Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2327/2020 27.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X8 iclas katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Baş Polis İdarəsi (BPİ) Dövlət X11 (DYPİ) etibarnamə üzrə nümayəndəsi X6 və X1nın iştirakları ilə, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-si tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhər BPİ DYPİ-si tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 22:14 radələrində həyat yoldaşı X7 məxsus və etibarnamə əsasında idarə etdiyi “Toyota Yaris” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X16da hərəkətdə olarkən o, M.Müşviq küçəsi ilə İpək Yolu kəsişməsində yerləşən dairəyə yaxınlaşan zaman sürətini azaltmış və həmin vaxt dairədə olan ağ rəngli cip modelli avtomobilin düz istiqamətdə hərəkət etdiyini görüb öz hərəkətinə davam etmişdir. O, dairədə olan zaman Müşviq yarımstansiyası istiqamətindən gəlib kəsişmədə gözləyən boz rəngli digər nəqliyyat vasitəsinin də dairəyə yaxınlaşdığını görmüşdür. Həmin boz rəngli nəqliyyat vasitəsinin sürücüsü də dairədə olan cip modelli ağ rəngli nəqliyyat vasitəsinin sürücüsünə yol verdikdən sonra dairəyə daxil olmuşdur. Bu vaxt Bakı şəhər BPİ DYPİ-si YPX inspektoru Əbəlfəz Bağırov ona saxla əmri vermişdir. O, polis işçisinin qanuni tələbinə əməl edərək nəqliyyat vasitəsini saxlamış, ona yaxınlaşan inspektor bildirmişdir ki, boz rəngli nəqliyyat vasitəsinə yol verməli olduğundan bununla bağlı yol hərəkəti qaydasını pozmuş və barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. O, qeyd olunan protokolla ona görə razılaşmamışdır ki, dairədə olan avtomobili həm o, həm də boz avtomobil gözlədiyinə görə, eyni dərəcəli yolların kəsişməsindən hərəkətə sağ yolda olan nəqliyyat vasitəsi başlamalıdır. Həmçinin qeyd edilmişdir ki, “yol ver” nişanının tələbi qanunvericiliyə əsasən sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edəcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbini əsas gətirərək şikayətçi qeyd etmişdir ki, o, dairədə hərəkətdə olan digər avtomobilin sürücüsü qəflətən hərəkət istiqamətini və ya sürətini dəyişməmişdir. O, protokolla bağlı aidiyyəti yuxarı orqana şikayət etmiş, lakin onun dəlillərinə obyektiv hüquqi qiymət verilmədən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən şikayətçi Z.Məmmədyusifova inzibati xəta hadisəsinin qeydə alındığı Təhlükəsiz şəhər videokameralarının görüntüsünün əldə edilərək iş üzrə obyektiv araşdırma aparılmasının təmin edilməsini və qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayətin dəlillərinə uyğun izahat verərək Bakı şəhər BPİ DYPİ-si tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Z.Məmmədyusifova bildirmişdir ki, verilmiş şikayətinə baxmayaraq inzibati araşdırma zamanı onun iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-sinin etibarnamə üzrə nümayəndəsi X9 şikayətin dəlillərinin əsassız hesab edilərək təmin edilməməsini və qəbul edilmiş qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Verilmiş suallar əsasında X9 eyni zamanda məhkəməyə qeyd edilən inzibati xətanın mövcud olmasına dair hər hansı bir təsdiqedici sübut təqdim edə bilmədiyini bildirmişdir. Bundan başqa X9 məhkəməyə X2 barəsində aparılan inzibati araşdırma ilə bağlı onun iştirakının təmin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə şikayət ərizəsini, tərəflərin izahatlarını dinləyib və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-nin polis kapitanı X10 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X3 xx.xx.2020-ci il tarixində saat 22:14-də “Toyota Yaris” (minik) markalı, **-ZD-*** mömrəli dövlət qeydiyyat nişanlı avtomobil ilə X16 Xəzrinindairəsində hərəkətdə olan zaman Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar təqsirli bilinərək barəsində 60 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Eyni zamanda X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta hadisəsinin törədilib-törədilməməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə, iş üzrə icraata xitam verilməsi ilə bağlı məsələyə obyektiv qiymət verilməsi qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-nin polis kapitanı X10 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün qərar qəbul edən orqana göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X11 Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-nin polis kapitanı X10 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin qərarı qəbul etmiş səlahiyyətli orqana göndərilsin. X2 barəsində qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X11 Mərkəzi İnformasiya sistemində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2327/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2327/2020
27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver