Məhkəmə qərarları › İş №3(004)-2328/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2328/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2328/2024 02.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ tərəfindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 523.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir ona görə ki, Şəxs azyaşlı övladları ilə birlikdə avaralıq və dilənçiliklə məşğul olurlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş protokol və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə təqdim olunmuş materiallardan məlum olur ki, barəsində inzibati protokol tərtib edilmiş şəxs xarici vətəndaş olmaqla azərbaycan dilində sərbəst oxuyub yaza bilmir, inzibati icraat zamanı tərtib edilmiş sənədlərin bildiyi dilə tərcümə edilərək ona təqdim edilməsini təsdiq edən sübutlar mövcud deyildir. Eyni zamanda xarici vətəndaş Şəxs inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən müdafiəçi və tərcüməçi ilə təmin edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, İXM-nin 72-ci maddəsinə əsasən inzibati işlər üzrə tərcüməçi qismində tərcümə üçün zəruri olan dilləri bilən şəxs inzibati xətalar haqqında işlərin icraatında tərcüməçi ola bilər. Eyni zamanda məhkəmə bildirir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda adı qeyd edilən xarici vətəndaş Şəxs və onun azyaşlı övladlarının şəxsiyyətini müəyyən edən konkret sənədlər iş materiallarına əlavə edilməmişdir. Bu da barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin şəxsiyyətini müəyyən etməyə imkan vermir. Bundan başqa, protokol tərtib edilərkən tərcüməçi iştirak etmədiyindən Şəxs onun barəsində inzibati protokol tərtib edildiyi, onun hüquq və vəzifələri izah edilməmişdir, protokolun şəxsin izahatı ilə təsdiq olunması qeyd olunsa da, bu əsaslı şübhələr yaradır. (şəxs dili bilmədiyi halda onun izahatı səlist şəkildə yazması və bunu öz imzası ilə təsdiq etməsi ağlabatan deyil). Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, sadalanan hallar şəxsi müdafiə hüququ ilə bərabər şəxsin izahat vermək, toplanmış materiallarla tanış olmaq, etiraz və vəsatət vermək, tərcüməçinin koməyindən istifadə etmək hüquqlarından məhrum olunmuşdur. Eyni zamandə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş xarici vətəndaşın şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, yuxarıda qeyd edilən nöqsan aradan qaldırılması üçün inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106cı maddəsini rəhbər tutaraq qərara aldım: Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 523.1-ci maddəsi ilə tərtib edilmiş tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Yasamal RPİnin 27-ci PŞ-nə geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar