi şəxs) X6 bildirdi ki, 30 ildir ki öz mülkiyytəində olan evdən istifadə edə bilmir, özü kirayələrdə yaşayır. Şəxs və onun atası Zahid Savalanov ona məxsus evi boşaltmırlar, halbuki Şirazinin başqa başqa yerlərdə özünə ev tikib, kirayəyə verir. Bu yerləri icra məmuruna da göstərmişdir, həmin evdə qaladlar da icra məmuruna bildiriblər ki evi Şirazidən kirayəyə götürüblər. X3 təklif edir ki, gəl sənin evini 80.000 manata sataq, pulunu yarı bölək. Bu onu göstərir ki, onların evləri vardır, sadəcə ona məxsus evdən çıxmaq istəmirlər. Şikayətçidir, borclu barəsində ciddi tənbeh tətbiq edilməsini xahiş edir. Yasamal rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, dəfələrlə icra şöbəsinə dəvət edilərək mənzildən çıxması ona bildirilmişdir. İcra sənidinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, həmçinin Elektron İcra Sistemi vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılmış, adına rəsmi qeydiyyatdan keçən daşınmaz əmlakı yoxdur. Lakin tələbkarın təşəbbüsü ilə bir neçə torpaq sahəsində baxış keçirilmiş, həmin sahələrdə fərdi yaşayış evləri tikilisi olduğu müəyyən edilmiş, tikilidə yaşayan adamlar həmin tikililərin sahibi kimi borclu Şəxs bildirmişlər. Hətta bir tikilidə yaşayan şəxs bildirmişdir ki, həmin ev Şəxsdur və evi Şəxs kirayə götürüblər, ayda buna görə Şəxs 300 manat pul verirlər. Belə bir vəziyyətdə Şəxs həmin tikililərin ona məxsus olmaması barədə dəlilləri əsassızdır. Özünün fərdi yaşayış evini başqa şəxslərə kirayəyə verir, lakin tələbkarın evini boşaltmır. Həmçinin başqa evi olmasına baxmayaraq mənzildən çıxmaq istəmir. Bundan əlavə icra şöbəsinə gəlməkdən də yayınır. Hazırda həmin evdə yaşayır, bununla da üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-9888/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəxs X2 mənzilindən çıxarılmalıdır. İcra məmuru tərəfindən xx.xx.2017-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhəri Yasamal Rayonu İcra Şöbəsinə və Bakı Şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar